Azərbaycan tarixinin alman səhifələri
Əvvəli ötən sayımızda
Rusiya imperiyasının
Şimali Azərbaycanı
tərkib hissəsinə
çevirmək məqsədi
ilə xristianlaşdırma
siyasətini aparan mütləqiyyət bölgədə
xristian missioner cəmiyyətlərinin
fəaliyyəti üçün
şərait yaradır. Və işğalın
ilk illərində fəaliyyət
göstərən missioner cəmiyyətləri
təkcə pravoslav deyil, habelə qeyri-pravoslav yönümlü
idilər. Sonuncuların fəaliyyət məkanına
Bazel missionerləri cəlb olunmuşdular.
Lakin tezliklə Rusiya hakim dairələrinin
ayrı-ayrı nümayəndələri
belə qənaətə
gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri,
o cümlədən Bazel
yevangel cəmiyyəti
Rusiya imperiyasının
dövlətçilik siyasətinin
tələblərinə cavab
verə bilmədiyi üçün onların fəaliyyətinə
xitam verilməlidir. Beləliklə, XlX əsrin
30-cu illərində Rusiya
hakim dairəlilərində qeyri-pravoslav missioner cəmiyyətlərə,
o cümlədən Bazel
missioner cəmiyyətinə münasibət qeyri-loyal duruma gəlmiş və nəticədə
1835-ci ilin payızında
Bazel missioner cəmiyyətinin
fəaliyyətinə qadağa
qoyulmuşdu.
Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi:
almanları və rusları. XIX əsrin
birinci rübündə
Azərbaycanın şimal
torpaqlarını işğal
edən Rusiya imperiyasının apardığı
müstəmləkə siyasətinin
əsas istiqamətlərindən
biri işğal olunmuş əraziyə xristian etnosları köçürmək və
xristian elementinin çəki yükünü
ölkə əhalisinin
etnokonfessional nomenklaturasında
artırmaq idi. Yadelli xristian etnoslardan ilk olaraq almanlar Azərbaycanın şimal
torpaqlarına köçürülmüş
və onların koloniyaları salınmışdı.
Alman kolonistlər, ölkənin
sosial-iqtisadi sahəsinə
qərb elementlərini
daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük,
şərabçılıq, tütünçülük kimi
sahələr, süni
mineral suların hazırlanması
onların adı ilə bağlı olmuşdur.
Şimali
Azərbaycanda məskunlaşan
almanlar Rusiya imperiyasının apardığı
müstəmləkə siyasətinin
tələblərinə cavab
verməsələr də
ölkənin sosial-iqtisadi,
mədəni və
elm sahələrinə qoşulmuş,
Azərbaycan tarixində özünəməxsusu
iz qoymuş, ölkədə multikultural
mühitin inkişafına
təsir göstərmişlər.
1899-cu ildə alman memarı İ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa kapitalist Bakısına qərb memarlığı
mədəniyyətini gətirərək,
Şərq-Qərb dünyalarını
yaxınlaşdırmışdır.
Bu dövrdə Azərbaycanın multikultural
ənənələrə yaxınlaşması özünü
başqa sahələrdə
də göstərmişdir.
Bakı nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını
təsis edərək,
bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının
vəhdətini nümayiş
etdirmişdir.
İmperiya çərçivəsinə daxil etdiyi bütün
xalqlara velikorus mövqeyindən yanaşan
Romanovlar Rusiyası XX
əsrin əvvəllərində
sosial-siyasi kollaps dövrünə qədəm
qoyduqda konfessional cəhətə varmayaraq,
özünün qeyri-rus
təbəələrinə birtərəfli münasibət
göstərmiş və
bu baxımdan almanlar istisna təşkil etməmişdilər. XX əsrin
əvvəllərində ölkə
əhalisinin tərkibinə
qatılan almanların
sayı 15.990 nəfərə,
çəki yükü
isə ölkə
əhalisinin etnik nomenklaturasında 0,41 %-ə çatmışdı.
Xristianlaşdırma
siyasəti
Azərbaycan torpaqlarını özünün
müstəmləkə sisteminə
qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar
etmək məqsədi
ilə işğal etdiyi ərazidə mövcud islam
sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian
elementini artırmaq üçün müstəmləkə
siyasətinin tərkib
hissəsi olan xristianlaşdırma siyasətini
məqsədyönlü olaraq
aparmışdır. Belə ki,
müsəlman ölkəsində
Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini
əsas tutan mütləqiyyət yaddilli,
yaddinli, yadtəbiətli
əhalinin assimilyasiyaya
uğramasında mütləq
vasitə dini, xristianlığın yayılmasını
götürmüşdü. Belə ki, Rusiya imperiyasının
hakim dairələrinin fikrincə
ölkənin köklü
əhalisi yadelli işğalla barışmayacaq
və bu barışmazlığın dayaq
nöqtəsi də İslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla
qəbul etməyəcəkdi.
Rusiya imperiyasının
Şimali Azərbaycanı
tərkib hissəsinə
çevirmək məqsədi
ilə xristianlaşdırma
siyasətini aparan mütləqiyyət bölgədə
xristian missioner cəmiyyətlərinin
fəaliyyəti üçün
şərait yaradır. Və işğalın
ilk illərində fəaliyyət
göstərən missioner cəmiyyətləri
təkcə pravoslav deyil, habelə qeyri-pravoslav yönümlü
idilər. Sonuncuların fəaliyyət məkanına
Bazel missionerləri cəlb olunmuşdular.
Lakin tezliklə Rusiya hakim dairələrinin
ayrı-ayrı nümayəndələri
belə qənaətə
gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri,
o cümlədən Bazel
yevangel cəmiyyəti
Rusiya imperiyasının
dövlətçilik siyasətinin
tələblərinə cavab
verə bilmədiyi üçün onların fəaliyyətinə
xitam verilməlidir. Beləliklə, XlX əsrin
30-cu illərində Rusiya
hakim dairəlilərində qeyri-pravoslav missioner cəmiyyətlərə,
o cümlədən Bazel
missioner cəmiyyətinə münasibət qeyri-loyal duruma gəlmiş və nəticədə
1835-ci ilin payızında
Bazel missioner cəmiyyətinin
fəaliyyətinə qadağa
qoyulmuşdu. Verilən qərarla
razılaşmayan Bazel
missionerləri, baron Q.V.Rozenə
yazdıqları hesabatlarında
bölgədə xristianlaşdırma
siyasətinə toxunaraq,
bildirmişdilər ki,
onların cəmiyyətinin
əsas məqsədi
müsəlmanları xristianlaşdırmaqdır.
Və bunun üçün də əsas vasitə olaraq Bibliyanın bölgədə
təbliği və yayılması məqsədəuyğun
hesab edilmişdir.
Çünki onların fikrincə
dinin və dini baxışların dəyişilməsi üçün
nəinki onilliklər,
hətta əsrlər
gərəkdir. Bu fikri
əsas tutan Bazel missionerləri Rusiya rəsmi dairələrinin xristianlaşdırma
siyasətində kəmiyyət
meyarına istinad etmələrini qəbul etmir və bildirirlər
ki, qısa bir zaman çərçivəsində
göstərdikləri fəaliyyət
onlara belə bir gerçəkliyi aydınlaşdırmışdır ki, Azərbaycan torpaqlarının köklü
əhalisi, azərbaycanlıları,
xristianlaşdırmaq o qədər
də asan deyil. Çünki əsrlərlə Azərbaycan
xalqının mentalitetini,
özünüdərkini müəyyənləşdirən
İslam və islam mədəniyyətini
şüurlardan silmək
mümkün deyil. Lakin mütləqiyyət müstəmləkə
iddialarından əl çəkmək istəməyərək,
Bazel missionerlərinin
bu müraciətini qəbul etməyərək
1837-ci ilin yayında onların fəaliyyətini
dayandırmışdı. Beləliklə, XlX əsrin
ikinci otuzilliyində başlayaraq Rusiya imperiyasının Cənubi
Qafqazda, o cümlədən
Şimali Azərbaycanda
apardığı xristianlaşdırma
siyasətində yeni istiqamət özünü
göstərir. Belə
ki, bölgənin işğalının ilk illərində
Rusiya zəbt etdiyi torpaqlarda mütləqiyyət, xristian
amilini sadəcə olaraq artırmaq məqsədini əsas götürdüyü uçun
xristian dininin ayrı-ayrı konfessiyalarını
xristianlaşdırma siyasətinə
qoşurdusa da, Türkmənçay müqaviləsi
bağlandıqdan sonra
Rusiya imperiyası bölgədə siyasi hakimiyyətini bərqərar
etmək məqsədi
ilə qeyri-pravoslav konfessiyaların, o cümlədən
Bazel missionerlərinin
fəaliyyətini məqsədəuyğun
hesab etməyərək
onları xristianlaşdırma
siyasətindən uzaqlaşdırır
və bu siyasətin ana xətti ortodoksal kilsə ilə bağlanılır.
Xüsusi
olaraq “Zaman-Azərbaycan”
üçün Siyasi
elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov
Ardı
növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Vüqar Nəbiyev
Zaman.-2015.-20 oktyabr.-S.13.