Azərbaycanda yaşayan xalqlar milli dəyərlərinə sadiq olublar

 

Əvvəli ötən sayımızda

 

 

Ölkədə məqsədyönlü şəkildə xristianlığı yaymaq konturları ilə çıxış edən Rusiya, Qafqazda pravoslavlığı yayanOsetin komissiyası”nın fəaliyyəti ilə kifayətlənməyib, 1829-cu ildəQafqazda pravoslavlığı yayan cəmiyyətitəsis edir. bu qurum 1860-cı ildə fəaliyyətə başlayır. Xristianlığı ölkədə yayarkən, mütləqiyyət nəzər-diqqəti şimal-qərb torpaqlarına yönəldir Alban kilsə tarixi abidələrinin mövcud olduğu ərazilərdə xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması qənaətinə gəlir. Qafqazda pravoslavlığı yayan cəmiyyəti”n fəaliyyəti nəticəsində Zaqatala dairəsində kilsələr tikilməyə başlayır XIX əsrin ilk illərində ildə 20 minə qədər alban-ingiloy zorxoş xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma siyasəti ilə barışmır 1863-cü ildə Zaqatalada üsyan başlayır bu üsyanın əsas səbəblərindən biri məhz xristianlaşdırma siyasəti olur. Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə Qafqaz Canişinliyixristianlığı qəbul etmişlərə yenidən İslam dininə qayıtmağa icazə verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7 məhəllə kilsəsi, o cümlədən Balakən kilsəsi bağlanılir. Beləliklə, Rusiya imperiyasının Azərbaycan torpaqlarında apardığı xristianlaşdırma siyasəti mütləqiyyətin gözlədiyi nəticəni vermir bunun əsas səbəbi Azərbaycan xalqının İslam dininə olan bağlılığı olur. Bununla belə mütləqiyyət sonrakı illərdə xristianlaşdırma siyasətini davam etdirilir bu konturdaQafqazda pravoslavlığı yayan cəmiyyətöz xidmətini göstərir, ölkə quberniyalarında pravoslav kilsələri salınır. Xristian kilsələrinin sürətlə salınması, xüsusən Bakı şəhərində özünü daha qabarıq şəkildə göstərir. Burada xristian abidələrinin salınması rus xristian əhalinin etiqadı üçün şəraitin yaranması məqsədini güdürdü. Belə ki, neft kapitalının sıçrayışlı inkişafı şəhərdə demoqrafikpartlayış”a səbəbə olur. 1913-cü il məlumatına görə, 214.672 nəfərlik Bakı əhalisi içərisində birinci yeri ruslar, 76.228 nəfərlə tutur. Bu ilin göstəricilərinə görə şəhərdə 17 pravoslav xristian kilsəsi fəaliyyət göstərirdi. Beləliklə, Rusiya imperiyasının işğalı nəticəsində köhnə Bakının Şərq mədəniyyəti ilə Avropa mədəniyyətinin çulğalaması prosesi mərhələsi başlanmışdı.

 

 

 

Ruslaşdırma siyasəti

 

Xristianlaşdırma siyasəti ilə paralel olaraq, mütləqiyyət Şimali Azərbaycana Rusiya imperiyasının mərkəzi quberniyalarından rus əhalisini köçürürdü ki, məqsəd ölkənin köklü əhalisini, azərbaycanlıları, assimilyasiyaya uğratmaq, bu müsəlman torpaqlarını imperiya çərçivəsindəəritməkidi. Ruslaşdırma siyasətini XIX əsrin birinci otuzilliyindən aparan mütləqiyyət, Rusiya dövlətçiliyi üçün təhlükə amili kimi qəbul edən rus təriqətçilərini Şimali Azərbaycana köçürsə , lakin XIX əsrin üçüncü otuzilliyindən etibarən pravoslavlığın yayılmasında rus təriqətçilərinin deyil, rus pravoslav əhalisinin önəmli rol oynadığını əsas götürüb, pravoslav rusların bölgəyə köçürülməsinə üstünlük verir. Nəticədə 1912-ci il üçün Bakı quberniyasında 60, Yelizavetpol quberniyasında isə 29 rus pravoslav məskənləri salınır. Mütləqiyyətin devrilməsi ərəfəsində Şimali Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdı.

 

Demoqrafik dəyişikliklər

 

Beləliklə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarını işğal edən Rusiya imperiyası, ölkədə siyasi hakimiyyətini bərqərar etmək üçün köçürmə siyasəti apararaq, əhalinin etno-konfessional tərkibində ermənilərin sayını mexaniki hərəkətlə artırsa da, əhalinin tərkibinə yeni xristian elementləri - almanları rusları gətirsə , Azərbaycan xalqının çəki yükü 54,9%, əhalinin etno-konfessional tərkibində dominant olaraq qalmış, Azərbaycan xalqı özünün tarixi torpaqlarında yaşamaqda davam etmiş, özünün mentalitetini, maddi-mənəvi mədəniyyətini, etnik özünüdərkini, konfessional tolerantlığını qoruyub saxlayaraq, Şərq-Qərb mədəniyyətlərinin sintezi prosesində özünəməxsus rol oynamış, multukulturalizm ənənələrini inkişaf etdirmişdir.

 

Azərbaycan xeyriyyəçiləri

 

Ruslaşırma xristinlaşırma siyasətini aparan Rusiya imperiyasının məqsədi Azərbaycan xalqını assimilyasiyaya uğratmaq idi. İnqilabaqədərki Rusiya apologetləri ruslaşdırmanı Rusiyanın tərkib hissəsi olduğunu göstərərək, bildirirdilər ki, bu siyasətin əsas məqsədi qeyri-rusların ruslar kimi düşünməsi fikirləşməsidir. Müstəmləkə siyasətinin bütün ağırlığının girdabı içində qalan Azərbaycan öz tarixi özünüdərkini  əsas tutur XlX əsrin sonlarında kapitalizmin inkişaf mərhələsinə qədəm qoyan ölkə milli özünüdərk oyanışını yaşayır. Milli özünüdərk intibahının ilhamverici qüvvəsi Azərbaycan maarifpərvərləri milli burjuaziyanın nümayəndələri olur. Bu xeyriyyəçilərin əsas məqsədi Rusiya imperiyasının müstəmləkə siyasətinin mahiyyətini göstərmək xalqı oyatmaq idi. Bu məqsədlə xeyriyyəçilər mədəniyyətin, ədəbiyyatın, elmin, mətbuatın, maarifin inkişafına ciddi fikir verirdilər. cəmiyyətin bu aspektlərini inkişaf etdirən Azərbaycan xeyriyyəçiləri ölkəni multikultural istiqamətə yönəldirdilər.

 

Həsən bəy Zərdabi

 

Görkəmli maarifçi-demokrat, pedaqoq ilk Azərbaycan xeyriyyəçilərindən olan Həsən bəy Zərdabi xalqın milli şüurunun oyanmasında dünyəvi məktəblərin açılmasının zəruriliyini göstərir bu ideyanın təbliği üçün vasitə olaraq, milli mətbuatın əsasını qoyur. Onun 1875-ci ildə təsis etdiyiƏkinçiqəzeti demokratik maarifpərvər ideyaların təbliğat alətinə çevrilir. Bu qəzetin mənəvi varisləriZiya”, “Ziyayi QafqaziyyəKəşkülqəzetləri olur.

 

Hacı Zeynalabdin Tağıyev

 

Azərbaycan milli burjuaziyanın görkəmli nümayəndəsi, 1873-cü ildə Bakı nefti ilə milyonlara sahib olan Hacı Zeynalabdin Tağıyev öz xeyriyyəçiliyi ilə seçilmişdir. Onun adı qızlar məktəbi ilə bağlıdır. Xalqının gələcək inkişafını maarifdə, tərəqqidə görən uzaqgörən xeyriyyəçi qızların təhsilinə xüsusi diqqət yetirmişdir. O, Bakıda ilk qızlar məktəbini açır. bu məktəbin xərcini ödəmək üçün banka 150.000 manat pul qoyur. Bina 1898-ci ildən tikilməyə başlayır 1900-cü ildə hazır olur. Bu məktəb 184.000 manat başa çatır. Bu binanın memarı polyak Qoslavski idi. Məktəb Nikolayevski (indiki İstiqlal, hazırda AMEA-nın Əlyazmalar fondunun binası) küçəsində yerləşirdi.

 

Qaraguruhçu ruhanilərin ciddi müqaviməti ilə üzləşən Tağıyev Quran ayələri əsasında göstərir ki, islam dini müslimələrin biliklərə yiyələnmələrinin vacibliyini göstərir. Hacının səyləri öz nəticəsini verir. Qızlar məktəbində ilk dərslər 1901-ci ilin sentyabrın 7-də başlanır. 58 şagirddən 35-i kasıb ailədən olduğu üçün böyük xeyriyyəçi onları öz hesabına oxutdurmuşdu.

 

Xüsusi olaraqZaman-Azərbaycanüçün Siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 Vüqar Nəbiyev

Zaman.-2015.-21 oktyabr.-S.13.