“Prezidentin
verdiyi ad məsuliyyətimi
bir qədər də artırdı”
Hər il olduğu kimi, bu il də
Beynəlxalq Müəllimlər
Günü ərəfəsində
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə
ölkəmizdə təhsilin
inkişafındakı xidmətlərinə
görə bir qrup təhsil işçisi fəxri adlarla təltif olundu.
Zəhmətlərinin layiqincə
qiymətləndirilməsi təltif
olunanların hər birində böyük sevinc, məmnunluq və minnətdarlıq hissləri doğurub. Müsahibimiz bu il “Əməkdar müəllim” fəxri adı almış Mingəçevir Texniki Humanitar Liseyinin riyaziyyat müəlliməsi
“Qabaqcıl təhsil işçisi” döş
nişanı ilə təltif edilmiş, dərslik müəllifi Arzu xanım Hüseynovadır. O, 20 ildən
artıqdır ki, pedaqoji fəaliyyətilə
məşğul olur.
Arzu müəllimə
“Əməkdar müəllim”
adının onun məsuliyyətini bir qədər də artırdığını söylədi. Müəlliməni fəxri ad alması münasibətilə təbrik
etdik. A. Hüseynova
hisslərini bizimlə
bölüşdü: “Əvvəlcə,
onu qeyd edim ki, həyatımın
20 ilini təhsilə həsr etmişəm. Həyatımda təhsillə bağlı
maraqlı, yaddaqalan hadisələr çox olub. Hər birinin də
ayrı-ayrılıqda xatirələri
var. Yetirmələrimin uğru
ən yaddaqalan hadisələrdən biridir.
Çalışdığım Texniki Humanitar
Liseyin də uğurları ilbəil artır. Bu adın
çox böyük məsuliyyəti var - olduğundan da yaxşı işləmək
məsuliyyəti. Bu sərəncam müəllim
üçün stimuldur.
Təbii
ki, belə yüksək ada layiq görülməyim məndə hər şeydən öncə minnətdarlıq hissi doğurur. Buna görə də Prezident İlham Əliyevə təhsilə
və təhsil işçilərinə göstərdiyi
diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.
“Artıq bir aya yaxındır ki, yeni dərs
ilinə başlamışıq. Bu tədris ilinə son illər təhsilimizdə
gedən islahatları
daha da dərinləşdirmək,
əldə olunmuş
uğurları artıqmaq
əzmi ilə başlamışıq. Belə
ki, bu il məzunların ali məktəblərə
qəbulu üzrə tədris ocağımız
yüksək nəticə
göstərmişdir. Əminliklə deyə bilərəm ki, bu gün
Mingəçevir Texniki
Humanitar Liseyi özünün yeni inkişaf mərhələsini
yaşayır. Demək olar
ki, lisey Azərbaycan təhsilinin ən qabaqcıl təhsil ocaqlarından biri sayılır. Sevindirici haldır ki, liseyin adı respublikanın ən yaxşı təhsil ocaqları ilə bir sırada çəkilir. Ən mühüm
amil isə yüksək intellektual potensiala malik olan pedaqoji kadrlarının
olmasıdır. Odur ki, liseyimizdə gələcəyin
hərtərəfli şəxsiyyətinin
yetişdirilməsinə yüksək
inam var. Şagirdlərimiz
də bizim ümidlərimizi doğruldurlar.
Məhz bunun nəticəsidir ki, məzunlarımız respublikanın
nüfuzlu ali
ocaqlarına yüksək
balla qəbul olublar”.
Liseydə respublikamızın qabaqcıl
müəllimləri çalışırlar
Liseyin direktoru və qurucularından biri olan Nailə Məmmədova bizimlə söhbətində bildrdi
ki, bu gün
liseyin ənənələrinin
yaşadılması, nailiyyətlərin
ildən-ilə artmasının
ən mühüm səbəbi öz işinin mahir bilicisi olan müəllimlər,
eyni zamanda ölkədə həyata
keçirilən təhsil
layihələridir: “Ölkə
rəhbəri cənab
İlham Əliyevin sərəncamı ilə
həyata vəsiqə
qazanan “Təhsil Sahəsinin İnkişafı
üzrə Dövlət
Strategiyası” müasir
dövrdə təhsilimizin
inkişafını stimullaşdıran,
onun dünya təhsili ilə inteqrasiyasına yol açan amillərdəndir.
Bu gün liseyimizdə
təkcə Mingəçevirdə
deyil, respublikamızda
qabaqcıl kimi tanınan müəllimlər
çalışırlar. Onlardan Mingəçevirdən
ilk “Ən yaxşı
müəllim” müsabiqəsinin
qalibi Mahiyyə Məmmədovanı, “Əməkdar
müəllim”, dərslik
müəllifi Sevda İsmayılovanı, dərslik
müəllifi, “Qabaqcıl
təhsil işçisi”
döş nişanı
ilə təltif edilmiş Arzu Hüseynovanı, Yaşar
Hüseynovu, Söylü
Qorçuyevanı, Zemfira
Talıbovanı, Cəmilə
Namazovanı, Aytən
Əliyevanı, Kəmalə
Mayılovanı və
digərlərini göstərmək
olar. Onu da qeyd edim ki, bu
gün liseyin fəaliyyəti bir neçə istiqamətdən
diqqəti cəlb edir. Bunlar təhsilyönümlü, inkişafyönümlü layihələrdir.
Ümumiyyətlə, məktəbdə 11 pilot layihə fəaliyyət göstərir ki, bunların hər biri təlim keyfiyyətinin yüksəldilməsində
müstəsna əhəmiyyətə
malikdir. Mən bir
lisey direktoru kimi fəxr edirəm ki, liseyimizdə belə təcrübəli müəllim
kollektivi çalışır.
Məhz bu müəllimlərin iş
təcrübəsi öyrənilərək
şəhər məktəbləri
arasında yayılır.
Onu da qeyd edim
ki, bu liseydə
çalışan fəxri
adlara layiq müəllimlər çoxdur.
Onu da vurğulamaq istərdim ki, fəxri adlar ibtidai sinif müəllimlərinə
də şamil edilsə yaxşı olar. Əgər bu müəllimlər bu gün dərslik
yazmırsa, şagirdləri
ilə hər hansı bir beynəlxalq layihəyə
çıxmırsa (çünki
ibtidai sinif səviyyəlidir), bu gün həmin ibtidai sinif müəlliminin
yetirmələri (bir sinifdən 4 şagird) qızıl medal alırsa,
əsas təməli qoyan bir müəllim
niyə fəxri ad ala
bilməsin? Hal-hazırda liseyimizin ibtidai sinif müəlliməsi
olan Söylü Qorçuyevanın yetirməsi
olan şagirdimizi beynəlxalq olimpiadaya hazırlayırıq”.
Sonda onu
da qeyd edək ki, lisey əvvəlki illərdə
də uğurlara imza
atıb. Belə ki, 2005-ci ildə
respublikanın 50 ən yaxşı məktəbi
sırasına daxil olub.
2007-2008-ci dərs ilində isə respublikanın 20 ən
yaxşı təhsil müəssisəsi arasında 9-cu yeri tutub. Esmira
Hidayətova, Mingəçevir
Zaman.-2015.-21 oktyabr.-S.7.