Sovet İttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiyyətləri

 

Əvvəli ötən sayımızda

 

Bu məsələdən danışarkən, bolşevizminbütün ölkələrin proletarları birləşinşüarına diqqət yetirmək lazımdır. Milli məsələni bolşevik-proletar ideologiyası əsasında, sinfi prinsiplər əsasında həll etməyə çalışan sovetlər, süni tarixi kateqoriya sovet xalqı yaratmağı əsas götürərək, xalqlara formal müstəqillik verərək, SSRİ kimi dövləti təşkil edərkən, onun xəritəsiniqayçılamaprinsipi əsasında qurur, yaradılmış inzibati-ərazi qurumlarında birləşən xalqların tarixi torpaqları nəzərə alınmır, “milli məsələ”nin həlli kağız üzərində qalır. Azərbaycan SSR- milli məsələ avtoritar rejimin tələbləri əsasında getmiş, sünibeynəlmiləlçilikprinsipləri əsasında aparılmış, Azərbaycan xalqının tarixi yaddaşını unutdurmaq üçün iki dəfə onun əlifbası dəyişdirilmiş, ərəb-fars dillərini bilən mütəxəssislərpanislamistdamğası ilə damğalanmış, “torpaq”, “vətəndeyənlərpantürkistadlandırılmış, Azərbaycan mühacirləri xalqadüşmənobrazında aşılanmış, “cənubmövzusu qapalı sahəyə çevrilmişdi. Bu siyasi-mənəvi təzyiqləri Azərbaycan xalqı ilə birgə, Azərbaycana ikincivətənlərikimi baxan almanlar da yaşamış, Böyük Vətən müharibəsi başladıqdan sonra 001487 saylı qərarla 1941-ci ilin oktyabrında Orta Asiya Sibirə sürgün edil-mişlər. Milli məsələdə göstərilən amirlik zor prinsipləri SSRİ-nin dağılması ərəfəsində milli zəmində bir-sıra konfliktlərin başlanmasına gətirib çıxarmışdı.

 

 QondarmaDağlıq Qarabağprobleminin növbəti mərhələsi onun tarixi kökləri

 

Problemlə bağlı qeyd etmək lazımdır ki, Qarabağ bir anlayış kimi heç bir zaman axarındadağlıqdüzənlikməfhumlarına bölünməmişdir. Bu problemi araşdıran prof. V.Piriyev öz tədqiqatlarında F.Rəşid əd-DininMükatibatəsərinə istinad edərək göstərmişdir ki, Qarabağ Arranın daxilində dağlıq dağətəyi sahələrini birləşdirən vahid ərazidən ibarət olmuşdur. Tarixin sonrakı mərhələsində Aran torpağı Qarabağ adlanmağa başlayır ki, bu da ilk dəfə Hülakülər dövlətinin görkəmli nümayəndəsi Rəşid-əd-Dinin əsərində göstərilir. Bu məfhum türk mənşəli olub açılması aşağıdakı kimi başa düşülməlidir: “qarasözü - qitə, ölkə, böyük vilayət, “bağda ki, məhsul, bolluq deməkdir. Deməli, Qarabağ - böyük, geniş abad əyalət kimi qəbul edilməlidir. Bu problemi öyrənən prof. V.Piriyev göstərmişdir ki, tarixi Qarabağ ərazisi Araz çayından başlayaraq şimali-qərb istiqamətində uzanmış Beyləqandan tutmuş Zəyəmçaya kimi olan əraziləri əhatə etmişdir. Bu coğrafi ərazi çərçivəsini nəzərə alsaq aydın olar ki, Qarabağ Qafqaz Albaniyasının bir sıra vilayətlərini - Arsax, Sünik, Uti qismən Paytakaran vilayətlərini əhatə etmiş ölkənin siyasi, sosial-iqtisadi mədəni həyatında mühüm rol oynamışdır. XX əsr boyu ermənilik bütün dünya ictimaiyyətini inandırmağa çalışmışdır ki, onların fəaliyyəti  Qarabağda mövcud olmuşerməni Arsax  dövlətinin bərpasına  xidmət edir. Lakin Qarabağ torpaqlarına iddialı olan tarixi reallıqla hesablaşmayan erməni millətçiləriArsaxməfhumunu özəlləşdirmək istəsələr belə tarixi gerçəklik buna imkan vermir. Birincisi ona görə ki, Arsax Qafqaz Albaniyasının iri vilayətlərindən biri olmuş deməli, Azərbaycanın tarixi torpağıdır. İkincisi, erməni tərəfiArsaxməfhumunun erməni leksikonuna aid olduğunu iddia etsə , lakin leksik təhlilini verməkdə acizdir. Çünki Arsax - erməni sözü olmayıb, udi - alban sözüdür. Udi dilində Arsax - “yaylaq”, “yay düşərgəsi”, “əyləşən yer, məskənmənalarını bildirir.Arssözü - “əyləşanlayışından törəmədir - “arxsun” - “əyləşfelinin əmr formasıdır, buradan daoturaq”,  oturaq həyat tərzi keçirən adamlarifadəsi yaranır; “ax” isə udi toponimiyası üçün xarakterik olan Muxax, Ardax, Xartax, Cimcimax toponimlərində təsbit edilmiş cəm halını bildirən şəkilçidir. Bu problemə toxunarkən görkəmli  sovet alimi İ.P.Petruşevski göstərir ki, Arsax, əhalisi erməniləşdirilmiş albanlar heç bir zaman erməni mədəniyyəti mərkəzinə mənsub olmamışdır.

 

Türkmənçay Ədirnə müqavilələri bağlandıqdan sonra, Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində kütləvi şəkildə Azərbaycan torpaqlarının ayrı-ayrı bölgələrinə, o cümlədən Qarabağa köçürülən ermənilərin, tarixin sonrakı mərhələlərində, Qarabağa mexaniki hərəkəti davam etsə , XIX əsrin ikinci yarısında Romanovlar sülaləsinin devrilməsi ərəfəsində Qarabağ torpaqlarını özündə birləşdirən Şuşa, Zəngəzur, Qaryagin Cavanşir qəzalarında ermənilərin çəki yükü azərbaycanlılarla müqayisədə aşağı idi. Belə ki,  1897-ci il Ümumrusiya siyahıyaalınmasına görə bu qəzalarda ümumilikdə 172.872 erməni yaşayırdı. O zaman Qarabağ əhalisi 415.721 nəfər idi ermənilər Qarabağ əhalisinin 41,3% təşkil etdiyi halda, azərbaycanlıların sayı 235.304 nəfər olub, Qarabağ əhalisinin 56,6% təşkil edirdi. Bu statistik göstəricilər bir daha sübut edir ki, XIX əsr boyu Azərbaycan torpaqlarına kütləvi mütəmadi köçmələrinə baxmayaraq, ermənilər Qarabağda dominant etnos ola bilməmiş, Azərbaycan torpağına gəlmə əhali olmuşlar.

 Birinci Dünya müharibəsi illərində, Dördlər İttifaqının aparıcı qüvvəsi olan - Kayzer Almaniyasının apardığı dağıdıcı antirusiya siyasəti Romanovlar sülaləsinin devrilməsi ilə nəticələnir 1917-ci ilin payızında Rusiyada baş alıb gedən siyasi-iqtisadi-sosial böhran hakimiyyətin bolşeviklər tərəfindən zəbt edilməsi ilə sonuclanır. Yaranmış vəziyyət imperiyanın ucqarlarında, habelə Mərkəzi Qafqazda milli-azadlıq hərəkatının yüksəlişinə səbəb oldu 1918-ci ilin may ayının son günlərində bölgədə üç müstəqil dövlət yarandı. Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, yapılan Ermənistan  Respublikası (Ararat Respublikası) ermənilər üçün yad bir ərazidə - tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası ərazisində bir qurum kimi meydana çıxdı. Lakin tarixi Çuxur-Səəd torpaqlarına yiyələnən erməni millətçiləri, “Daşnaksutyünpartiyası erməni-qriqoryan kilsəsinin birgə siyasi xəttini əsas götürərək, Qarabağ torpaqlarına gözlərini dikdilər. Həmin dövrdə, Naxçıvan ərazisinin köklü əhalisi azərbaycanlılar Ararat Respublikasına tabe olmaqdan imtina etdikləri üçün erməni tərəfi çıxış yolunu Qarabağda məskunlaşmış ermənilərə bağladı.Daşnaksutyünpartiyasının göstərişi ilə hərəkət edən Şuşa şəhərinin erməni icmasıMillətlərin öz müqəddəratının təyin etməsi hüququprinsipini əsas tutaraq, 1918-ci ilin yayındaDağlıq Qarabağın öz müqəddəratını təyin etməkşüarını irəli sürərək, erməni separatçılığının mahiyyətini, Azərbaycan torpaqlarına qərəzli iddialarını nümayiş etdirdi. Beləliklə, tarixə təhrif olunmuş bir məfhum daxil oldu - Dağlıq Qarabağ bu məfhum sonradan Azərbaycan tarixini saxtalaşdıran sovet tarixşünaslığında kök salmış oldu.

 

Xüsusi olaraqZaman-Azərbaycanüçün Siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Vüqar Nəbiyev

Zaman.-2015.-24 oktyabr.-S.13.