Erməniliyin multikultural mədəniyyətdən
uzaq olan vandalizm təbiətinə şahidlik etdik
Əvvəli ötən
sayımızda
Rusiyada cərəyan edən sonrakı sosial-siyasi proseslər
erməni millətçilərinin Azərbaycanın ərazi
bütövlüyünə qarşı apardığı məqsədyönlü
siyasətini dayandırmadı. Tarixi reallıqla
hesablaşmayan erməni separatçıları bolşeviklərin
dəstəyinə arxalanaraq 1920-ci ü dekabrın 1-də
Qarabağın ürəyi olan Zəngəzuru ələ
keçirir və bununla da Naxçıvanın quru yol əlaqələri
Azərbaycanın qalan ərazisi ilə kəsilir.
Qarabağı “özəlləşdirmək” planlarında
israrlı olan ermənilik Zəngəzurla kifayətlənməyərək,
Qarabağın dağlıq hissəsinə olan
iddialarından əl çəkmir və bolşeviklərin dəstəyi
ilə 1923-cü il iyulun 7-də
Dağlıq Qarabağın Muxtar Vilayətinin (DQMV) (1937-ci
ildən etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti -
red.) elan edilməsinə nail olur. Beləliklə,
gələcəkdə Qarabağın bu hissəsinin də Azərbaycandan
qoparılması planının birinci mərhələsi həyata
keçirilir və 1988-1994-cü illər hadisələri
üçün “münbit” şərait yaranmış olur.
Ümumiyyətlə isə, sovet hakimiyyəti illərində
rəsmi İrəvan DQMV-nin “Ermənistan DQMV”-yə
transformasiya olunaması ilə bağlı 16 dəfə,
“DQMV-nin Ermənistan SSR tərkibinə daxil olması
hüququ” ilə isə 45 dəfə Moskvaya müraciət
etmişdi.
Erməniliyin məqsədyönlü fəaliyyəti nəticəsində
1988-ci ilin fevralında qondarma “Dağlıq Qarabağ! probleminin
növbəti fazası başlanır. Heç
bir sosial-siyasi əsasa malik olmayan erməni
separatçıları DQMV-nin Ermənistan SSR tərkibinə
daxil olması tələbi ilə çıxış edirlər.
Paralel olaraq, XX
əsrin əvvəllərindən etibarən tarixi Azərbaycan
torpaqlarına iddialarından əl çəkməyən ermənilik Ermənistan SSR-də etnik “təmizləmə” aparır
və 1988-ci ilin noyabrın sonlarında azərbaycanlıları
tarixi torpaqlarından çıxardır. Və
özlərini dünyaya “məzlum”, “mədəni” xalq kimi qələmə
verən erməni millətçiləri multikultural prinsipləri
pozaraq, azərbaycanlıların tarixi torpaqlarda yaşamaq
hüququnu pozurlar.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsi Ermənistan
silahlı qüvvələri
tərəfindən Azərbaycan torpaqlarının
işğalı və Qərb dövlətlərinin siyasi təzyiqi
1991-ci il oktyabrın 18-də öz müstəqilliyini
bərpa edən Azərbaycan Respublikası erməni
separatçılığının hərbi təzyiqi ilə
qarşılaşır. Erməni lobbisinin dəstəyi ilə
silahlanmış erməni yaraqlılarının Azərbaycan
torpaqlarına basqınlarının və
hücumlarının qarşısını almaq
üçün müstəqil respublikamız ölkənin ərazi
bütövlüyünü qorumağı dövlətin
əsas vəzifəsi olaraq qarşıya məqsəd qoyur.
SSRİ dağıldıqdan sonra isə öz məkrli
niyyətlərini həyata keçirmək məqsədi
1991-ci ilin sonlarından etibarən erməni millətçiləri
Qarabağ müharibəsinə başlayırlar. Müharibə nəticəsində
erməni hərbi qüvvələri 870 yaşayış məntəqəsini,
o cümlədən 10 rayon mərkəzini dağıtmış,
bir-sıra mühüm obyektləri ələ keçirtməklə
yanaşı, Azərbaycan xalqının tarixi isinə zərbə
endirmiş, mədəni-dini abidələri və maddi sərvətlərini
məhv etmişdir. İşğal zonasında qalan Alban
xristian məbədləri, məscidlər erməni vandalizminə
məruz qalmış, Azərbaycanın mədəni sərvətinin
nümayəndələrinin Vaqifin, xan qızı Natəvanın,
Ü.Hacıbəyovun, Bülbülün abidələri
dağıdılmış, mədəniyyət ocaqları
yerlə-yeksan edilmişdir. Bəşər
sivilizasiyanın nadir nümunələrindən olan Azıx
mağarasının taleyi müəmmalı
qalmışdır. Bu faktlar, erməniliyin
multikultural mədəniyyətdən uzaq olan vandalizm təbiətinə
şahidlik edir.
Azərbaycanın çağdaş tarixinə Xocalı
faciəsini yaşadan ermənilik, həmin dövrdə beynəlxalq
təşkilatların səbatsız addımlarına
arxalanırdı. Belə ki, Azərbaycan Respublikası Xocalı faciəsindən
sonra beynəlxalq təşkilatlara rəsmi müraciətlər
göndərsə də bu qurumlar, XX əsrin əvvəllərində
bolşevik “süngüsünün” köməyi ilə tarixi
Azərbaycan torpaqlarında yaranmış, Ermənistan
adlı dövləti təcavüzkar kimi qiymətləndirməyə
tələsmir, Yuqoslaviya variantının
mümkünlüyü haqda fikirlər söyləyir,
problemin həllini ilk növbədə regional təşkilat
olan ATƏT-lə bağlayır, ölkənin ərazi
bütövlüyü məsələsi sual altında
qalırdı. O biri tərəfdən spyürkün siyasi aləti
olan erməni lobbisi Qərb dövlətlərinə təsir
edə bilir, Qarabağ müharibəsinin gedişatında ermənipərəst
senator C.Kerrinin təklifi ilə ABŞ
Konqresi Azərbaycan Respublikasına qarşı yönəlmiş
907 saylı düzəlişi təsdiqləyir. Və bu sənəd 1992-ci ilin dekabrında Prezident
ata C. Buş tərəfindən imzalanır.
Müasir
dövrdə Azərbaycan Respublikasının millətlərarası
münasibətlər siyasətinin məqsəd və vəzifələri,
prinsipləri və əsas
istiqamətləri, hüquqi bazası
Polietnik əhaliyə
malik olan Azərbaycan Respublikası azsaylı xalqların
hüquq və azadlıqlarının qorunmasını
dövlət siyasətinin əsas istiqamətlərindən
biri olduğunu götürərək, 1992-ci il 16 sentyabr fərmanı
ilə “Azərbaycan Respublikasında yaşayan milli
azlıqlar, azsaylı xalqlar və etnik qrupların
qorunması, dil və mədəniyyətinin inkişafına
dövlət yardımı haqqında” azsaylı xalqların mədəni
inkişafına geniş imkanlar vermiş, onların
hüquqlarının qorunmasını hüquqi dövlətin
əsas vəzifəsi kimi götürmüşdür.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışından sonra, separatçı qüvvələrə
qarşı əməli tədbirlər görmüş, millətlərarası
münasibətlər siyasətini demokratik prinsiplər əsasında
inkişaf etdirmək istiqamətini əsas götürərək,
azsaylı xalqların hüquq və azadlıqlarını
qorumağı dövlətçilik quruculuğunun ümdə
vəzifəsi kimi qarşıya məqsəd qoymuşdu.
Müasir
dövrdə Azərbaycan Respublikasının millətlərarası
münasibətlər siyasətinin hüquqi bazası dövlətin
ali qanuna konstitusiyaya əsaslanır.
Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının
bütün vətəndaşlarına qanun və məhkəmə
qarşısında bərabərlik hüququ verir.
Konstitusiyanın İkinci bölməsinin lll fəslinin 25-ci
maddəsinin 3-cü bəndində deyilir: “İnsan və vətəndaş
hüquqlarını və azadlıqlarını irqi, milli,
dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və
sosial mənsubiyyətə görə məh-dudlaşdırmaq
qadağandır”.
Azərbaycan
Respublikasının konstitusiyası ölkə əhalisinin tərkib
hissəsi olan azsaylı xalqların milli mənsubiyyət
hüququnun qorunmasını əsas götürərək,
İkinci bölmənin lll fəslinin 44-cü maddəsində
göstərir: “Hər kəsin milli mənsubiyyətini qoruyub
saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini
dəyişdirməyə məcbur edilə bilməz”.
Etnosun əsas atributlarından olan dil hüququnu da Azərbaycan
Respublikasının konstitusiyası qoruyur və dövlətin ali
qanununun İkinci bölməsinin lll fəslinin 45-ci maddəsində deyilir: “Hər
kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və
təhsil almaq, yaradıcılıqla məşğul olmaq
hüququ vardır. Heç kəs ana
dilindən istifadə hüququndan məhrum edilə bilməz”.
Bu
prinsipial bazanı əsas tutan dövlətimiz 1995-ci il
fevralın 1-də Avropa Şurasının “Milli
azlıqların müdafiəsi haqqında’’ Çərçivə
konvensiyası”nı imzalamış və bu Konvensiya 16 iyun
2000-ci ildə ratifikasiya etmişdi. Azsaylı
xalqların hüquqlarını qoruyan Konvensiyanın ll hissəsinin
4 maddəsində göstərilir ki, Avropa Şurasının
üzvü olan bütün dövlətlər “milli
azlığa mənsub olan hər bir şəxsin qanun
qarşısında bərabər müdafiə olunmaq
hüququna zəmanət verirlər. Bununla
əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan
hər cür ayrı-seçkilik qadağan olunur”.
YUNESKO-nun
2005-ci il oktyabrın 20-də qəbul etdiyi
“Mədəni özünümüdafiə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiya”nı Azərbaycan
Respublikası 26 noyabr 2009-cu ildə təsdiq etmişdir.
Multikultural ənənələri inkişaf etdirən Azərbaycan
Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini,
dilini, adət-ənənələrini qoruyur və məqsədyönlü
iş aparır. Azsaylı xalqların etnik mənşə və
konfessional fərqlərinə baxmayaraq, Azərbaycan
Respublikası onların hər birinə eyni dərəcədə
qayğı göstərir, dilindən, dinindən, etnik mənşəyindən,
sayından asılı olmayaraq,
toleyrantlıq ənənələrini əsas tutaraq,
azsaylı xalqlara hörmətlə yanaşır.
Azsaylı xalqların hüquqlarının qorunması
üzrə ardıcıl siyasət aparan müstəqil
dövlətimiz onların etno-konfessional inkişafına hərtərəfli
köməklik göstərir. Milli azlıqlar öz
milli mərkəzlərini, assosiasiyalarını və digər
qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər.
Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri
fəaliyyət göstərir ki, onların sırasında
“Birlik” cəmiyyəti rus icması, Ukrayna cəmiyyəti,
Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-İsrail cəmiyyəti,
Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat mədəniyyət
mərkəzi, “Ronai” kürd mədəniyyət mərkəzi,
“Samur” ləzgi milli mərkəzi, Ahıska türklərinin
“Vətən” cəmiyyəti, talış mədəniyyət
mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin
icması, Avropa yəhudiləri (Aşkenazi) ic-ması,
“Kapelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət
mərkəzi və başqaları fəaliyyət göstərirlər.
İslam dinini, pravoslavlığı və iudaizmi
özündə birləşdirən “Üç qardaş” təşkilatının
Azərbaycan Respublikasında fəaliyyət göstərməsi
multikultural mədəniyyətin daşıyıcısı
olan dövlətimizin tolerantlıq ənənələrinə
hörmətlə yanaşmasının bariz nümunəsidir.
Xüsusi
olaraq “Zaman-Azərbaycan” üçün Siyasi elmlər
üzrə fəlsəfə doktoru Asim Məmmədov
Azərbaycan
Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifə
ni hazırladı:
Vüqar Nəbiyev
Zaman.-2015.-27 oktyabr.-S.13.