Eyni cəmiyyətin mənsubları olaraq biz bir-birimizə yad, uzaq ola bilmərik

 

İnsanı insan olduğu üçün sevmək ona hörmət bəsləmək, Yaradana ehtiramın ifadəsidir. Yoxsa yalnız özü ilə həmfikir olanları sevmək saymaq, səmimi insani bir sevgi hörmət deyil, bir eqoizm insanın öz-özünü bütləşdirməsidir.

 

 

 Hələ bir , təməl düşüncə təsəvvürdə eyni yolda olub, lakin eynilə bizim kimi düşünməyənlərə xor baxmaq bir mürüvvətsizlik özünü bəyənmişlikdir. Biz gələcəyin memar qurucularını məsələləri çıxış nöqtələrinə, səbəblərə görə deyil, məqsədlərə görə mütaliə edən ali himmətli (hər işə məsuliyyətlə yanaşan) bir heyət olaraq düşünürük. Madam ki, eyni düşüncədə olan biz, bütün millət fərdləri müxtəlif yol strategiyalarla da olsa, həmişə eyni nöqtəyə varmaq üçün çırpınırıq, axı niyə bu uca hədəfin müqəddəs yolçularını qaralayaq ?.. İnsanlığın gələcəkdə alacağı cəbri (zorla, məcburən edilən) keyfiyyət, hal-hazırda yaşadığımız dünya etibarilə, bizi o dərəcədə diqqət gözüaçıqlığa məcbur edir ki, indi tələsik verəcəyimiz hər hansı bir qərarın gələcəkdə aradan qaldırılması qeyri-mümkün səhvlərə səbəb olma ehtimalı vardır. Buna görə , gələcəyin memarları quracaqları dünyanın təməlini insana sevgi hörmətdən qaynaqlandırmaq məcburiyyətindədirlər.

 

Müasir dünya gətirdikləri ilə bizi zülmətli, uçurumlu yollara saldı. hal-hazırda mahiyyətini bilmədiyimiz bir çox məsələ ilə üz-üzəyik. Həlli ilə məşğul olduğumuz bu məsələlər son dərəcədə qarma-qarışıq, nəticələri o nisbətdə ziddiyyətlərlə doludur... Bəli, insanlığa abi-həyat gətirmək üçün Qaf dağına çıxmaq əzmində olan minlərlə Xızır var, lakin heç birində əbədilik (ölümsüzlük) iksirinin əlaməti mövcud deyil. bu həvari ruhlu qəhrəmanların bütün səylərinə baxmayaraq, insanlığa hörmət ciddi təhlükələrlə üz-üzədir.

 

Biz illərlə elə hey çırpındıq, lakin heç cür gələcəyin təməlinə çevriləcək əsasları müəyyənləşdirə, əldə edə bilmədik. Əldə edə bilməzdik , çünki duyğu düşüncələrmizin müxtəlif şeylər vəd etməsi fərqliliklər gətirməsi bizi, əlində qırıq bir saz yarımçıq bir nəğmə ilə qapı-qapı gəzən musiqiçilər halına gətirdi. Hər kəs əlinə aldığıdoğru”nun bir parçası ilə başqa doğruları inkar hər kəsi əlindəki parçacığa tabe olmağa məcbur hesab edərsə, fikir mübadilələri aparmaq, yeni nəticələr çıxış yolları əldə etmək mümkündürmü? Üstəlik özləri ilə razılaşmayanları kafir kimi qələmə vermə, qaralama, hətta feili təcavüz silahlarından da istifadə edilərsə...

 

Bu gün üsuldakı səhvlərlə varılan məqam çox həzin düşündürücüdür. Çiyin-çiyinə eyni yolda gedən insanlar bir-birini tanımaz hala gəliblər. Doğrular yanlışlar əsl dayaqlarından,

 

təməllərindən uzaqlaşdırılmış, müəyyən qrupların istək həvəslərinə uyğun sürüşkən relslər üzərinə yerləşdirilmişdir. Belə bir qarışıqlıq içində məfkurənin ucalığını, vəsilənin ondan fərqliliyini ayırd etmək mümkün deyil.

 

Dövrümüzün insanları bahardan kam almaq üçün seyrə çıxıb bir sarı çiçəyə vurulmuş kimidir. Əslində o, vəsilələr üçün döyüşə girdiyi bu yolda çoxdan hədəfə varma ümidini itirmişdir. Artıq gördüyü sırf məşğul olmaq üçün məşğul olmaq hərəkət etmək üçün hərəkət etməkdən ibarətdir. Məbəddə turistlərə şirin görünməyə çalışan mehmandar məbədə xidmət Yaradana qulluğu necə unudarsa, eləcə , bu gün hər hansı bir qrup partiyaya könül verənlər əsl məfkurə qayəyə qarşı yad biganədir.

 

Dövrün insanları baharın yolunda bir çiçəyin məhkumu, dəryada bir qətrənin əsiridir. Zənnimcə, onlara yeni bir qayə, baxış verəcəyimiz günə qədər bu pərəstişkarlığın qarşısını almaq mümkün olmayacaq. Amma buna baxmayaraq, biz doğruya, həqiqətə tərcüman olmaqla mükəlləfik. Kaş ki, ola bilsə idik..!

 

Gözümüzə girən qəlbimizi dolduran hava qədər cazibədar ovsunlayıcı olursa olsun, könül verdiyimiz həqiqəti unutmağımıza əsla yol verilməməlidir. Eyni cəmiyyətin mənsubları olaraq biz bir-birimizə yad, uzaq ola bilmərik. Yaxşının gözəlin mənbəyi əlimizdə deyil ki, eyni hədəfə doğru başqa bir yolun yolçusuna qarşı mücadiləmiz uyğun olsun.

 

Fərqli fikirdə olan bir insanın yol sistemini analiz edə bilərik. Bu, ağlın fərqli şəkillərdə işlədiyinin ifadəsidir. Amma əgər eyni üfüqə varmaq üçün çırpınırıqsa, heç olmasa onun düşüncəsinə hörmət göstərməliyik. Bu, eyni hədəfə istiqamətlənmənin, eyni imana sahib olmanın, eyni anlayışı istifadə etmənin nəhayət, hər şeydən daha üstün Uca Yaradanın yüksək tutduğu müqəddəs mənaya hörmətin tələbidir.

 

Mübarək dinimiz bizə bir-birimizi sevməyi, kömək göstərməyi əmr edir. Buyrulur ki, bir-birinizi sevmədikcə kamil iman etmiş sayılmazsınız. Hər zaman söylənən qədər söylənsə belə təkrar edilməsinə ehtiyac olan böyük həqiqətlər var: “Bir insanın xilasına səbəb olmaq bütün insanlığı qutarmaq kimidir; haqsız yerə bir insanın canına qıymaq bütün insanlığı qətl etmək kimidir.” Göründüyü kimi, dünümüz bizi əldən tutmağa, yaxşılığı, xeyiri paylaşmağa yönəldir. İnsanı qurtarmaqifadəsi ölümün ağzından almaq anlamına gəlməz. Çünki biz ölümə məhkumuq, a bu gün, ya sabah, zaman əcəlimiz gələcəksə, o səfərə çıxacağıq. Ölüm - Allahın ədalətinin təcəllisidir. Ölümsüz Adəm oğlu yoxdur, hər kəs ölümə məhkumdur, kimsə kimənin yerinə ölə bilməz, kimsə kimsəni öz yerinə qurban edə bilməz. İnsanı qurtarmaqifadəsi onun zülmətdən nura, cəhalətdən imana köç etməsinə səbəb olmaqdır. Çünki insan dünyanı mümim kimi tərk edə bilər, kafir kimi . Allahını tanıyan, Onun əmrlərinə tabe olan, ömrünün hansı yaşında olur-olsun, anlayan Haqqa yönələn insan, xətaları üçün tövbə edib əfv diləyən, işlədiyi yaxşılıqları, savabları unutmağa çalışan, başa qaxmayan insan zərərdə olmaz. Dinimizin yetişdirmək istədiyin insan obrazı da budur. Hər zaman ətrafına xeyir verən, tikan deyil, gül bitirən, əldən tutan, qarşı tərəfi anlamağa çalışan, cahilin deyil, cəhalətin düşməni olan, insanın Haqqa yönəlməsi üçün əlindən gələni əsirgəməyən insan. Təəssüflə qeyd eləmək istəyirik ki, bir çox dini terminlərin mənası ya tamamilə dəyişdirilmiş, ya da çox dar, bəsit bir çərçivəyə hbs edilmişdir. Cihadsözü bu mənada ən çox diqqətimiz çəkən dini islahdır. Bu sözün daşıdığı məna ancaq öldürmək deyil, əksinə ölünün dirilməsinə səbəb olmaqdır. Döyüş meydanında bir kafiri öldürməkcihadqavramının, bəlkə , ən sonuncu mənasıdır. Həqiqi cihad insanın qəlbini fəth etməkdir, onu sevmək özünü  ona sevdirməkdir. Sevimli Peyğəmbərimizin (s.ə.s.) yolu budur. Rəsulullah (s.ə.s.) bir dəfə Həzrət Əliyə (ə.s.) belə buyurmuşdur: “Ya Əli, bir insanın qurtuluşuna səbəb olmaq, içindəki bütün naz-nemətləri ilə birlikdə bu dünyaya sahib olmaqdan daha xeyirlidir.”

 

Bəli, biz bir-birimizlə imtahan olunuruq, bir-birimizlə ya qazanırıq, ya uduzuruq. Səmimi olduğumuz qədər sevirik, sevilirik. Sevdiyimiz, sevildiyimiz qədər etibarımız, etimadımız olur. İnsan Allah-Təalanın yaratdığı uca varlıq, yer üzünün xəlifəsidir.

 

İnsana hörmət göstərək! Onda əks olunan ali həqiqətlərə hörmət edək. Yaradandan ötrü onu sevib-sayaq, ona ehtiram göstərək. Bu düşüncə ilə inkişaf etdirə bildiyimiz cəmiyyət gec-tez özünə-kökünə qayıdacaq itirdiyi şeyləri axtarmağı bərpa etməyi bacaracaqdır.

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə

 

ni hazırladı:

 

Əli Çərkəzoğlu

Zaman.-2015.-29 oktyabr.-S.13.