“Türkiyə -Azərbaycan iqtisadi birliyinin əldə etdiyi nəticələr kiminsə xoşuna gəlmir”

 

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev son günlər Türkiyədə nəşr olunan bəzi mətbuat orqanlarında SOCAR-la bağlı yazılanlara münasibət bildirərək qeyd edib ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə böyük siyasi və iqtisadi birliyinə kölgə salmaq istəyirlər.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə icra etdiyi investisiya layihələri uğurla həyata keçirilir. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev son günlər Türkiyə mətbuatında yazılanlara münasibət bildirərək qeyd edib: “Ola bilər ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə böyük siyasiiqtisadi birliyinə kölgə salmaq istəyir”.

 

R.Abdullayev əlavə edib ki, SOCAR-ın bu ölkədəki layihələri uğurla həyata keçirilir: “TANAP layihəsi yüksək templə irəliləyir. Artıq boruların düzülməsi və qaynaq işlərinin aparılması həyata keçirilir. Bu layihədə gözəl nəticələr var”.

 

”Star” neft emalı zavodunun inşası da davam etdirilir. Burada işlər proqramı qabaqlayır. Petlimlimanı artıq başa çatdırılır, burada kranlar quraşdırılır. Bu liman gələn ilin birinci rübündə artıq yükləri qəbul etməyə başlayacaq. Bu gözəl nəticələr, Türkiyə-Azərbaycan iqtisadi birliyinin əldə etdiyi nəticələr kiminsə xoşuna gəlmir. Bu da normal bir şeydir”, - deyə SOCAR prezidenti vurğulayıb.

 

 SOCAR Monteneqronu da qazlaşdırmaq istəyir

 

SOCAR Albaniya ilə yanaşı Monteneqronun da qazlaşdırılması layihəsində iştirak edə bilər. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. R.Abdullayev qeyd edib ki, iki dövlətin qazlaşdırılması layihəsi böyüdülərək birlikdə həyata keçirilə bilər. “Bu daha gəlirli olar. Bu işlərə baxılır. Trans-Adriatik Boru Kəməri (TAP) istifadəyə verildikdən sonra Albaniyaya qaz nəql olunacaq. Bundan sonra qazın paylaşdırılmasına başlanılacaq”, - deyə SOCAR rəhbəri qeyd edib.

 

 Gürcüstanın qaz bazarı açıqdır, kim istəsə qaz sata bilər

 

SOCAR-ın prezidenti həmçinin qeyd edib ki, Gürcüstan qaz bazarı açıq bazardır SOCAR burada digər mənbələrdən gətirilən alternativ qazın satılmasına etiraz etmir: “İş adamları Gürcüstana alternativ qaz gətirməyə çalışırlar. Bizim heç bir etirazımız yoxdur. Bura açıq bazardır bu bazarda rəqabətqabiliyyətli qaz gətirib sata bilənlər iştirak edə bilərlər”.

 

R.Abdullayev bildirib ki, gələn il Gürcüstana ötürülən Azərbaycan qazının həcmi builki səviyyədə qala bilər, lakin onun artırılması da mümkündür.

 

 SOCAR Kanadada ofis açır

 

Kanadada ofis açmaq üçün “SOCAR Trading” şirkəti aktiv işlərə başlayıb. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. R.Abdullayev qeyd edib ki, bu ölkədə SOCAR müəyyən biznes əlaqələri qurub: “İnanırıq ki, Kanadanın neft sənayesində müəyyən işlər görmək olar bunun üçün hazırlıq görürük”. Bilirsiniz ki, neftin qiyməti düşdükdən sonra müəyyən dəyişikliklər baş verir. Kanadada uzunmüddətli, amma ağır çıxarıla bilən ehtiyatlar var. Düşünürük ki, orada bununla məşğul olmaq olar”, - deyə SOCAR rəhbəri bildirib.

 

Xatırladaq ki, SOCAR-ın nümayəndəliyi Kanadanın Kalqari şəhərində yerləşəcək. SOCAR-ın bu ölkədə nümayəndəlik açması beynəlxalq bazarlarda faəliyyətini genişləndirməsi planları çərçivəsində həyata keçirilir.

 

 Qazprom”la SOCAR müqavilə imzalayacaq

 

RusiyanınQazprom” ASC ilə Azərbaycan SOCAR arasında təbii qazınsvoprejimində alqı-satqısı müqaviləsinin texniki detalları hazırlanır. Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti məlumat verib. R.Abdullayev qeyd edib ki, hələlik müqavilənin vaxt imzalanacağı məlum deyil: “Bildiyiniz kimi, Rusiya qazı burada laylara vurulması, gələcəkdə neft hasılatının artırılması qaz anbarının maksimal gücə çatdırılması üçün nəzərdə tutulub”.

 

Qeyd edək ki, “Qazpromşirkətinin Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcəyi nəzərdə tutulur. Həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq. Gələn ildən isə alınan Dağıstanın qazla təmin edilməsi üçün nəql olunacaq.

 

 Xatırladaq ki, SOCAR 2010-cu ildən Rusiyanın cənub hissəsini qazla təmin edib, 2014-cü ilin sonu-2015-ci ilin əvvəlində ölkədə artan tələbatla bağlı Rusiyaya qaz nəqli dayandırılıb.

 

 Neftimizin Bakı-Novorossiysk kəməri ilə nəqli davam edəcək

 

Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqli 2016-cı ildə davam etdiriləcək. Bu barədə Rövnəq Abdullayev bildirib. R.Abdullayev qeyd edib ki, bu boru kəmərinin istifadəsi vacibdir: “Bu kəmər iqtisadi cəhətdən daha çox üçüncü alternativ marşrutun saxlanması baxımından vacibdir. Bu xəttə bizim neftin verilməsi qarşı tərəf üçün vacibdir”.

 

R.Abdullayev bildirib ki, gələn il Novorossiysk limanından eyni həcmdə, yəni 1,5 mln. ton neft ixrac olunacaq.

 

Qeyd edək ki, Bakı-Novorossiysk neft kəməri xam neftin Şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Qara dənizin Novorossiysk limanına Rusiya ərazisindən keçməklə nəql olunur.

 

Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunması haqqında müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. Kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

 

Bu kəmərin ümumi uzunluğu 1 330 km, diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.

 

Rusiyanın baş naziri Dmitri Medvedev 2013-cü ilin may ayında Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə Rusiya ərazisindən tranziti haqqında 1996-cı ildən qüvvədə olan müqavilənin ləğvinə dair sərəncam imzalayıb.

 

2014-cü il fevralın 18-də isə SOCAR ilə RusiyanınTransneftşirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. SOCAR TransneftAzərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.

 

Zaman.-2015.-30 oktyabr.-S.8.