Siyasi-ictimai vəziyyətlərdən asılı olmayaraq Azərbaycan hər zaman tolerantlıq nümayiş etdirib

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dini azlıqların hüquqlarının qorunması təminatı sahəsində mühüm ciddi qərarlar verilib.

 

 

1992-ci ildəDini etiqad azadlığı haqqındaAzərbaycan Respublikası Qanunu qəbul edilməsini daha sonralara həmin qanuna 1996 1997-ci illərdə müvafiq düzəlişlərin edilməsi dini etiqad azadlığının təminatı istiqamətində atılan mühüm addımlardandır. Qanunda deyilir: “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək yaymaq hüququna malikdir”.

 

Dövlət istər etnik, istərsə dini azlıqlara hüquq azadlıqlarının bərabərliyinə tam təminat verir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Konstitusiyanın 25-ci maddəsinin III bəndində deyilir: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq azadlıqlarının bərabərliyinə təminat verir. İnsan vətəndaş hüquqlarını azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

 

***

 

Konstitusiyanın sözügedən maddəsində aydın şəkildə göstərilib ki, milli ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqındaqanunun 3-cü maddəsində Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabər olduğu göstərilib. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları vəzifələri onların mənşəyindən, sosial əmlak vəziyyətindən, irqi milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi başqa əqidələrindən, məşğuliyyət növündən xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən başqa hallardan asılı olmayaraq bərabərdir”. Bununla belə, Azərbaycan Respublikasında heç bir millətin, milli ya dini azlığın nümayəndəsinə ya onlardan olan qrupa milli xüsusiyyətlərinə ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini sabitliyi qorumaq, həmçinin dini ayrı-seçkilik yaranmasının qarşısını almaq, münaqişələrin  səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meyilli şəxs qrupların qarşıdurma yaratmaq cəhdlərinin zərərsizləşdirilməsi, ictimai təhlükəsizlik sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil etmək bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

 

***

 

Bu gün Azərbaycanda yalnız kilsə sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Bu da öz növbəsində təkcə Şərqin deyil, həm Qərbin diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, ölkəmizdə müxtəlif dini cərəyanlar tərəfindən ibadət evləinin tikintisi bərpasına digər dini icmalar tərəfindən maddi mənəvi dəstək verilməsi tarixi keçmişdən qalan bir ənənədir. Buna misal olaraq XIX əsrin sonlarına yaxın BakıdaQızıllı kilsəkimi tanınanAleksandr-Nevskikilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin mühüm hadisəsidir. Dünyada dinlərarası münasibətlərin gərginləşdiyi, dini etnik zəmində qarşıdurmaların daha da artığı bir vaxtda Azərbaycanın uzun illərdən bəri formalaşdırdığı tolerant siyasətini nümunəvi hadisə kimi dəyərləndirmək olar.

 

Bu Azərbaycanda aparılan uğurlu din siyasətinin nəticəsi idi ki, bir neçə il ərzində Moskva Ümumrusiya Patriarxı II Aleksinin, Roma Papası II İohann Pavelin, Gürcüstan Patriarxı II İliyanın, Rum Patriarxı I Varfolomeyin ölkəmizə səfərləri təşkil olundu bu qonaqlar ölkəmizdə bərqərar olan tolerantlığın şahidi oldular.

 

***

 

Milli dini kimliyindən asılı olmayaraq bütün vətəndaşların hüquqları konstitusiya ilə tənzimlənir. Bununla yanaşı, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq azadlıqları, o cümlədən vicdan dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Mərhum prezident Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində mühüm işlər aparmış bununla da dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur.

 

Bunun nəticəsi olaraq 2001-ci ildə konstitusiyada vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalandı. Heydər Əliyev Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə təkan vermiş baş verə biləcək mənfi halların qarşısını əvvəlcədən almışdır. O, tolerantlığın təkcə ölkədaxili sabitliyin qorunmasında deyil, eyni zamanda, dövlətlərarası münasibətlərin qurulmasında önəmli yeri olduğunu bildirmişdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm cəmiyyətdə gedən proseslərin, həm dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. … O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərə dözümlük deməkdir”.

 

***

 

Azərbaycan qədim dövrlərdən bəri müxtəlif xalqların birlikdə yaşadığı bir ölkədir. Heç bir dini etnik münaqişələrin baş vermədiyi nadir ölkələrdən olan Azərbaycan bu baxımdan multikulturalizm siyasətinin ən yaxşı modeli hesab olunur. Ölkəmizdə tarixən bu sahəyə pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilmiş sayılır. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Sözügedən qurum azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın mədəni, dini müxtəlifliyin qorunmasına xidmət edən, eyni zamanda, ölkəni bütün dünyada multikulturalizm mərkəzi kimi tanıdan dünyada mövcud multikulturalizm modellərini tədqiq edən bir qurumdur. Ölkədə mövcud siyasi-ictimai vəziyyətlərdən asılı olmayaraq Azərbaycan hər zaman tolerantlıq nümayiş etdirməyi bacarıb. XXI əsrin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bütün dövlətlərin istər iqtisadi, istər siyasi, istər sosial həyatına qloballaşma prosesinin təsirlərini gətirməsidir. Buna görə qloballaşma prosesinin qarşısında duran əsas vəzifələrdən biri  beynəlxalq iqtisadi inteqrasiyanı daha sürətli səmərəli şəkildə həyata keçirməkdir. Qeyd etmək lazımdır ki, bu inteqrasiya nəticəsində bəzi ölkələr tranzit ölkələrə çevrilir bəziləri müxtəlif iqtisadi birlikllər yaradır, bəziləri isə ərazilərində azad iqtisadi zona yaradır. İnteqrasiya prosesində təbii qeyri-təbii miqrasiya baş verir ki, bu zaman da humanitar məsələ aktual bir problem olaraq öz həll edilməsinə zərurət yaranır. Bu da öz növbəsində dövlətlərarası sazişlə beynəlxalq normalarla nizama salınır.

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə

 

ni hazırladı:

 

 Allahvedi Cəfərov

Zaman.-2015.-3 sentyabr.-S.13.