Azərbaycan Qərb və Şərq
arasında tolerantlıq və multukulturalizm
körpüsüdür
İqtisadi, siyasi və hərbi-strateji baxımdan
dünyanın ən həssas coğrafi məkanlarından birində
yerləşən Azərbaycan
həm də dini və milli
baxımdan ən həssas bölgələrdən
biri kimi tanınır.
Bu baxımdan ölkəmizə
düşmən güclər
müxtəlif vaxtlarda
Azərbaycan daxilindəki
milli, dini fərqliliklərdən istifadə
etməyə və bu yolla ölkəmizdə
milli dini toqquşmalar salmağa cəhd etmişlər. Lakin tarixboyu
Azərbaycan xalqı dini, milli tolerantlığı
ilə seçilmiş
və ölkəmizdə
yaşayan bütün
xalqların və dinlərin nümayəndələrinə
münasibətdə yüksək
bəşəri dəyərlər
çərçviəsindən yanaşmışlar. Bu düşmən güclərin
ölkəmiz daxilində
milli dini qarşıdurmalar salmaq cəhdlərinin qarşısının
alınmasında önəmli
rol oynamışdır.
Bu baxımdan qədimlərdən
günümüzə qədər
Azərbaycanda yaşayan
əhalinin 90 faizini təşkil edən Azərbaycan türklərinin
etnik və dini azlıqların nümayəndələrinə münasibətdə dözümlülük
nümayiş etdirmələri,
onlara qarşı hər hansı milli dini ayrı
seçkliyə yol verməməsini bəşəri,
mədəni, demokratik
inkişafın ən
yüksək mərhələsi,
sivilizasiyaya nümunə
hesab etmək olar. Hər halda hazırda
Avropanın ən inkişaf etmiş dövlətlərində belə
Azərbaycandakı qədər
tolerantlıq tapmaq mümkün deyil. Bütün bunlar da Azərbaycan
türklərinin milli,
mənəvi, elmi dünya görüşünün
ən yüksək səviyyədə inkişafının
parlaq nümunələrindən
biridir. Yəni sözün əsl
mənasında Azərbaycan
türklərinin təfəkkürü,
zehni, elmi, mədəni dünyagörüşü
və fərqli sivilizasiya nüməyəndələrinə
münasibətdə tolerantlıq
nümayiş etdirmələri
milyardlarla insanın dinc, qarşılıqlı
hörmət şəraitində
yaşaması üçün
yeni bir inkişaf erasının əsasını təşkil
etməkdədir.
Bu müstəvidə də Azərbaycan dini və milli
tolerantlıq baxımından
bölgə dövlətləri
arasında liderlik edir. Məsələyə münasibət bildirən
politoloqların əksəriyyətinin
fikrincə Azərbaycanda
tolerantlıq hazırda
özünün yeni mərhələsini yaşamaqdadır
və bu, sivil bəşəri inkişafa verilən bir töhfə olacaq. Azərbaycanda tolerantlığın belə yüksək səviyyədə inkişaf
etdirilməsinin isə
arxasında təbii ki, Azərbaycan türklərininn uca Yaradanın yaratdığı
ən şərəfli
varlıqlardan olan insana olan bəşəri
sevgi və məhbbətindən irəli
gəlir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Qabil Zamanlının sözərinə görə,
Azərbaycanda bütün
dinlərə və digər millətlərə
mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib.
O deyir ki, belə bir münasibət,
təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb
və formalaşdırılması
da mümkün deyil. Politoloq belə hesab
edir ki, tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmət etmək, fərqli düşüncələrinə,
onun fikirlərinə dözümlü yanaşmaqdır.
Qabil Zamanlı: “Hər halda unutmaq olmaz ki,
Azərbaycanda dünyaya
nümunə olan tolerantlıq ilk növbədə
türk millətininin
xarakterindən, min illər
boyu onun daxilində formalaşan milli-mədəni, bəşəri
mənəvi dəyərlərindən
tarixi ənənələrindən
irəli gəlir. Azərbaycanda bütün dinlərin,
millətlərin nümayəndələrinə
tolerant münasibət milli
özündərkin, sivil
inkişafın ana xəttinə çevrilib.
Əks halda yəni tolerantlıq milli şüurun tərkib hissəsinə çevrilməsəydi,
onda ölkəmiz ona düşmən güclərin daxili qarşıdurmalar meydanına
çevriləcəkdi. Bu baxımdan hesb
edirəm ki, Azərbaycandakı tolerantlığın
belə yüksək səviyyədə olması
və zehinlərdə
həkk olunması ölkəmizin sivil, demokratik inkişafına yol açıb. Bu əsasda da
Azərbaycan demokratik və sivil inkişaf
beşiyinə çevrilərək
bəşəri inkişafa
əvəzssiz töhfələr
verməkdədir”,-deyir.
Qabil Zamanlı
eyni zamanda qeyd edir ki,
Azərbaycanın sivil
bəşəri inkişafının
əsasında dayanan tolerantlıq və multikulturalizm ölkəmizə
daha yeni zirvələr fəth etməyə dünya üçün sülh, barış mərkəzi
rolunu daha yüksək səviyyədə
oynamağa imkan verəcək.
Qabil Zamanlı
həm də təəssüf hissi ilə qeyd edib
ki, Azərbaycan dünyaya tolerantlıq nümunəsi nümayiş
etdirdiyi bir dövrdə Qərbdə
bəzi radikal güclər tərəfindən
islamofobiya körüklənməkdədir. Bunun da əsasında Qərbdəki
bəzi mürtəce
güclərin müsəlmanlara
düşmən münasibət
bəsləməsi, Qərb
ölkələrində müsəlmanların
sayının artmasından
təşviş keçirməsi
dayanır.
Erməni
lobbisi tolerantlığın
əksi olan
islamofobiyanı qızışdırır
Qərbdə son dövrlərdə özünü
açıq şəkildə
göstərən İslamofobiyanın
arxasında isə erməni lobbisinin dayanması istisna edilmir. Bəzi məlumatlara
görə, bir sıra Qərb ölkələrində, o cümlədən
Danimarka, İsveç,
Norveç və digər ölkələrdəki
anti müsəlman güclərinin
islam əleyhinə
çıxışları erməni lobbisi tərəfindən təşkil
edilir və maliyyələşdirilir. Məqsəd
Qərbdə anti müsəlamn
ovqatını gücləndirməklə
gələcəkdə Şərqə
qarşı yeni xaçlı yürüşlərini
təşkil etmək
və bundan “Böyük Ermənistan”ın
yaradılması üçün
istifadə etməkdir.
Qabil Zamanlı: “Azərbaycanda dini milli tolerantlığın
yüksək səviyyədə
inkişaf etməsi, müxtəlif millətlərə,
dinlərə mənsub
olan insanların tolerantlıq, multikulturalizm
şəraitində yaşaması
monoetnik dövlət olan Ermənistanı və xaricdəki ermənii lobbisini daim narahat etməkdədir.
Onlar Azərbaycanın dünyaya
tolerantlıq, dini, milli dözümlülük
nümayiş etdirməsini
daim həyəcanla izləyirlər və bundan ciddi şəkildə
təşviş keçirirlər.
Çünki ölkəmizdə
olan milli dini dözümlülük,
tolerantlıq və multukulturalizm digər millətlərə düşmənçilik
xəttini özünün
ana xəttinə çevriən və nəticədə monoetnik
dövlətə çevrilən
Ermənistanın iç
üzünün ifşa
edilməsinə gətirib
çıxara bilər.
Bu isə Qərbdəki
bəzi dövlətlərin
yardımı hesabına
işğalçılıq siyasətini davam etdirən Ermənistanın
qonşu dövlətlərin
hesabına “Böyük
Ermənistan” yaratması
planlarını boşa
çıxara bilər.
Ona görə də Ermənistan dövləti
və erməni lobbisi bəşəri inkişafa yeni töhfə hesab edilən, onun varlığını qoruyub
saxlamasına, sivil inkişafına yol açan tolerantlıq əleyhinə çıxırlar.
Ermənistan və erməni
lobbisi bu müstəvidə Şərq
və Qərb sivilizasiyası arasında
düşmənçilik toxumları
səpməklə, tolerantlığın
əleyinə çıxmaqla,
Avropada və dünyanın digər yerlərində islamofobiyanı
körükləməklə xristian dünyasından kömək almaq istəyirlər. Guya Ermənistan
Şərq-Qərb qarşıdurmasının
mərkəzində yerləşib
və onlar müsəlmanlar tərəfindən
hər an məhv edilmək təhlükəsi
qarşısındadırlar. Bu müstəvidə də onlar müsəlmanlara
münasibətdə xristian
həmrəyliyinin guya
vacib olması barədə əsassız
və çirkin bir iddianı gündəmə gətirirlər.
Amma bütün bunlarla ermənilər, erməni lobbisi və onları dəstəkləyənlər
çətin ki, öz arzularına çatsınlar. Çünki Azərbaycan dini, milli dözümlülük,
dünyaya nümunə
olan tolerantlıq bəşəri inkişafın,
sivilizasiyanın gələcəyinin
tolerantlıqdan, multukulturalizmdən
asılı olduğunu
bir daha sübut etməkdədir.
Bəşəriyyətin sivil
inkişafının gələcəyi
də məhz tolerantlıqdan, multukulturlizmdən,
milli dini dözümlülükdən asılıdır”,-deyir.
Onu da deyək ki, erməni lobbisinin Qərbdə islamofobiyanı
körükləməsinə və bu yolla
İslam ölkələrində
anti Qərb çıxışlarının
vüsət almasına
səbəb olmasına
baxmayaraq Azərbaycan bu cür mənfi
hallara münasibətdə
təmkinli mövqe nümayiş etdirməkdədir. Belə
ki, son illərdə Avropa və Amerikada İslam dini və Məhəmməd
Peyğəmbər (səv)
təhqir olunarkən əksər müsəlman
dövlətlərində arzuolunmaz
proseslər baş verdi. Lakin
milli, dini tolerantlıq üzərində
köklənən Azərbaycan
xalqı buna daha yüksək dini və milli
dözümlülük nümayiş
etdirməklə cavab verdi. Bu cür düşmən radikal erməni oyunlarına ölkəmiz
tərəfindən, elmi,
savadlı cavablar verildi. İnsanlarımız əllərində gül kilsə və sinaqoqların qarşısına getdilər,
fərqli dinlərin təmsilçiləri ilə
söhbət etdilər.
Bu hətta fərqli dinə dözümsüz
münasibət göstərən
avropalılara bir örnək idi...
Beləliklə Azərbaycan günümüzdə
Qərb və Şərq sivilizasiyası
arasında tolerantlıq,
multukulturalizm körpüsü
olaraq qalmaqda davam edir. Təbii ki,
belə bir bəşəri funksiyanı
həyata keçirməklə
Azərbaycan həm də özünün nə qədər yüksək mənəvi
dəyərlərə malik
olduğunu bir daha nümayiş etdirmiş olur. Bütün hallarda tolerantlıq, multukulturalizm sahəsində
dünyaya örnək
ölkə olmaq Azərbaycan üçün
şərəfli, həm
də məsuliyyətli
bir işdir və bu, həm
də ölkəmiz üçün beynəlxalq
aləmdə qürur
mənbəyi deməkdir.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyəsi əsasında səhifə
ni hazırladı:
Əziz Mustafa
Zaman.-2015.-4 sentyabr.-S.13.