Parisdə “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinin və “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub

 

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza DeqatininAzərbaycan tolerantlıq ölkəsiadlı fotosərgisi açılıb.

 

 

Xəbərə görə, daha sonra Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyiAzərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

 

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.

 

 Parisin 1-ci rayonunun meriyasının binasında açılanAzərbaycan tolerantlıq ölkəsifotosərgisinə Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai mədəniyyət xadimləri qatılıb.

 

 Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının mühüm mövzuya - tolerantlıq mövzusuna həsr edildiyini qeyd edərək, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

 

 Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayaraq, Azərbaycanın birinci xanımının hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini qeyd edib. Reza Diqətinin bu dəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir bu sərgi ölkədəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.

 

 Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirərək, hazırkı mürəkkəb dünyada müxtəlif dinlərin xalqların mehriban şəraitdə yaşadığı bir məkan - Azərbaycan olduğunu qeyd edib.

 

 Tədbirin təşkilatçısı  Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

 Qeyd edək ki, sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir.

 

 Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışaraq, bu kitabların ölkənin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

 

 Qeyd edək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza DeqatininTalelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsikimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa RespublikasınınXidmətlərə görəordeninin laureatıdır.

 

 Sonra  Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanındaAzərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

 

 Mehriban Əliyevanın da açılış mərasimində iştirak etdiyiAzərbaycan şəhərciyiParisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilindən əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.

 

 Tədbirin aparıcısı Azərbaycan haqqında qonaqlara ətraflı məlumat verib.

 

 Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirib ki, həm Paris sakinləri, həm bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcəklər.

 

 Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyinibunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunubu əlaqələrin genişləndiyini bildirib.  “Xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilirbu, gözəl ənənəyə çevrilib”, deyə birinci xanım qeyd edib.

 

 Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırdığını bildirib. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən Jan Fransua Löqare bu cür tədbirlərin ölkələr arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını bildirib.

 

 Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Mehriban Əliyevanı Heydər Əliyev Fondu tərəfindən bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə təbrik edib. O, ölkədə birinci Avropa Oyunlarının uğurla keçdiyinibu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırıb.

 

 Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar.

 

 “Azərbaycan şəhərciyi”ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunub.

 

 Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı fotosərgi təşkil olunub.

 

 Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilib.

 

 Qeyd edək ki, “Azərbaycan şəhərciyi” sentyabrın 9-dək fəaliyyət göstərəcək.

 

 Daha sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdim olunub.

 

 Azərbaycanın birinci xanımı Parisin 1-ci rayonunun meri ilə görüşüb

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Parisdə təşkil olunan mədəniyyət tədbirlərinin Fransa ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılandığı diqqətə çatdırılıb, bu layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

 

 Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 Sonra Mehriban Əliyevaya meriyanın binasının tarixi və memarlıq quruluşu barədə məlumat verilib. Bildirilib ki, 1-ci rayonunun meriyası Parisin mərkəzində yerləşir və Fransa memarlığının nadir inciləri sırasındadır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:  Xəyalə Sadıqova

 

Zaman.-2015.-5 sentyabr.-S.13.