Azsaylı xalqların zəngin mədəniyyəti Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir

 

Şəkidə keçirilənİpək yolufestivalından görüntü

 

Azərbaycanda dinlər ölkənin indiki ərazisində yaşayan xalqlar etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Dini etiqad azadlığı haqqındaAzərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək ifadə etmək hüququna həmin hüququ həyata keçirməyə təminat yaradır.

 

Azərbaycanda yaşayan bütün dini konfessiyalar cəmiyyətlər Azərbaycanın qanunlarına uyğun şəkildə fəaliyyətlərini qura bilirlər. Onlar müstəqil şəkildə öz etiqadlarını, dini ayinlərini icra edirlər. Bu yolda onlara mane olacaq bir əngəl yoxdur. Məhz dini tolerantlığın bəhrəsi olaraq Azərbaycanda müxtəlif təriqətlərin nümayəndələri fəaliyyət göstərə bilirlər. Əhalisin əksəriyyətinin müsəlman olmasına baxmayaraq bu gun ölkə ərazisində bu insanların ibadətgahları fəaliyyət göstərir. Azərbaycanda heç vaxt məzhəb ixtilafına dini-etnik yöndə problemlər olmayaıb. Çünki müstəqil Azərbaycanın demokratik quruluşunun ştrixləri ulu öndər tərəfindən düşünülərək ölçülüb biçilmişdir. Yürüdülən milli siyasət nəticəsində məlum olmuşdur ki, Azərbaycanda etnik zəmində toqquşmaların yaranmasına səbəb yoxdur. Azərbaycanda yaşayan xalqlar dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq onun vətəndaşlarıdır onların hüquqlarını Azərbaycan hökuməti hər zaman müdafiə edir.

 

Azərbaycanda müxtəlif məzhəblər var. Ancaq bu məzhəblər arasında toqquşma halları yoxdur. Halbuki təəssüflə olsa etiraf etməliyik ki, İslam dünyası məzhəb ixtilafı, təriqət çəkişmələrindən çox əziyyət çəkir. Azərbaycanda isə müasir dövlətin yaradıcısı Heydər Əliyevin dərin zəkası qətiyyətliliyi, eləcə dini liderlərin təcrübəsi həmin bəlanın qarşısına möhkəm, keçilməz sədd çəkmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrini qəbul etdi. Onların dini etiqadları ilə maraqlandı, bir lider kimi milli mənəvi dəyərlərin qorunmasında, yaşadılmasında komək etdi. Bir xalqı məhv etmək üçün onun dilini, dinini, milli mədəniyyətini almaq kifayətdir. Bu ölkədə bütün dini konfessiyaların nümayəndələri qarşılıqlı anlaşma dinc şəraitdə yaşayır fəaliyyət göstərirlər. Onlara münasibətdə hər hansı bir ayrı-seçkilik müşahidə edilmir. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etmişdir. Dinc insanları qətlə yetirmişdir. Adamları öz yurd-yuvalarından didərgin salmışdır. Ancaq bütün bunlara baxmayaraq indi Azərbaycanda 35 mindən artıq erməni hər hansı bir təzyiqə təcavüzə məruz qalmadan rahat yaşayır. Təkcə bu faktın özü Azərbaycan ölkəsinin, Azərbaycan xalqının sivil-mədəni səviyyəsini göstərən ən tutarlı bir misaldır.

 

Müsəlman etiqadı VII əsrdən İslam dininin qəbulundan bu günəcən tariximizdə, mənəviyyatımızda, təfəkkürümüzdə, ədəbiyyat mədəniyyətimizdə əvəzsiz rol oynayıbdır. Daha doğrusu etnik birliyimizin son 1300 ildəki təminatçılarından biri islamçılıq olmuşdur.

 

Azərbaycan dinlərarası, mədəniyyətlərarası tolerantlıq, dözümlülük ocağı olaraq bütün dünyada tanınır

 

Son illər Zaqatala-Balakən bölgəsində dini vəziyyət normaldır. Hazırda bölgədə bir çox dinlərin nümayəndələrinə rast gəlmək mümkündür. Müxtəliflik qədər çox olsa da birlik, ümum dəyərlər ölkənin qanunlarına qarşı sadiqlik bölgədə xalqların həyatında özünü əks elətdirir. Zaqatala Balakən rayonlarında olan müsəlmanlar arasında məzhəb müxtəlifliyi olsa da İslam dininin adına ləkə gətirəcək mənfi hərəkətlər yol verilməzdir. Azərbaycan dövlətinin tarixi düşmənləri dəfələrlə bu müxtəliflikdən öz xeyirlərinə yararlanmaq istəsələr cəhdləri boşa çıxmış layiqli cəzalarını almışlar.

 

Bölgədə din təhsili verən yerlərdən biri 1998-ci ildə Azərbaycan xalqınınn ümummilli lideri, ulu öndər Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü tələbi ilə yaradılmış QMİ-nin sədri Şeyxülİslam Hacı Allahşükür Paşazadənin 26 avqust 1998-ci il tarixli 121 saylı əmri ilə rəsmi olaraq fəaliyyətə başlamışdır.

 

Bu təhsil ocağının yaradılmasında əsas məqsəd, bölgədə dini vəziyyətin mürəkkəbliyini, ali təhsilli din xadiminə olan ehtiyac ölkədən xaricdə olan dini təhsil ocaqlarına olan məqsədli axının qarşısını almaq olmuşdur.

 

Təhsıl ocağı Azərbaycan Respublikasında, Qafqaz bölgəsində, zərurət olduqda başqa dövlətlərdəki dini idarələrin xahişini nəzərə alaraq onlar üçün ali dini mütəxəssislər, habelə ali, orta ixtisas və ümumtəhsil məktəbləri, həmçinin dövlət və qeyri-dövlət təşkilatları üçün ali dini təhsilli mütəxəssislər hazırlamaqdır.

 

Dini Etiqad Azadlığı Haqqında Qanununa əsasən təhsil ocağının tələbələri dövlət ali tədris müəssisələrinin tələbələrinə aid imtiyazlardan istifadə edirlər. Qəbul prosesində hamı üçün bərabər imkanlar yaradılır, tədris prosesində məzhəb ayrı-seçkiliyi qadağan olunur, dünyəvi fənlərin tədrisi təmin olunur. Burada Azərbaycandakı və ümumən dünyadakı mövcud dünyəvi və bəşəri vəziyyət tam nəzərə alınaraq tələbələrin hər tərəfli elmə və inkişafa yiyələnə bilmələri üçün dini fənlərlə yanaşı bəşəri, dünyəvi fənlərin öyrənilməsinə də diqqət yetirilir. Hər cür elmi ədəbiyyatla zəngin olan geniş və tərtibatlı kitabxanası tələbələrin tam şəkildə dini və dünyəvi elmlərlə tanış olmaları və hər bir sahədə elmi araşdırma aparmaları  üçün imkan vardır.

 

Buraya sadəcə Azərbaycan vətəndaşları deyil, eyni zamanda qonşu dövlətlərdə yaşayan müsəlmanlar da müraciət edirlər. Bu gün burada Rusiyanın müxtəlif əyalətlərindən, UkraynaGürcüstandan olan bir çox əcnəbi tələbə təhsil alır.

 

Bölgə müsəlmanları bayram və cümə namazlarının qılınmasında, xeyirdə və şərdə, dövlət tədbirlərində aktivlik nümayiş etdirirlər. Xüsusən də son dövrlərdə bölgədə aparılan quruculuqtikinti işlərində, sosialyönlü dövlət proqramlarının həyata keçirilməsində və digər tədbirlərdə ölkə rəhbərliyini tam dəstəkləyirlər. Bu gün bölgədə olan bu rəngarənglik Azərbaycan hökumətinin nə qədər demokratik moderntolerant bir ölkə olmasından xəbər verir.

 

Azərbaycanın bütün xalqlarının zəngin mədəniyyəti ədəbiyyatı demokratik cəmiyyətimizin həmrəyliyi üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda müxtəlif azsaylı millətlər və xalqlar yaşayır. Burada azərbaycan türklərilə yanaşı, ruslar, talışlar, ləzgilər, gürcülər (ingloylar), avarlar, saxurlar, yəhudilər, tatarlars. etnik azlıqlar əsrlər boyu yanaşı yaşamışlar. Məmləkətimiz dinlərarası, mədəniyyətlərarası toleranlıq ocağı olaraq bütün dünyada tanınır.

 

Azərbaycanda yaşayan bütün millətlər və xalqlar tarixən uzunmüddətli birgə yaşayış şəraitində özlərinə məxsus milli-mədəni dəyərlərini uğurla qoruyub saxlamışlar. Azsaylı xalqların zəngin mədəniyyətləri Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Doğma yurdumuz Azərbaycan dinlərarası, mədəniyyətlərarası tolerantlıq, dözümlülük ocağı olaraq bütün dünyada tanınır. Azsaylı xalqların zəngin mədəniyyəti Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Ölkədə milli azlıqların dil, təhsil, mədəniyyət hüquqları ən yüksək səviyyədə qorunur. Burada yaşayan tat, udin, kürd, talış, saxur, ləzgi, avarb. xalqlar öz adət-ənənələrini qorumaq imkanına, mədəniyyətlərini adət və ənənələrini dini inanclarını yaşatmaq hüququna malikdir.

 

 

 

Bu millətlərin arasında ermənilər belə

 

qalmaqdadır”

 

SSRİ-nin tərkibində olduğu 70 il ərzində xalqlarımız qəlblərində yaşatdıqları Allah inancını dilə gətirməkdən məhrum idilər, məscidlər dağıdılaraq, taxıl anbarına və ya kinotetrlara çevrilmişdi. Dinitarixi abidələr məqsədli şəkildə dağıdılmışdı. Bölgənin bütün məscid və mədrəsələri viran qoyulmuşdu. Minlərlə din alimi “vətən xaini” adı ilə Uzaq Sibirə sürgün olunmuşdu. Azərbaycanda din adına nə varsa hamısını məhv etmişdilər. Bir sözlə Azərbaycanın tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə, dininə və ən əsası isə genofonduna vurulan ziyan hədsiz dərəcədə böyük olmuşdur.

 

Azərbaycan və eləcə də onun Zaqatala-Balakən bölgəsi sabitliyin xalqlar dostluğunun bərqərar olduğu tolerant bir bölgədir. Yuxarıda qeyd edildiyi kimi, bölgədə müxtəlif millətlər yaşayır. Bu millətlərin arasında ermənilər belə qalmaqdadır. Əgər Azərbaycan dövlətində özbaşınalıq anarxiya, ədalətsizlik olsaydı bu millət burda qalardımı?

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:  Ruslan Abdulov

 

Zaman.-2015.-11 sentyabr.-S.13.