Buduqlular keçmişə fəxrlə, sabaha daha ümidlə baxırlar

 

Respublikamız təbiətinə, təbii sərvətlərinə, insan qaynaqlarına, eyni zamanda etnik tərkibinə görə çox zəngindir.

 

Burada çoxlu xalq, millət etnik qruplar yaşayır. Yüz illərdir ki, yurdumuzda müxtəlif dini inanclara, milli-mənəvi dəyərlərə malik insanlar mehriban şəraitdə yaşayırlar. Bu, hər şeydən əvvəl, azərbaycanlıların mənəviyyatca tolerant bir xalq olduğuna dəlalət edir. Bu gün Azərbaycanda talışlar, ləzgilər, yəhudilər, ruslar, ukraynalılar, molokonlar, gürcülər onlarca etnik qrup yaşayır. Öncə qeyd etdiyimiz kimi, bu, belə demək olarsa, Azərbaycanın insan xəritəsinin zənginliyinin göstəricisidir.

 

Əhalisinin etnik tərkibinə görə zəngin olan ərazilərimizdən biri Quba-Xaçmaz bölgəsidir. Burada azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, eyni zamanda Şahdağ etnik qrupuna aid edilən xınalıqlılar, haputlular, buduqlular, yergüclülər, ceklilər, qrızlılar, əliklilər yaşayırlar. Onların hər biri müxtəlif dilə mənsub olsalar da, təbii ki, oxşar adət-ənənələrə malikdirlər. Onu da əlavə edək ki, hər bir etnik qrup, demək olar ki, bir yaşayış məsəkəndə əhatə olunmuşdur. Bu etnik qrupların tarixi zəngindir çox qədimlərə gedib çıxır.

 

Buduqluların tarixi haqqında

 

Tarix elmləri doktoru Vaqif PiriyevBuduqlaradlı məqaləsində (bax: “İrsjurnalı, 2008-ci il, 4-cü say, səh 30-32) yazır: “Buduqlular əsasən Qubanın 64 kilometr cənub-qərbində, Qaraçayın sol sahilindən 2 kilometr aralıda, Böyük Qafqaz dağ silsiləsi yamacında, Babadağın yaxınlığında yerləşən Buduq kəndində yaşayırlar.

 

1990-cı illərin məlumatına görə, Buduq kənd sovetliyinin tabeliyində olan üç kənddə - Buduq, Yalavanc Dağüstüdə 780 nəfər buduqlu yaşamışdır. Buduqonlara qonşuları tərəfindən verilmiş addır. Onlar isə özlərinibudadadlandırırlar ki, bunun mənası “bud” tayfalarından gəlir”.

 

Tarixçi buduqların etnik mənsubiyyəti haqqında bunları qeyd edir: “Buduqluların etnik mənsubiyyəti haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, onların ləzgilərlə yaxın qohumluq əlaqələlərinin olmaması (M. H. Baharlı), onların Şəki- Zaqatala zonasından köçüb gəlmələri ya alban diyarı olan Beddən (O. Qeybullayev), eləcə Herodotun fərziyyələrinə görə budiyalarla yaxınlığı (K. Əliyev), Fəzlullah Rəşidəddinə görə isə budat tayfalarına aid olmaları barədə (V. Piriyev) müxtəlif fikirlər vardır. Bu mövzu ilə bağlı geniş tədqiqat işlərinin aparılması vacibdir. Bunu da qeyd etmək lazımdır ki, buduqluların Qafqaz Albaniyası tayfalarına aidiyyəti şəksizdir.”

 

Buduqluların keçmişi haqda məşhur tarixçi səyyahların əsərlərində, eyni zamanda Azərbaycan tarixinin müxtəlif səhifələrində məlumatlar az deyil. Məlumatların birində bildirilir ki, Buduq kəndinin əsası Qafqaz Albaniyası zamanı qoyulub. Kəndin uca dağ yamacında salınmasının əsas səbəbi onun yaddellilərin basqınından qorunması ilə bağlıdır. Buduq kəndi meşəsiz ərazidə qərar tutur. Oradan baxanda geniş bir panoram diqqəti cəlb edir. Bu panoramda təbiətin zənginliyi, ucalığı adamı valeh edir. Bu panoramda təbiətin ilkinliyi, saflığı yaşayır. Dağların təmiz havası insanı təmizləyir, saflaşdırır.

 

Fəzlullah RəşidəddinTarixin toplusuəsərində yazıb ki, bu qəbilə Tumbinə xanın beşinci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Uriday idi. Çingiz xan Tayciut qəbiləsi ilə vuruşduğu vaxt buduqlular Çingiz xanla müttəfiq idilər onun qoşununa birləşmişdilər.

 

Sonralar, yəni 1607-ci ildə Səfəvi hökümdarı I Şah Abbas Buduq buduqlular barədə fərman imzalamış, onların hüquqlarının qorunmasını təsbit etmişdir. Müxtəlif əsrlərdə bu barədə Quba xanları tərəfindən fərmanlar verilmişdir. Bütün bunlar onu göstərir ki, Buduq kəndi toplum olaraq buduqlular regionun içtima, iqtisadi həyatında rol oynamışlar. Azərbaycanın böyük şair, ailim fikir adamı Abbasqulu Ağa BakıxanovGülüstani- İrəməsərində buduqlular haqqında məlumatlar verib. Bütün bunlar onu sübut edir ki, buduqlular hər zaman öz yurdlarına sadiq, mübariz, zəhmətkeş insanlar olmuşlar. Yəqin elə buna görə qədim türklər buduqluları dəliqanlı, hirsli insanlar kimi xarakterizə etmişlər.  Müasir buduqluların da bu xüsusiyyətlərə malik olduğunu nəzərə alsaq, bu yozuma inanmaq olar. Bəzi tədqiqatçılar isəbuduqsözünüdik yerdə həyat yatəpədə həyatkimi mənalandırırlar. Qeyd etdiyimiz kimi, kəndin yerləşdiyi məkan da bu yozumla uzlaşır.

 

Buduq dili mədəni tarixi abidələr

 

Buduqlular müsəlmandırlar. Onların öz dilləri var. Buduqlular öz dillərini  budadi-mezadlandırırlar. Alimlərin sözlərinə görə, onların dili bu bölgədə yaşayan qrızlıların dilinə bir qədər yaxındır. Bu dilin əlifbası olmayıb, dil yalnız şifahi şəkildə yayılıb. Bu dildə boğaz səslərinin çox olması onun latın əlifbası ilə yazılışına o qədər imkan vermir. Ancaq son illər buduqlu tədqiqatçıların əməyi nəticəsindəbudadi-mez”in əlifbasının ilkin versiyası dilin lüğəti hazırlanıb. Buduq dilində olan bəzi sözlərin tərcüməsi ilə sizi tanış edirik: mez-dil, didə-ana, ada-ata, şid-qardaş, şidr-bacı, memen-qonaq s.

 

Tarixçi V. Piriyev yuxarıda adıçəkilən məqaləsində buduqluların yaşayış tərzi, adət-ənənələri, statistikası barədə belə yazıb: “XIX əsrdə Buduq əhalisinin sayı 2300 nəfərdən 3500 nəfərə kimi təşkil edirdi. Rəsmi satatistik məlumatlara görə, 1839-cu ildə Buduq kəndində 286 təsərrüfat mövcud idi. 1970-ci ildə artıq bu göstərici 393 olub.”

 

Buduq kəndindən bir qədər aralıYeddiləradlı qalanın qalıqları, “Pir Bənövşəadlı müqəddəs sayılan yer, mağaralar sair vardır.

 

1994-cü ildən fəaliyyət göstərənBuduqXeyriyyə Cəmiyyəti buduqluların mənəvi mərkəzinə çevrilib. Cəmiyyətin təşkilatçılığı sərmayəsi ilə kəndin buduqluların inkişafı üçün müəyyən işlər görülüb. Kənddə xeyli abadlıq aparılıb neçə-neçə şəhid ailəsinə uzun müddət yardım göstərilib. Buduq buduqlularadlı kitab da nəşr etdirilib. Buduqlular keçmişə fəxrlə, sabaha daha ümidlə baxırlar.

 

Yaşam tərzləri

 

Buduqlu ailədə böyüyə hörmət çox vacibdir. Ataya ehtiram xüsusi yer tutur. Əksər buduqlu ailələrində hörmət əlaməti olaraq ər arvadın adını çəkir, arvad ərin. Ailədə gəlin qaynatasının, qayınlarının ailənin digər böyüklərinin yanında yaşmaqsız gəzmir, onların yanında uşağını qucağına almır, həyat yoldaşı ilə danışmır. Buduqlu ailələri əsasən çoxuşaqlı olur. Buduqlular qonaqpərvərdirlər.

 

Buduqda evlər digər dağ kəndlərinə bənzər formada, yonulmuş daşdan inşa edilir. Hamar ərazi demək olar ki, olmadığından evlər bir-birinə yaxın tikilir. Hətta bəzi yerlərdə bir evin damından o biri evin damına keçmək mümkündür. Otaqlar xalça-palazla bəzədilir. Bu payız-qış aylarında evlərin daha isti rahat olmasına şərait yaradır.

 

Buduqlular əsasən heyvandarlıq qismən əkinçiliklə, bostaçılıqla məşğul olurlar. Hazırda buduqlulara respublikamızın müxtəlif rayon şəhərlərində rast gəlmək olar. Onların müəyən hissəsi Dağıstanda yaşayır.

 

Bu gün Buduq kəndinin inkişafı üçün hökumət tərəfindən bəzi problemlərin həlli vacibdir. İlk növbədə kəndə müasir yolun çəkilməsi hər kəsin arzusudur. Yolun çəkilməsi ərazidə  əhalinin rahatlığına, turizmin inkişafına yaxşı şərait yarda bilər.

 

Zaman.-2015.-12 sentyabr.-S.13.