Qafqaz Albaniyasından
bizə qalanlar... (2)
Əvvəli ötən sayımızda
Azərbaycanın Şəki rayonu
ərazisində yerləşən
qədim alban məbədindən biri də “Şəki” məbədidir. III-V əsrlərdə Qafqaz Albaniyası dövründə
tikilmiş məbəd
dairəvi plandadır.
İlkin
görünüşünü saxlayan məbədin üstü böyük gümbəzlə tamamlanır.
Dağıntılara məruz qalan
məbəddə əsaslı
təmir-bərpa işləri
aparıldıqdan sonra
bina Şəki Xalq Tətbiqi Sənət Muzeyinin istifadəsinə verilib.
Burada yeləşən
digər abidə də “Zəyzid” məbədidir. Şəki rayonunun Orta
Zəyzid kəndində
yerləşən bu alban kilsəsi X-XI əsrlərə aiddir. Elmi ədəbiyyatda “sərbəst xaç” tipli alban kilsələrindən
biri kimi məlumdur. Sadə xaçvari kilsələr
digər xristian ölkələrində olduğu
kimi Qafqaz Albaniyasında da geniş yayılıb.
Artıq
VII əsrdə demək
olarki bütün kilsələr bu inşa olunub. Orta Zəyzit kəndindəki məbəd kifayət qədər inkişaf etmiş konstruktiv və dekorativ xüsusiyyətlərinə görə
XII-XIII əsrlərdə Qafqaz
Albaniyasında xristian
memarlığının ikinci
çiçəklənmə dövrünün əvvəllərində
inşa edilmiş abidələrə aiddir.
Zəyzit kilsəsi birinci
mərhələdə tikilmiş
belə kilsələrə
nisbətən daha zərif və dekorativ olmaqla estetik tələblərin
yüksəldiyini əks
etdirir.
***
Azərbaycanın Gürcüstanla sərhəd
bölgəsində yerləşən
Qaraca yaxud, David Qareci məbədi kimi də tanınan
Keşikçidağ monastrı
da Azərbaycanda xristianlığın hakim olduğu
bir dövrdə inşa edilib. Dəniz səviyyəsindən
850 metr hündürlükdə
olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın
Saqareco rayonu, digər bir hissəsi Azərbaycanın
Ağstafa rayonu ərazisində yerləşir.
Məbədin mənşəyinə dair
Azərbaycan və gürcü mənbələri
arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə, Keşikçidağ
məbədi qədim
alban mənşəli
olub, Qafqaz Albaniyasının mədəni
irsinə aiddir. Əksər gürcü mənbələri
isə məbədin gürcü mənşəli
olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
Azərbaycan tarixçilərinə görə,
məbəd gürcülər
tərəfindən yalnız
IV Qurucu Davidin hakimiyyəti dövründə
(1089-1125) ziyarət edilməyə
başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində
(1184-1207) gürcü kilsəsinin
təsiri altına düşüb. Bundan sonra məbəd
gürcüləşdirilir. Aparılan tədqiqatlar göstərir
ki, məbədin divarlarına çəkilmiş
şəkillər və
gürcü dilində
olan yazılar sonradan əlavə olunub. Belə ki, yazının
yazılma tarixi ilə məbədin tikilmə tarixi fərqli dövrlərə
aid olduğu aşkar olunub.
Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, hazırda xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan alban monastır kompleksi, uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi sayılıb. Məhz buna görə, sözügedən ərazi qədim dövrlərdən “Kax”, yəni dini mərkəz, din sarayı adlanıb. Burada eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları mövcuddur. 1980-ci ildən sonra baxımsızlıq ucbatından kompleks yararsız hala düşüb. Abidə hazırda qəzalı vəziyyətdədir. Məbədin tarixi ilə bağlı kifayət qədər məlumat yoxdur. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın inkişaf etdiyi bir dövrdə inşa edildiyi güman olunur.
***
Azərbaycanda xristianlığın geniş yayılmış bölgələrində biri də Daşkəsən rayonudur. Burada yerləşən Quşcu kilsəsi qədim alban məbədi rayonun mərkəzindən təxminən 14,5 kilometr məsafədədir. Məbəd 487-ci ildə tikilib. Daha sonra dağıntılara məruz qalan məbəd təqribən 989 və 1845-ci illərdə yenidən bərpa olunub. Qeyd edək ki, tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yerləşən Həmşivəng məbəd kompleksinin əsası XII əsrdən əvvəl qoyulub. Məbəd qədim alban məbədi olmaqla Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Tədqiqatçı memarlarımız Həmşivəng məbədinin ərazisində Arsax xaçdaşına bənzər xaçdaşı aşkar ediblər.
***
Eyni qəbildən olan Qazax rayonunda yerləşən Əskipara məbədi V-VIII əsrlərdə tikilib. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edən əsas göstəricidir.
Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnib. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılıb. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələrinin tikintisində iri çay daşlarından istifadə olunub ki bu da məbədin yaxşı mühafizə olunduğunu göstərir. Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının iqamətgahı olub. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə yerləşməsi bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək mümkündür.
***
Azərbaycanda qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən tikililərdən biri də Daşkəsən rayonunun Bayan kəndi ərazisində yerləşən Bayan məbədidir. IV - V əsrdə tikildiyi güman edilən monastır xristian dininin təbliğindən xəbər verir. Qeyd edək ki, böyük bir tarixi özündə əks etdirən məbəd hazırda qəza vəziyyətindədir.
Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir.
Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bugünədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. V əsrə aid edilən məbəd baxımsızlıqdan uçmaq təhlükəsi ilə üzləşib. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edənlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər.
Ölkə ərzisinin əhəmiyyətli məbəd komplekslərindən biri də Balakəndə yerləşən Arılıqbinə monastrıdır. Balakəndən Gürcüstana gedən magistral yolun sağında, rayon mərkəzindən 5 km qərbdə yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Qeyd edək ki, məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindən biri kimi qorunmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Xəyalə Sadıqova.
Zaman.- 2015.- 16.- sentyabr .- S.-
16