“Tolerantlıq Azərbaycan cəmiyyətinin
mühüm əsaslarından biridir”
“Azərbaycan unikal
dünyəvi ölkə,
İslam dünyasının
yüksək iqtisadi sürətlə inkişaf
edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və
ənənələri ilə
sıx çulğalaşdığı
inkişaf mayakıdır. Azərbaycan bir
çox dinlərin və xalqların nümayəndələrinin vətəni
olub və olacaq. Qədim Azərbaycan torpağında
yəhudilik və İslam, atəşpərəstlik
və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə
misli görünməmiş
cəhdlər göstərir”.Azərbaycan
Respublikasının millətlərarası,
multikukturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri Kamal Abdullayev Azərbaycanın
müxtəlif konfessiyaların,
xalqların birgə yaşadıqları ölkə
olduğunu xatırlatdı.
Bildirdi ki, burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq
şəraitində yaşamasında
humanizm dəyərlərinin
rolu böyükdür:
“Yay təlimlərində
iştirakım zamanı
Azərbaycanın məntəqələrinin
birində sinaqoqa daxil oldum. Sinaqoqun ravvini
ilə görüşdükdən
sonra müxtəlif məsələlər üzərində
danışmağa başladıq.
8 il öncə
Azərbaycanda işləməyə
gəlib. Rəhbərlik onu Azərbaycana
göndərəndə ravvin
bura gəlmək istəməyib. Azərbaycanda İslam şəriətinin
hökm sürdüyünü,
yəhudilərə qarşı
sərt münasibətin
olduğunu zənn etdiyinə görə etiraz edib. Lakin ravvinin etirazlarına baxmayaraq, məcburi şəkildə Azərbaycana
gələn ravvin indi buranın vətəndaşı olmaq
üçün ərizə
ilə müraciət
edib. Budur Azərbaycan multikulturalizmi.
Sizi bu multikulturalizmə dəstək olmağa çağırırıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq,
bunu qorumaq üçün çalışır”.Azərbaycan
Respublikasının Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının sədri,
millət vəkili Azay Quliyev terrorçulara
din adı verilməsinə
narazılığını bildirdi: “Bu gün media nəhəngləri terrorçuları
islamçı kimi təqdim etməyə çalışırlar. Bu gün İŞİD adında
terror təşkilatı var. Bunlar terrorçulardır.
Terrorçuların hər hansı
dinlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, bu gün həm beynəlxalq, həm də bəzi yerli mətbuatda onları “İslam dövləti” kimi təqdim edirlər. Onlar özlərini nə cür adlandırırlarsa
adlandırsınlar. Onların özlərini
islamçı adlandırması
həqiqətdə onların
dindar olmasına sübut deyil. Burada iştirak edən mətbuat nümayəndələrindən
də bu məsələyə diqqətli
olmalarını istəyirik.”Qafqaz Müsəlmanları
İdarəsinin sədr
müavini Qəmər
Cavadlı dedi ki, Azərbaycan mediasında hər zaman dini və
mənəvi dəyərlərlə
bağlı mövzular
ön planda olub. Hazırda milli tolerantlıq
mövzusunda mediada saysız-hesabsız informasiyalar
var. Mediada dini daha düzgün işıqlandırmaq üçün
jurnalistika fakültəsində
də dini biliklər verilə bilər.
Sonra “Qloballaşma
dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini
və qeyri-dini inanclara tolerant yanaşmada
medianın rolu”, “Multikulturalizmin, dinlərarası
dialoqun, tolerant mühitin
vacibliyi və bu proseslərdə Azərbaycan modeli”, “Ayrı-seçkilik, dözülməzlik
və zorakılığın
bütün formaları
ilə mübarizədə
dini və qeyri-dini inancların töhfəsi” mövzularında
müzakirələr aparıldı.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
böyük məsləhətçisi
Məhsəti Əliyeva
isə bildirdi ki, bu gün
Azərbaycanda 30 min erməni
əsilli Azərbaycan
vətəndaşı yaşayır:
“Lakin əgər siz Ermənistana getsəniz, orada nəinki 30 min - 3 nəfər
də azərbaycanlı
əsilli Ermənistan
vətəndaşı tapa
bilməzsiniz. Ermənistanda ermənilərdən başqa,
bütün digər millətlər ölkədən
çıxarılıb. Bu gün Ermənistan
monodövlətə çevrilib.
Ermənistanda tək antitürkizm yox, həmçinin güclü
antisemitizm də baş alıb gedir, orada yəhudi
əsilli vətəndaş
çox az
qalıb, qalanlar da güclü təzyiqə məruz qalıblar. Deyilənlərdən belə nəticə
çıxarmaq olar ki, Azərbaycanda etnik problem və ümumiyyətlə, millətlərarası
münasibətlərdə heç bir problem yoxdur. Onda ortalığa sual
çıxır, bəs
onda ermənilərin burada nə problem olub? Cavab birdir - ermənilərin
Azərbaycana qarşı
yalnız ərazi iddiası var”.
Beynəlxalq münasibətlər sahəsində tanınmış
İsrail eksperti, “Cəmiyyət üçün
beynəlxalq layihələr”
qeyri-hökumət təşkilatının
rəhbəri Arye Qut tədbirdə çıxışı zamanı
bildirdi ki, Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə
və ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünün
olmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən
və çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən
Azərbaycan Respublikası
Cənubi Qafqazın hamı tərəfindən
qəbul edilən
regional lideri olmaqla bərabər, həm də həqiqi sivilizasiyalararası və
dinlərarası dialoq
nümunəsidir: “Ancaq
etnik təmizləməyə
və təcavüzə
baxmayaraq, tolerantlıq
və multikulturalizm Azərbaycan cəmiyyətinin
mühüm əsaslarından
biri olaraq qalmaqdadır. Bu baxımdan
Azərbaycan unikal dünyəvi ölkə,
İslam dünyasının
yüksək iqtisadi sürətlə inkişaf
edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və
ənənələri ilə
sıx çulğalaşdığı
inkişaf mayakıdır.
Azərbaycan bir çox
dinlərin və xalqların nümayəndələrinin
vətəni olub və olacaq. Qədim Azərbaycan torpağında
yəhudilik və İslam, atəşpərəstlik
və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə
misli görünməmiş
cəhdlər göstərir.
Ölkənin yəhudi icmasına
səmimi qardaşlıq
münasibəti Azərbaycan
tolerantlığının parlaq nümunəsidir.
Azərbaycanda heç
vaxt antisemitizmin olmadığını və
yəhudilərin heç
vaxt özlərini əcnəbi hiss etmədiklərini
vurğulamaq lazımdır.
Azərbaycan Prezidenti İlham
Əliyevin himayədarlığı
ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi
təhsil mərkəzi
inşa edilib. Bundan əlavə, ölkədə
ilk yəhudi muzeyi inşa etmək planlaşdırılır. İnsanların təkcə eyni
dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv
edildiyi bu zalım və qanlı-qadalı dünyamızda
biz İsraildə müasir,
sivil və güclü Azərbaycanın
həqiqi və keyfiyyətli nümunəsini
müşahidə edir
və dəyərləndiririk.
Azərbaycan əslində
İslam dünyasının
bir çox ölkələrinə həqiqi
bir örnək, bir növ tərəqqi
və inkişaf mayakı ola
bilər”.
İsrailli ekspert təqdimat
çərçivəsində qeyd etdi ki,
Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün
vətən olub və bu gün
də vətəndir:
Qədim Azərbaycan torpağında iudaizm və islam,
atəşpərəstlik və
xristianlıq yanaşı
mövcud olub. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə
meyil nümayiş etdirir. Ölkədə yəhudi icmasının
nümayəndələrinə səmimi və qardaşcasına münasibət
Azərbaycan tolerantlığının
parlaq nümunəsidir”.
Ardı var...
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Nicat İntiqam.
Zaman.-
2015.- 23 sentyabr.- S. 13