“Azərbaycan ahıskalılar üçün ikinci vətən
olub”
Dünyanın bir çox dövlətləri kimi, Azərbaycan da çox qədim dövrlərdən polietnik
dövlətlərdən biridir.
Bu təkcə
yerləşdiyi coğrafi
mövgeyin, malik olduğu sərvətlərin
zənginliyi ilə deyil, əhalisinin milli tərkibinin rəngarəngliyi ilə də seçilir. Burada çoxlu
milli azlıqlar, etnik qruplar yaşayır
ki, onlar tarixin müxtəlif mərhələlərində bu
əraziyə köçmüş
və ya köçürülmüş, daim yaşayış yeri kimi buranı
özlərinə yurd
seçmişlər. Nəticədə, Azərbaycan çoxmillətli
bir ölkəyə çevrilmişdir. Azərbaycanda məskunlaşan xalqlardan biri də ahıska
türkləridir.
”Postsovet məkanında
millətlər arası
münasibətlərin təkmilləşdirilməsi
ciddi problem olub. Deportasiya olunmuş
xalqların 80-ci illərin
sonunda yeni faciələrlə üzləşməsi,
nəinki, hələ
də nəsillərin
yaddaşından silinməmiş,
əksinə, onun xalqların həyatına
və düşüncəsinə
vurduğu sosial-mənəvi
ziyanın nəticələri
indi də özünü göstərməkdədir.
Belə tarixi ədalətsizliklərlə
üzləşən, yaşayan
xalqlardan biri də ahıska türkləridir”. Bu sözləri qəzetimizə
açıqlamasında İstanbulda
Mədəniyyət Universitetinin
müəllimi, dosent Sevil Piriyeva bildirib. Onun sözlərinə görə,
Sovetlər İttifaqında
yaşayan ahıskalıların
böyük əksəriyyəti
qaçqınlıq və
sürgün həyatını
yaşamalı olmuş,
keçmiş İttifaqın
müxtəlif ərazilərinə
səpələnərək dağınıq halda yaşamaq məcburiyyətində
qalmışlar: “Sonrakı
illərdə də ahıskalıların öz
tarixi Gürcüstandakı
vətənlərinə - Ahıskaya
qayıtması nəinki
mümkün olmamış,
əksinə, sanki həlledilməz bir məsələyə çevrilmişdi.
XX əsrin sonunda
ikinci dəfə
1989-cu ildə Fərqanədən
deportasiya olunaraq, Azərbaycanda məskunlaşmış
və buranı özlərinə vətən
bilmişlər. Ahıska türklərinin
istər tarixi vətənləri sayılan
Ahıskada, eləcə
də sürgün olunduqları Orta Asiya respublikalarında və ən nəhayət, özlərinə
ikinci vətən saydıqları Azərbaycanda
eyni hüquqda yaşayıb yaradırlar.
Azərbaycanda yaşayıb yaradan
milliyətcə ahıska
türkü olan Tahircan Kukulovun “Ahıska türklərin tarixinə bir nəzər” adlı əsərində ahıskalıların
tarixi haqqında geniş məlumat verilib. Belə ki, tarixçi
Tahircan Kukulov adı çəkilən
kitabında yazır ki, “əlverişli coğrafi şəraitə,
zəngin floraya, faunaya, mülayim iqlimə malik olan Ahıska yer kürəsində ibtidai insanlarının formalaşdığı ərazilər
sırasına daxildir”.
Ahıska türklərinin mədəniyyətini tədqiq
edən müəlliflərdən
biri prof. Asif Hacılı “Qəribəm bu vətəndə” əsərində
bu problemin araşdırılmasına mühüm
yer vermişdir.
O, yazır ki, XX əsrin 60-cı illərində
ahıskalıların vətənə
qayıtması problemi
ilə məşğul
olan xüsusi təşkilat - Türklərin
Vətənə Qaytarılması
üzrə Müvəqqəti
Təşkilat Komitəsi
(TVQMTK) yaranır”.
“Heydər Əliyev Azərbaycanda hakimiyyətə
gəldiktən sonra ahıskalılara olan qayğı və diqqət daha da artmışdır”
Sevil Piriyevanın sözlərinə
görə, XX əsrin
sonlarında Azərbaycan
ağır vəziyyətdə
olduğu, özü Ermənistandan zorakılıqla
çıxarılan qaçqınları
qəbul etdiyi halda, başqa ölkələrdən, regionlardan
qaşqın düşən
ahıska türklərini
də qəbul edib: “Ona görə
də təcavüzə
məruz qalmış
bir xalqın bütün istiqamətlərdə
həyatında heç
şübhəsiz yeni
məskunlaşdığı ərazilərin təsiri də az deyildir.
Bəşər mədəniyyətinə böyük töhfələr
vermiş şumerlərlə
bağlı araşdırmalarda
da bu hal
özünü göstərir.
Son tədqiqatlar şumerlərin gəlmə
olduğunu və onların yaratdığı
böyük mədəniyyətin
gəlmələrlə yerlilərin
qovuşuğunda yarandığını
vurğulayır. Ahıska türklərində
bütün istiqamətlərdə
deportasiyanın izləri
görünür. Məhz
ona görə də professor Asif Hacıyev yazır: “Ahıska türklərinin
maddi mədəniyyətinin
öyrənilməsi böyük
çətinliklərlə bağlıdır. Vətəndən uzaqlarda türklərin ənənəvi yaşayış
tərzi, ənənə
vərdişləri xeyli
dəyişilmişdir. Təbii ki, qürbətdə hər şeydən çətin təsərrüfat
və məişət
özünəməxsusluğunu saxlamaq olmuşdur”. 1957-ci ildə SSRİ Ali Soveti tərəfindən qərar qəbul olunmuştur. Bu qərara görə ahıska türklərinə
Gürcüstandan başqa
SSCB-nin hər bir yerində yaşamaq izni verildi və ahıska türklərinin
böyük bir hissəsi Vətənə
yaxın olsun deyə Azərbaycanda yerləşmişlər. 1958-1960-cı
illərdə Azərbaycanda
məskunlaşmış ahıskalılara
Azərbaycanda istər
dövlət tərəfindən
istərsə də millət tərəfindən
hər cür yardımlar edilmiş və dəstək verilmişdir. Belə ki,
Azərbaycana pənah
gətirən ahıskalılar
üçün ayrıca
yaşayış məntəqələri
yaradılmış və
normal yaşayış üçün
hər cür şəraitlə təmin
olumuşdur. Təbii ki,
ahıskalılar da yan gedib yatmamışdır.
Ahıska türkləri
1944-cü ildə Orta
Asiya və Qazaxstana sürgün edilmiş ahıska türkləri Azərbaycan
dövlətinin hər
tərəfli inkişafinda
sosial, iqtisadi və s. sahələrdə
inkişaf etməsində
var gücüylə çalışmış və
çalışırlar. Azərbaycan dövləti
tərəfindən həmişə
olduğu kimi sonraki illərdə də ahıska türklərinə diqqət
getdikcə artırılmışdır.
Mərhum Ümummilli liderimiz,
ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə
gəldiktən sonra ahıskalılara olan qayğı və diqqət daha da artmışdır.
Belə ki, ulu öndər
H. Əliyev Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə ahıskalıların
günü və güzaranı daha da yaxşı vəziyyətdə olmuşdur”.
“Vətənləri Ahıskaya
köçmək mübarizəsində
Azərbaycan tərəfindən
ahıskalılara hər
zaman dəstək və qayğı göstərilib”
”Azərbaycandakı ahıskalılara
evlərin tikilməsində,
torpaq yerlərinin ayrılmasında, sosial sahələrdə, təhsil
sahəsində, vətənləri
Ahıskaya köçmək
mübarizəsində dövlət
tərəfindən hər
zaman dəstək və qayğı göstərilib. Mərhum Heydər Əliyev Saatlı və Sabirabad bölgələrində
yaşayıb yaradan ahıska türklərini ziyarəti zamanı: “Ahıska türkləri artıq 50 ildir ki, öz yerlərindən
didərgin düşmüşlər.
Bu qədər vaxt keçməsinə, bir neçə nəsil meydana gəlməsinə baxmayaraq,
onlar yenə də öz torpaqlarına qayıtmaq istəyirlər. Biz bu
arzuların da yerinə yetməsinə tərəfdarıq, eyni zamanda o vaxtacan onları öz ölkəmizdə saxlamağa
hazırıq” demişdir”,
-deyən S.Piriyevanın
dediyinə görə,
Ahıskalı gənclərə
Azərbaycan Dövlət
Üniversitetlərində müsabiqədən
kənar təhsil almaları üçün
dövlət tərəfindən
lazımi şərait
yaradılmışdı: “Bu illərdə 30-40-a yaxın
ahıskalı gənc
universitetlərə qəbul
olaraq təhsilini başa vurub. Onun yerinə gələn, onun layıqlı davamçısı olan İlham Əliyev cənabları atasının
yolunu davam etdirmiş, Ahıskalılara
eyni dəstək və qayğını göstərmişdir. Belə
ki, istər respublika daxilində, istərsə də Vətənə, Gürcüstana
köç etmək mübarizəsində dövlət səviyyəsində
hər tərəfli yardımlar hiss edilir. Azərbaycanda ahıska türkləri
barədə hər hansı bir tədbirin keçirilməsində,
festivalların, konsertlərin
keçirilməsində Azərbaycan
dövlətinin istər
maddi, istərsə də mənəvi dəstəkləri olur.
Belə ki, keçən ildə Türkiyənin Gəbzə
şəhərində keçirilən
1-ci Beynəlxalq Kültür
və Mədəniyyət
Festivalında Azərbaycandakı
Ahıska Türkləri
Folklor Qrupunun həmin Festivaldakı iştirakı üçün
çəkilən bütün
xərclər Azərbaycan
dövləti tərəfindən
qarşılanmışdır. Azərbaycandakı ahıska
türklərin “Vətən”
İctimai Birliyi olaraq ahıskalıların
sürgün illərinə
qədərki və ahıskalıların sürgün
olduqları yerlərdəki
həyatları haqqında,
ahıskalıların ziyalıları
və aydınları
ahıska türklərinin
dili, dini, adət ənənələri
və folkloru, ahıska türkləri və H. Əliyev, ahıskalıların indiki
vəziyyəti, ahıskalıların
gələcəyi haqqında
8 hissədən ibarət
filim çəkilib və SƏS TV internet vasitəsi
ilə bütün dünyaya yayımlanmışdır.
Bütün bu işlərin
görülməsində Azərbaycan
dövləti ahıska
türklərinə hər
tərəfli maddi və mənəvi dəstək göstərmişdir”.
davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Elvin Əliyev
Zaman.-2015.-6 yanvar.-S.13.