“Ahıskalılar özlərini Azərbaycanın bərabərhüquqlu övladı sayırlar”

 

Əvvəli ötən sayımızda

 

Ahıska türkləri təkcə XX əsrdə üç dəfə deportasiyaya məruz qalmışlar. Tarixi torpaqlarından Qazaxıstanın Orta Asiyanın çöllərinə sürgün edilən ahıskalıların Azərbaycana kütləvi köçürülməsi XX əsrin 50-ci illərinə təsadüf edir. Bu da onunla əlaqədar idi ki, xalqın qeyri-qanuni sürgün edilməsi SSRİ hökuməti tərəfindən qəbul edilsə , lakin onların öz ata-baba yurdları Ahıskaya qayıtmalarına imkan verilməmişdir”, - deyən İstanbulda Mədəniyyət Universitetinin müəllimi, dosent Sevil Piriyevanın sözlərinə görə, belə bir çıxılmaz vəziyyətdə qalan xalq məcburiyyət qarşısında qalaraq Orta Asiya çöllərindən Azərbaycana üz tutmalı oldu: “1958-ci ilin sentyabrında Ahıska türklərinin ilk dəstəsi Azərbaycana gəldi. Respublikanın Xaçmaz, Quba, Saatlı, Sabirabad Beyləqan rayonlarında ahıskalıların ilk yaşayış məskənləri salındı. Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci dövrü 1989-cu ilin may-iyun aylarında baş vermiş Fərqanə hadisələri ilə bağlıdır. Məhz bu bədnam hadisədən sonra Özbəkistanda eləcə digər Orta Asiya respublikalarında yaşayan Ahıska türkləri kütləvi sürətdə Azərbaycana gələrək, onlarla rayonunda yerləşməli oldular. Beləliklə, XX əsrin 90-cı illərində Azərbaycanda Ahıska türklərinə məxsus xeyli yaşayış məskənləri meydana çıxdı ki, ümumilikdə respublikada yaşayan Ahıska türklərinin sayı 115 minə çatdı. Bununla da Azərbaycanda yaşayıb-yaradan yeni bir böyük qüvvə təşəkkül tapmış oldu. Şübhəsiz, bu əhalinin böyük bir hissəsi Azərbaycanın rayonlarında məskunlaşdığından onlar kənd təsərrüfatı işləri ilə məşğul olmağa başladılar. Lakin bu əhali arasında xeyli ziyalı-müəllim, həkim, aqronom, mühəndis b. sənət sahibləri yerləşdikləri kəndlərdə, rayon mərkəzlərində öz ixtisaslarına müvafiq işlə təmin edilərək işləməyə başladılar. Tədricən Azərbaycanın özündə xeyli ahıskalı ziyalısı yetişib, respublikanın mədəni ictimai-siyasi həyatında yaxından iştirak etməyə başladı. Hal-hazırda Azərbaycanda yaşayan Ahıska türkləri içərisində alim, müəllim, həkim, mühəndis s. var. Onlar ahıskalı olsalar da, özlərini artıq bu respublikanın bərabərhüquqlu övladı sayır ona qulluq edirlər. Fikrimizcə, bu təsadifi deyildir. Qırx ildən çoxdur ki, ahıskalılar Azərbaycanda yaşayıb-yaradır, yerli əhali ilə qaynayıb-qarışır, qız verib-oğlan evləndirirlər. Hamı tərəfindən qəbul olunmuş adət-ənənələrə malik olan ahıskalılarla azərbaycanlıları bu gün bir-birindən ayırmaq mümkün deyil. Elə buna görədir ki, Azərbaycanda onlara ayrı-seçkiliklə deyil, vətəndaşlıq prinsiplərindən yanaşılır. Keçmişdə olduğu kimi, bu gün respublikanın idarəçilik aparatında, təhsil səhiyyə ocaqlarında Ahıska türklərinin yüzlərlə nümayəndələri çalışmaqdadır. XX əsrin əvvəllərində olduğu kimi, əsrin sonunda da ahıskalılar Azərbaycanın ictimai, iqtisadi mədəni həyatında, dövlət quruculuğunda, idarəçilikdə yaxından iştirak etmiş bu gün etməkdədirlər. Bütün həyatını Saatlı rayonunun Adıgün kəndində keçirmiş kəndin sosial-mədəni inkişafı üçün böyük işlər görmüş, bununla da təkcə Saatlı rayonunda deyil, bütün Azərbaycanda tanınan Mövlüd Bayraqdarov Ahıska xalqının oğludur. Yaşadığı kəndi respublikanın abad, sahmanlı-səliqəli yaşayış məskəninə çevirməklə, onun əhalisinin həyat şəraitini xeyli yüksəldən bir təsərrüfat başcısı kimi, M. Bayraqdarovun özü yüksəlmişdir. Onun adı-sanı bütün Azərbaycana yayılmış, keçmiş Sovetlər İttifaqının ən böyük şərəfli adlarından sayılanSosialist Əməyi Qəhrəmanıkimi ada layiq görülmüşdür. M. Bayraqdarov rəhbərlik etdiyi təsərrüfatı respublikanın ən adlı-sanlı təsrrüfatları sırasına çıxarmışdır. Maraqlıdır ki, bir təsərrüfat başcısı kimi M. Bayraqdarovun qoyduğu ənənələri ondan sonra qardaşı oğlu Rasim Bayraqdarov davam etdirmişdir. Adıgünkolxozuna rəhbərliyə gəlmiş R. Bayraqdarov da bütün Saatlı rayonunda tanınmış təsərrüfatçı olmuşdur. Buna görə o, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə öz rayonundan millət vəkili seçilmişdir. Bir millət vəkili olaraq o, istər Saatlı rayonunun istərsə sakini olduğu Adıgün kəndinin sosial-iqtisadi inkişafı üçün xeyli işlər görmüş, Milli Məclisdə respublikanın iqtisadi problemlərinin həlli ilə bağlı məsələlərin müzakirəsində, qanunların qəbulunda yaxından iştirak etmişdir”.

 

 

 

Ahıska türkləri Azərbaycan türkləri ilə milli həmrəylik nümayiş etdirərək erməni faşistlərinə qarşı qəhrəmanlıqla döyüşmüşlər

 

Məlum olduğu kimi, keçən əsrin əvvəllərindən Ahıska ilə Azərbaycan arasında elmi, mədəni digər əlaqələr mövcüd olmuşdur. Ahıska türkləri bir əsrdə üç dəfə deportasiyaya məruz qalsalar da, məskunlaşdıqları bütün regionlarda, o cümlədən Azərbaycanda milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, həmin ölkələrin inkişafında mühüm rol oynayan ictimai-siyasi hadisələrdən, proseslərdən kənarda qalmamış, burada xalqların müstəqilliyinin dəstəklənməsində, millətlərin suveren hüquqlarının, azadlıqlarının qorunmasında demokratiyanın bərpası sahəsində yerli xalqlarla eyni mövqelərdən çıxış etmişlər. Sürgünlər dövründə ahıskalılar hansı bölgədə yaşamaqlarından aslı olmayaraq, yerli dövlətçilik ənənələrinə hörmət edir, bölgənin ictimai-siyasi həyatında fəal çalışırdılar. XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında böyük quruculuq işlərinə qoşulan Ahıska türkləri son illərdə qardaş Azərbaycan türkləri ilə milli həmrəylik nümayiş etdirərək erməni faşistlərinə qarşı qəhrəmanlıqla döyüşmüşlər. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan çoxlu Ahıska türkü bu gün azərbaycanlıların tarixi yaddaşında ləyaqətli yer tutmuşlar. Həqiqətən , Fərqanə faciəsindən sonra Azərbaycan Respublikasında məskunlaşan 115 minə yaxın ahıskalı şəxsi problem qayğılarını unudaraq, Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə əlaqədar olan məsələlərə öz doğma problemləri kimi yanaşmışlar. Onlar da Azərbaycan soydaşları kimi 1988-ci ildən burada azadlıq müstəgillik uğrunda başlanan ümummilli hərəkata qoşulmuş, azərbaycanlıların haqq işinin müdafiəsində yaxından iştirak etmiş, xalq

 

hərəkatına dərin ehtiram göstərmişlər. Milli həmrəylik hissləri onların böyük bir qisminin xalq hərəkatı sıralarında iştirak etməsi ilə nəticələnmişdir. Ermənilərin Azərbaycana qarşı torpaq iddialarına, 1990-cı il yanvarın 20-də Bakıda yüzlərlə günahsız insanların qanını tökən Sovet rejiminə qarşı Ahıska türkləri Azərbaycan xalqı ilə birlikdə həmrəy olmuş. İmperiyaya qarşı etiraz səslərini qaldırmışlar. Ermənistanın Azərbaycana qarşı başladığı müharibədə yüzlərlə Ahıska türkü silaha sarılaraq döyüşə getmişdir. Azərbaycan torpağının müdafiəsi uğrunda döyüşmüşlər. Döyüş bölgələrində düşmənə qarşı qəhrəmanlıqla vuruşan ahıskalılardan biri olan İsgəndər Aznaurovun adı bu gün respublika ictimaiyyətinə yaxşı bəllidir. Qarabağda erməni qoşun birləşmələrinə qarşı döyüşən, qəhrəmanlıqlar göstərən Ahıska türkü İskəndər Aznaurov döyüş yoldaşları arasındaQrad İsgəndərkimi tanınmış, Qarabağ savaşı başlayan gündən ön cəbhələrdə vuruşmuşdur. Yüzlərlə qəhrəman azərbaycanlı övladı kimi İskəndər Mutudərə savaşında həlak oldu. Minlərlə azərbaycanlı övladı kimi, Ahıska türkü İskəndər Aznaurov da bu gün müqəddəsŞəhidlər xiyabanı”nda uyuyur. Zənnimizcə, bu faktın özü hər bir ahıskalının Azərbaycan torpağı uğrunda ölümə hazır olduğuna əyani bir sübutdur. Əsl türk həmrəyliyinə sadiq qalan xalq övladları Azərbaycan ordusunda xidmət etməyi özlərinə vətən borcu sayırlar. Azərbaycan ordusunda xidmət göstərən Ahıska türklərinin yüksək rütbəli zabitləri öz bilik təcrübələrini xalqının haqq işinin qalib gəlməsi naminə sərf edirlər.

 

Fərqanə hadisələrindən sonra Azərbaycanda məskunlaşmış ahıskalılar özlərinin ağır şəraitdə yaşamalarına baxmayaraq, bütün Azərbaycanın milli oyanış və milli dirçəliş istiqamətində başlayan hərəkatına laqeyd qalmadılar. Milli kökə, milli ənənəyə bağlı olan ahıskalılar 1988-1989-cu illərdə Azərbaycanda geniş siyasi vüsət alan milli-azadlıq hərəkatına qoşuldular. Bu gün ahıskalıların nümayəndələri Azərbaycanın ictimaisiyasi həyatında fəal iştirak edirlər. Ahıskalıların Azərbaycan cəmiyyətinin ictimaisiyasi həyatında rolu barədə qısa məlumat verməklə, onların fəaliyyətinin əsas istiqamətlərini göstərməklə biz yuxarıda söylədiklərimizi təsdiq etmək istəyirik.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev  

 

Zaman.-2014.-7 yanvar.-S.13.