Ahıskalıların Azərbaycanda məskunlaşan
hissəsi öz mədəniyyətini inkişaf etdirmək imkanı qazanıb
Əvvəli ötən sayımızda
”Öz işgüzarlığı
və biliyi ilə seçilən ahıskalı ziyalılar
istər Rusiya, istər Türkiyə, istərsə də digər dövlətlərin
rəhbərləri ilə
görüşərkən onlara öz problemləri barədə
ətraflı informasiya
verməklə yanaşı,
həmçinin son illərdə
Azərbaycanın erməni
təcavüzü nəticəsində
məruz qaldığı
çətinliklərin həll
olunması barədə
azərbaycanlıların da
arzularını çatdırmışlar.
Azərbaycanda yaşayıb-yaradan
Ahıska türk ziyalıları-Rasim Bayraqdarov,
Bəkir Mamoyev, Xalid Taştanov, Zəki İbrahimov, Çinqiz Nemanzadə, Seyfəddin Buntürk, Məhəmməd Cəlilov,
Xalid Xəlilov, Ənvər Əmrahov
1995-ci il iyulun 10-da Türkiyənin Baş Naziri xanım Tansu Çillərlə görüşərkən ahıskalıları
dərindən narahat edən bir çox
aktual məsələlərdən
bəhs etmişlər”,
- deyən İstanbulda
Mədəniyyət Universitetinin
müəllimi, dosent Sevil Piriyeva bildirir ki, “Vətən”
cəmiyyəti Mədəniyyət
Mərkəzinin keçmiş
sədri Seyfəddin Buntürk çıxışında
Ahıska türklərinin
problemlərindən, ermənilərin
hələ əsrin əvvəllərindən başlayan,
1988-ci ildən xüsusilə
genişlənən həyasız
təcavüzkar hərəkatlarından,
onların Azərbaycana
qarşı qaldırdıqları
ədalətsiz torpaq iddialarından və bundan dolayı meydana çıxan problemlərdən söz açmışdı: “Eyni
zamanda, natiq Ahıska türklərinin
bu hadisələrdən
kənarda qalmayacaqlarını,
erməni işğalı
altında qalan Azərbaycan torpaqlarının
geri qaytarılması
uğrunda hər zaman vuruşa hazır olduqlarını bildirmişdir. O demişdir
ki, müharibənin yaratdığı ağır
iqtisadi durum Ahıska türklərini də çətin tarixi sınağa çəkmişdir.
“Lakin biz də
hər cür çətinliyə dözəcəyik,
erməni qəsbkarlarını
isə öz yerində özümüz
oturdacağıq” - deyən
natiq Türkiyəni də bu hadisələrdə
müşahidəçi kimi
qalmamağa çağırmışdır.
Azərbaycan Respublikasının ictimai həyatında özünəməxsus yeri
olan ahıskalılardan
biri də Nürəddin Hasan oğlu Sasiyevdir. O, Ahıska rayonunun Azğur qəsəbəsində
anadan olub, 1944-cü ildə digər soydaşları kimi ailəsi ilə birlikdə Özbəkistana
sürgün edilib. 1967-ci ildə Özbəkistan
Respublikasının Namanqan
şəhərinin baş
memarı vəzifəsində
çalışıb. O, 1974-cü
ilin noyabr ayında Namanqandan Bakıya köçüb
və Azərbaycan Kənd Dövlət Layihə İdarəsinin baş mühəndisi vəzifəsində işləməyə
başlayıb. Azərbaycanın
rayon və kəndlərində
geniş inşaat işləri görmüş
N. Sasiyevin lahiyələşdirdiyi
məktəblər, uşaq
bağçaları, ambulatoriyalar,
xəstəxanalar, seysmostansiyalar,
yaşayış evləri,
kənd təsərrüfatı
binaları və digər yüzlərlə
müxtəlif təyinatlı
obyektlərin inşası
bunu deməyə əsas verir ki, onun Azərbaycan
memarlığında xüsusi
xidmətləri olmuşdur”.
***
Sevil Piriyevanın sözlərinə
görə, İsmayıllı
rayonunda baş verən təbii fəlakətlərin nəticələrinin
aradan qaldırılması
ilə əlaqədar
olaraq, o, 14 il rayonun dağılmış
yaşayış binalarının
bərpa olunmasında
çalışmışdır: “Azərbaycanın ictimai-siyasi
həyatında Ahıska
türklərinin xüsusi
yeri bir də onda görünür
ki, ədalətsizliyin,
haqsızlığın, müharibənin
dəhşətlərinin canlı
şahidi olan Ahıska türkləri Azərbaycanda son illərdə
cərəyan edən
ictimai-siyasi proseslərdə
yaxından iştirak etmiş, ictimai əhəmiyyət kəsb
edən bütün hadisələrə sağlam
düşüncə mövgeyindən
fəal və obyektiv münasibət bəsləmişlər. Beləliklə,
1991-ci ilin iyunun 26-da Ahıska türklərinin
“Vətən” cəmiyyətinin
şura üzvləri
E. N. Abbasovun xahişi
ilə Krasnodar diyarının
Abi, Abşeron və Beloreqensk rayonlarında ahıskalıların
ağır vəziyyəti
ilə bağlı xalq yığıncaqları
yerli hökumətin türklərə qarşı
təbliğatı nəticəsində
çox gərgin şəraitdə keçirilmişdi.
Yığıncaqlarda kazakların nümayəndələri
və yerli hökumətin təmsilciləri
türklərə qarşı
nifrətlə dolu olan çıxışlar
edirdilər. Onlar hətta
ahıskalıların Krasnodar diyarından çıxıb
getməsi üçün
vaxt qoyur və türklərin diyarı tərk etməyəcəkləri təqdirdə
baş verəcək hadisələr üçün
məsuliyyət daşımayacaqlarını
elan edirdilər.
Belə çıxışlarda
deyilirdi: “Əgər siz çıxıb getməsəniz, nəticəsi
üçün heç
bir cavabdehlik daşımayacağıq və
sizə sakitlik təminatı da vermirik. Bizim uşaqlarımız öz dillərində danışmalıdırlar. Türk uşaqlarının ucbatından
siniflərdə uşaqların
sayı artmışdır.
Bununla əlaqədar bizim uşaqların davamiyyəti
kəskin şəkildə
aşağı düşmüşdür”.
Doğrudur, Ahıska türklərinin
“Vətən” cəmiyyətinin
üzvləri yerli əhaliyə müraciət
edərək onları
ahıskalıların vəziyyətini
başa düşməyə
çağırırdılar. Ahıskalılar bildirirdilər ki,
bizim təqsirimiz deyildir ki, ölkə
boyu səpələnmişik.
Bütün postsovet məkanında,
eləcə də Azərbaycan Respublikasında
yaşayıb-yaradan ahıskalıların
mədəni həyatının
hüquqi-təşkilatı tənzimlənməsində Ümumittifaq
“Vətən” cəmiyyətinin
rolu olduqca böyükdür. Onun proqramının
“Mədəniyyət və
təhsil” bölməsi
6 maddədən ibarətdir.
Həmin
bölmənin birinci maddəsində ahıskalıların
özlərinə məxsus
mədəniyyətlərinin və dillərinin, çoxəsrlik ənənələrinin
və məişətinin
dövlət tərəfindən
müdafiə olunmasına
nail olmaq, onların bir milli sərvət
kimi gələcəkdə
aradan çıxmasına
yol verməmək bir vəzifə kimi irəli sürülür. Burada həmçinin
xalqın öz tarixi vətənində qədim mədəniyyətini
və mənəvi dəyərlərini bərpa
etmək, doğma dildə yazı mədəniyyətini dirçəltməkdən
söhbət gedir”.
***
”Bölmənin ayrı-ayrı
maddələri ilə
tanışlıq bunu
deməyə əsas verir ki, ahıskalıların
“Vətən” cəmiyyətinin
proqramı həm milli və həm
də demokratik ruhda tərtib edilmişdir. Ahıskalılar
çalışırlar ki,
Ahıska bölgəsində
öz doğma dillərində (eləcə
də gürcü dilini dövlət dili kimi qəbul
etmək şərti ilə) məktəb şəbəkəsi fəaliyət
göstərsin, respublikada
bu sahədə kadr hazırlığı
işi təşkil edilsin”, - deyə fıkırını davam
edtirən Sevil Piriyeva bildirie ki, müasir reallıqları və inteqrasiya proseslərini düzgün qiymətləndirən
ahıskalılar xalqın
mədəni inkişafını
keçmiş ittifaqın
xalqları, bütün
dünya xalqları ilə geniş və zəngin əlaqələrin genişləndirilməsində
görürlər: “Müasir
qloballaşma proseslərinin
xalqların və dövlətlərin ictimai-siyasi
həyatına dərin
nüfuz etməsi göstərir ki, belə bir şəraitdə
xalqlar öz mədəni-mənəvi dəyərlərinin
özünəməxsusluğunu xüsusilə qorumalıdır.
Çünki azsaylı xalqlar
qloballaşmanın neqativ
təsirinə daha çox məruz qalırlar. Buna görə də informasiya əsrinin tələblərinə cavab
olaraq, ahıskalılar
bu gün öz ana dillərində
qəzet, jurnal və kitab nəşrlərinin
genişləndirilməsi arzusundadırlar.
Kütləvi informasiya vasitələri
ilə onlar öz milli faciələrinin
əsl səbəblərini
aşkarlamaqla yanaşı,
mədəni-mənəvi dəyərlərinin
təbliğ olunmasını,
dünyanın bütün
dövlətlərinə çatdırılmasını
da günün vacib problemlərindən sayırlar. Respublikanın radio və televiziya
verilişlərində öz
mədəni dəyərlərinin
təbliğinə çalışırlar.
Bu da təbiidir.
Çünki məhz kütləvi
informasiya vasitələri
ilə xalqın siyasi mədəniyyətini
və mənəvi simasını göstərmək
olar. Ahıskalılar
üçün ikinci
ən mühüm
problem hazırda milli məsələnin ədalətli
həllinə nail olmaqdır.
Milli məsələnin düzgün
həll edildiyi ölkədə xalqların
milli mədəniyyətinin
inkişafı üçün
geniş demokratik imkanlar açılır.
Buna görə də Ahıska türklərinin “Vətən”
cəmiyyəti millətçiliyin,
şovinizmin, milli müstəsnalığın hər
cür təzahürlərini
rədd edir, xalqların iqtisadi-siyasi və mədəni bərabərliyinin təmin
olunması mövgeyini
müdafiə edir.
Beləliklə, Ahıska türklərinin
öz tarixi vətənlərinə qayıtmaq
problemi həll olunmasa da, onların
Azərbaycan Respublikasında
məskunlaşmış hissəsi
öz mədəniyyətini
inkişaf etdirmək imkanı qazanmışdır.
Yerli hakimiyyət orqanları Azərbaycan xalqının
çoxlu sayda sosial problemləri olmasına baxmayaraq, Ahıska türklərinin
mədəni həyatı
ilə bağlı problemlərin həllinə
xüsusi diqqət yetirir, onların vətənə qayıtmaq
naminə mübarizəsi
ilə əsl türk həmrəyliyini nümayiş etdirirlər”.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifə
ni hazırladı:
Elvin Əliyev
Zaman.-2015.-8 yanvar.-S.13.