Dinimilli dəyərlərimizdə tolerantlıq anlayışı

 

ƏLI ÇƏRKƏZOĞLU ,

 

Tolerantlıqsözünün lüğəvi mənası fərqli dinlərə, mədəniyyətlərə, dünyagörüşünə qarşı anlayışla yanaşmaq deməkdir.

 

Yəni səndən olmayana düşmən münasibəti bəsləmək deyil, yol axtarmaq, ünsiyyət qapısı tapmaq, ortaq nöqtələri kəşf eləmək, münasibətləri dava müstəvisinə deyil, sülh, anlaşma zəmininə daşımaqdır. Əslindəİslamsözünün mahiyyətində tolerantlıq var. “İslamsözünün dini anlamıHəqiqətə təslim olaraq əbədi səadətə qovuşmaq təlimi”dir. Bəli, həqiqətə təslim olmaq, Haqqa boyun əymək, gerçəyə təslim olmaq. Bir qədər yuxarıda xatırlatdığımız həqiqət o qədər önəmli, o qədər gərəklidir ki, qədər tez-tez xatırladılsa xatırladıldıqca da ehtiva elədiyi məna izah edilsə, o qədər çox effekti olar: Hidayət yalnız Allahdandır. Hətta bir dəfə sevimli Peyğəmbərimizə belə vəyh gəlib ki, onlar İslam dininə gəlmirlər deyə az qala sən özünü parçalayacaqsan. Halbuki, hidayət ancaq Allahdandır.

 

Göründüyü kimi, Peyğəmbər belə hidayət mövzusunda iddia sahibi deyil. Olsa-olsa dua edər, kiminsə İslamla şərəflənməsi üçün əl açıb Allahdan diləyər.

 

***

 

Uca dinimiz İslam insanı bir-birindən seçmir. Rəngi, irqi, dili, milli mənsuniyyəti olur-olsun, insan Allahın əsəri kimi hörmətə layiq varlıqdır. Kim daha ədalətlidirsə, dürüstdürsə, başqaları üçün xeyirlidirsə, səmimidirsə, öz yaradılış qayəsini anlayır boynuna düşən borcları layiqincə yərinə yetirirsə, üstün olan odur. İnsana əsl tolerant yanaşma da elə budur. Fərqlilikləri ixtilaf mövzusu görməmək, hər zaman ortaq dəyərlər, ümumi nöqtələr axtarmaq, ortaya hər hansı problem çıxıbsa, onu güclə deyil, anlaşma yolu ilə həll etməkdir tolerantlıq. İstər dini, istərsə milli dəyərlərimizdə bu anlayış geniş əksini tapmışdır.

 

***

Son aylarda bəzi Avropa ölkələrində məscidlərə qarşı başlamış arzuolunmaz kampaniya həmin ölkələrdə dinin doğru-düzgün anlaşılmamasının göstəricisidir. Bir insan başqa bir insanın, bir toplum başqa bir toplumun ibadətinə, məbədinə əl uzadırsa, hətta bu müdaxiləni ən sərt, ən amansız şəkildə yerinə yetirirsə, demək bu işi görən insan öz insanlığının mahiyyətini anlamayıb.

 

İstər-istəməz ağlımıza belə bir sual gələ bilər ki, bəs bu gün islam coğrafiyasında özlərini müsəlman adlandıran bəzi qruplar, cərəyanlar necə olur ki, özləri kimi olmayanları sorğu-sualsız öldürür, asır-kəsir, mal kimi bazarda satır, zindana atırlar? Tam haqlı sualdır, cavabı da çox bəsit, - o cür düşünənlərin müsəlman olduğununa zərrə qədər əhəmiyyət verməyin. Çünki İslam dini sevgi dinidir, azadlıq dinidir, səmimiyyət, qardaşlıq, əldan tutmaq təlimidir. Dinimizə görə, haqsız yerə bir cana qıyan insan bütün bəşəriyyəti öldürmüş kimidir; bir insanı da qurtarmaq bütün bəşəriyyəti qurtarmaq kimidir.

 

***

Bu günlərdə İsveçdə yerli əhalinin yol kənarındakı müsəlman məscidini ehtimal olunan basqından qorumaq üçün gecə-gündüz növbə çəkdikləri xəbəri dünyanın bütün agentlikləri tərəfindən geniş işıqlandırıldı. Müxtəlif din mənsubları, xüsusilə xristianlar müsəlmanların məbədini qorumaq üçün öz rahatlıqlarından vaz keçirdilər. Etiraf edim ki, bir müsəlman kimi bu xəbərdən həm çox duyğulandım, həm bir qədər utandım. Çünki bu xəbər biz müsəlmanların hamısının heç həqiqi İslam dünyagörüşündə, sevimli Pyeğəmbərimizin (s.ə.s.) yolunda olmadığını göstərir. Bəli, bu bir həqiqətdir ki, Allah qatında həqiqi din İslamdır. Amma bu həqiqət heç sənə əsas vermir ki, başqa din mənsublarına basqı edəsən, ona zor tətbiq edəsən. Onu da unutmayaq ki, dində məcburiyyət yoxdur. Sən olsa-olsa təbliğ edə bilərsən. Əslində bütün peyğəmbərlərin əsas vəzifəsi elə təbliğ olub. Hidayət Allahdandır. Sən olsa-olsa kiminsə hidayət qapısına yönəlməsinə səbəb ola bilərsən, amma bu zaman heç zülm, haqsızlıq, işgəncə, can qorxusu olmamalıdır. Özünü təmsilçi məqamında görən, yəni başqalarını İslama təşviq edən kəs ilk növbədə söylədiklərini yaşayaraq örnək göstərməlidir. Məsələ burasındadır ki, bizim ən böyük bəlamız da elə bu nöqtədədir.

 

El arasında zarafatla da olsa bir misal söylnəməkdədir: “Mollanın dediyin elə, elədiyini eləmə!” Əgər bu misalı əsas götürsək, demək, o mollanın sözü ilə əməli bir-birini tutmur.

 

İnsan məxluqatın əşrəfi kimi yaradılmışdır. Göy üzündə axan buludlar, hər bahar çiçək açan ağaclar, göy üzündəki quşlar, dəryalardakı balıqlar, çöllərdə dolaşan heyvanlar, at, it, inək, qoyun, keçi, camış, dəvə, toyuq.., gördüyün bu məxluqatın hamısı bu ya digər yönü ilə insanın istifadəsi üçün yaradılıb. Allah-Təalanın bu qədər dəyər verib yaratdığı insan öz mahiyyətini anlamayanda ixtilafa düşür, müharibə törədir, qana susayır. Halbuki, insan olmanın təməlində sülh var, anlaşma var, ağlın işığında iradənin gücü ilə xeyirə yönəlmək var

Sənin mahiyyətin hətta mələklərdən ülvidir:

 

Aləmlər səndə pünhandır, cahanlar səndə gizlidir.

 

(M. Akif)

 

İnsan, hər fəlsəfi elmi görüşün təməl mövzusudur. Onu nəzərə almadan fəlsəfə yürütmək, elmi şərhlər vermək mümkün deyil. Fiziki mənəvi yönü ilə bütün elmlərə mövzu odur insandan kənarda hər şeyin ağırlığı dəyəri yenə onunla münasibətə görə ölçülür.

 

Elmlər qol-budaq atıb onun ətrafında toplanır onun müxtəlif yönlərindən söz açırlar. Kitablar ona doğru qanad açır, ondan bəhrələnir ətrafa nur saçır.

 

Bədən quruluşunun forma funksiyalarının mükəmməl nizamlanması ilə son dərəcə ideal bir sistem olan bu varlığın üzvlərindən hansının anatomiyasına nəzər yetirsək, qarşısında heyranlıq duymamağımız qeyri-mümkündür.

 

Hələ daxili aləmindəki dərinlik daim bir mənəvi üfüqdən digərinə varma istedadına baxsan... Kompleks bir beyin maddi ölçülər içində bulanıq bir mahiyyət ifadə edən ruh; sonra bu iki sirli varlığın mükəmməl ahəngi... Bunların hər biri o möhtəşəm abidənin tacındakı rənglərdən billurlaşan mənalardır.

 

***

İnsan hər şeyi ilə anlaşılması çətin olan bir varlıqdır. Qəribəliyi qeyri-adiliyi dünyaya gəlişi ilə başlayır beləcə davam edir. Ondan başqa hər canlı dünyaya başqa bir aləmdə yetişdirilmiş kimi, həyat qanunlarına aşina ən mükəmməl sövqi-İlahi ilə (instinkt) gəlir. İnsan isə möhtəşəm uca varlıq olmasına baxmayaraq, bütün bu təbii instinktlərdən həyat üçün lazımlı funksiyalardan məhrum şəkildə dünyaya qədəm qoyur. Onun heyvani varlığının mexaniki nizamını aşan hər şey ağıl, zehin, iradə, azadlığa meyil, hiss daxili müşahidə sayəsində burada təşəkkül edir. Daxili xarici bütünlüyünə bu surətlə mənliyinə ancaq bu yolla qovuşur.

 

Onda bir meyil gələcəyin böyük şəxsiyyətinin əlamətlərini daşıyan bu istedadlar, ancaq təlim tərbiyə ilə inkişaf etdirilə bilər. ardınca da daxili müşahidə müraqibə (izləmə, təqib etmə) ilə mənəvi mərtəbələr fəth edilir. Onu öz təbii hissləri ilə tamamilə baş-başa buraxmaq isə, nəticəsi ən yüksək mövqelər olacaq bir nüvəni ya nüvələr toplusunu bu gözəlliklərdən məhrum etmək, onu ən alçaq, ən səfil ən acınacaqlı hala salmaq deməkdir.

 

Aslan ona lazım olanı pəncəsi ilə, mal-qara buynuzu ilə, it dişi ilə qazanır, insan da bütün müdafiə hücum vasitələrini özü hazırlama məcburiyyəti ilə dünyaya göndərilir.

 

Davamı növbəti sayımızda  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

Əli Çərkəzoğlu 

Zaman.-2015.-9 yanvar.-S.13.