Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın
böyük sərvətidir
Tolerantlıq, dözümlülük çox
geniş anlayışdır. O, həm
insani münasibətlərin,
həm insan cəmiyyətində gedən
proseslərin, həm də dövlətlərarası,
millətlərarası, dinlərarası
münasibətlərin bir
çox cəhətlərinə
aiddir... O, təkcə
dinlərin bir-birinə
dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına
dözümlülük, mədəniyyətlərə
dözümlülük deməkdir. Heydər Əliyev
Artıq 19 ildir ki, dünyada
“Beynəlxalq Tolerantlıq
Günü” qeyd olunur. Bu ənənə 1995-ci il noyabrın
16-dan başlayıb. Belə ki,
o zaman UNESCO-nun 185 üzv
ölkəsi “Tolerantlıq
prinsiplərinin izahı”
ilə bağlı sənəd qəbul edib. Hər il bu gün müxtəlif mədəniyyətlərin və
dinlərin planetimizdə
birgə yaşamasının
mümkünlüyü günü
kimi qeyd olunur. Məqsəd - qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük
nümayiş etdirərək
mehriban qonşular kimi yaşamağa çağırışdır. Fəxrlə
qeyd etmək olar ki, doğma
vətənimiz Azərbaycan
bu baxımdan, indi dünyada bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal
nümunəsinə çevrilib.
Ombudsman Elmira Süleymanovanın təbirincə desək, Azərbaycan indi bütün dünyada, həm də tolerantlıq örnəyi
kimi tanınır: “Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın
qorunub saxlanılması
istiqamətində həyata
keçirdiyi tədbirlər
Azərbaycanı müxtəlif
milli və mədəni dəyərlərin
qovuşma müstəvisinə
çevirib. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir
ki, burada ayrı-ayrı millətlərin,
xalqların, dinlərin
nümayəndələri bir
ailə kimi yaşayır. Ölkəmizdə dini və milli
dözümlülük, tolerantlıq
yüksək səviyyəddir
və tarixən formalaşan bu tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən
gözəl bir ənənəyə çevrilib.
Dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə
və sivilizasiyalara hörmət demokratik Azərbaycan cəmiyyətinin
mənəvi əsaslarını
təşkil edir.
Prezident İlham Əliyev dövlət başçısı
kimi fəaliyyətinin
elə ilk dövründən
dini-mənəvi dəyərlərin,
maddi-mədəniyyət abidələrinin
bərpası və təmiri ilə bağlı ardıcıl
tədbirlər görməyə
başladı, qədim
dini ocaqlar, müqəddəs yerlər
yenidən quruldu, onların bərpası istiqamətində mühüm
işlər görüldü.
Ulu öndər Heydər Əliyevin başlanğıc verdiyi bu kurs İlham
Əliyevin Prezidentliyi
dövründə dini
mənəvi dəyərlərə
münasibətin yeni mərhələdə inkişafına
təkan verdi.
Bir vacib məqam isə ondan ibarətdir ki, ölkəmizdə yaşayan
bütün xalqlara, dinlərə məxsus tarixi abidələr, dini məbədləri qorunur, bərpa edilir, dindarların ixtiyarına verilir”. Heydər Əliyev Fondunun “Tolerantlığın
ünvanı: Azərbaycan”
layihəsi çərçivəsində
görülən tədbirlər
də bu sahəyə böyük töhfə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə
ölkəmizdə keçirilən
mötəbər tədbirlər
də Azərbaycanın
öz dininə və mənəviyyatına
sədaqətini, eyni zamanda mədəniyyətlərarası
dialoqa verdiyi önəmi təsdiq edir.
Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq
olmayıb
Hələ 2011-ci ilin 10-11 oktyabrında
Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi
ilə keçirilən
Beynəlxalq Humanitar Forumda çıxış
edən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tarixən ölkəmizin milli və dini
dözümlülük ənənəsinə
malik olduğunu vurğulayaraq demişdi: “Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində
heç bir qarşıdurma, anlaşılmazlıq
olmamışdır. Heç vaxt
ayrıseçkiliyə yol
verilməmişdir və
bu gün müstəqil Azərbaycan
bu ənənələrə
sadiqdir.”
H. Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 7-9 aprel 2011-ci ildə Bakıda keçirilən Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda dinlərarası münaqişənin
qızışdırılmasını pisləyərək demişdir:
“Biz elə bir dövrdə yaşayırıq
ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər
də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır.
Biz müxtəlif dinlərdə bir Allaha dua edirik
və dualarımızın
mahiyyəti də eynidir. Lakin biz bu gün
insanlıqdan kənar
və ağlasığmaz
bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı “Qurani-Kərim”i oda atıb yandırır.
Nədir
belə hərəkətin
adı? Nədir onun
məqsədi? Hansı siyasi
qüvvələrin sifarişidir
bu? Belə insanlar kimə
və nəyə xidmət edirlər? Lakin biz belə bir dəhşətli
halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti
şəkildə pislənməsi
ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq
bir az da,
daha da dəhşətli
qəddarlıqla nəticələndi
və biz bunun da şahidi olduq.”
Ölkəmizdə vaxtaşırı dini
və milli dözümlülüklə bağlı
tədbirlər keçirilir
Prezident İlham Əliyevin “dinlərarası dialoqa, qarşılıqlı anlaşmadan birgə əməkdaşlılğa doğru” yolda mühüm əhəmiyyət kəsb edən bu cür beynəlxalq konfranslarda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətin, dinlərarası dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırır. Dövlətimizin başçısının dindarlarla, dini icmaların liderləri ilə keçirdiyi görüşlər, onların ehtiyac və problemlərinin həllinə göstərdiyi diqqət, dini bayramlarda müxtəlif dinə mənsub ölkə vətəndaşlarını təbrik etməsi, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə birgə iftar süfrələrində ıştirakı, bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların, qurumların nümayəndələrinin də qatılması isə ölkəmizdə tolerant düşüncənin tam bərqərar olduğunu göstərir. Prezident İlham Əliyev belə görüşlərin birində deyirdi: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar və bugünkü mərasim bunun əyani sübutudur. Əminəm ki, bundan sonra da Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam zəmində inkişaf edəcək və bizim birliyimiz, gücümüz artacaqdır. Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir”.
Davamı növbəti sayımızda
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Nicat İntiqam
Zaman.-2015.-13 yanvar.-S.13