Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın
böyük sərvətidir (2)
Hazırda Azərbaycanın
bütün bölgələrində
milli-mənəvi dəyərlərimizə,
azərbaycançılıq məfkurəsinə mühüm
diqqət yetirilir və millətlərarası
ünsiyyət yüksək
səviyyədə təşəkkül
tapıb.
Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası
dialoq: qarşılıqlı
anlaşmadan birgə əməkdaşlığa doğru”
beynəlxalq konfransda da bir daha
bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın
təmin edilməsi, asayişin qorunması üçün mütləq
dinlərarası münasibət,
dinlərarası dialoq
gücləndirilməlidir. Elə bunun nəticəsidir ki, Azərbaycan müxtəlif
millətlərə və
dinlərə məxsus
insanların birgə mehriban yaşadığı,
Şərqlə Qərb,
Qərblə İslam
dünyası arasında
bir körpü olaraq mədəniyyətlər
və sivilizasiyalararası
dialoqa böyük önəm verən bir ölkədir.
Azərbaycanda tarixən tolerant cəmiyyətin
bərqərar olması
burada məskunlaşmış
azsaylı xalq və etnik qrupların
öz varlığını
qoruyub saxlamasına əlverişli mühit yaradıb. Azərbaycandakı tolerantlıq mühiti,
dini mənsubiyyətindən
asılı olmayaraq bütün vətəndaşların
dini etiqad azadlığının təmin
olunmasına şərait
yaradıb.
Azərbaycanda bütün millətlərin,
dinlərin nümayəndələri
sülh, əmin-amanlıq,
qardaşlıq şəraitində
yaşayıblar
Ölkəmiz sivilizasiyalararası dialoqun
təşkili, genişləndirilməsi
üçün dünya
mərkəzinə çevrilib. Bakının
böyük uğurla
ev sahibliyi
etdiyi beynəlxalq tədbirlər bunun nümunəsidir. Bu tədbirlər xalqımızın
tolerantlığını, bu sahədə əldə edilən nailiyyətləri bir daha bütün dünyaya nümayiş etdirir. Qətiyyətlə demək olar
ki, Azərbaycanda bütün millətlərin,
dinlərin nümayəndələri
sülh, əmin-amanlıq,
qardaşlıq şəraitində
yaşayıblar. Dövlət
başçısı dəfələrlə
vurğulayıb ki, ölkəmizdə hökm
sürən ictimai-siyasi
quruluşdan asılı
olmayaraq, bütün dövrlərdə Azərbaycan
dözümlülük, tolerantlıq
məkanı olmuşdur:
“Bu gün müstəqil
Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün Azərbaycanda
çoxmillətli, çoxkonfessiyalı
cəmiyyət mövcuddur.
Bu, bizim böyük
sərvətimiz, böyük
dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların,
bütün dinlərin
nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük
məbədi bərpa
edilmişdir. Qafqazın ən
qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə
bərpa edilibdir. Dünyanın ən qədim
məscidlərindən biri
olan Şamaxı Cümə məscidi əsaslı təmir edilibdir. Bu məscidin
1270 yaşı vardır.
Yəni,
bütün dinlərin
abidələrinin bərpası,
qorunması dövlət
siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü
büruzə verir.
Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası
münasibətlərin müsbət
istiqamətdə inkişafı
hesab edirəm ki, bizim böyük
nailiyyətimizdir”.
Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin
qovuşduğu müqəddəs
məkan olub
Yeri gəlmişkən
bir məqamı da qeyd etmək
yerinə düşər. Belə ki,
dünyada Beynəlxalq
Tolaerantlıq Günü
1995-ci ildən qeyd olunsa da Azərbaycanda
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
ilk dəfə 1999-cu ildə
qeyd edilib. Azərbaycan keçmiş sovet respublikaları arasında
tolerantlıq gününü
qeyd edən ilk ölkə olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, Azərbaycan
tarixən müxtəlif
xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin
qovuşduğu müqəddəs
məkan olub. O, qeyd edib ki,
tolerantlığın Azərbaycanda
çox möhkəm
təməl sütunları,
zəngin ənənələri,
dərin tarixi və mədəni kökləri var: “Dövlətin din siyasətinin
əsas məqsədi
ölkədə dini durumun müsbət və münaqişələrdən
uzaq məcrada inkişafı üçün
əlverişli şəraitin
yaradılmasından, həmçinin
cəmiyyətdaxili sabitliyin
möhkəmləndirilməsindən ibarətdir. Dövlətimiz
din sahəsinə qayğı
göstərir, ulu öndər Heydər Əliyevin də milli-mənəvi dəyərlərimizin
qorunmasında müstəsna
xidmətləri olmuşdur”.
“Bu istiqamətdə
aparılan siyasətə
ölkədə ictimai-siyasi
sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır”
Hər bir Azərbaycan vətəndaşı
üçün tolerantlıq
təkcə hüquqi
vəzifə deyil, həm də mənəvi tələbatdır. Respublika
Ağsaqqallar Şurasının
sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da bu fikirdədir
ki, Azərbaycan tolerantlıq sahəsində
bütün dünyaya
nümunədir: “Bu da
dövlət başçısının
məqsədyönlü siyasətinin
nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir.
Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə
öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq, dövlətçiliyimizi qoruyub
saxlamaq deməkdir.
Müstəqil dövlətimiz bizim
ilahi qismətimizdir.
Ona görə də, indiki və gələcək nəsillər
ona hədəflənməlidir
ki, ən böyük sərvətimiz
olan müstəqilliyimiz
qorunsun. Bizim bundan
böyük nailiyyətimiz
və sərvətimiz
yoxdur”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov ölkəmizdə
dini dözümlülük
ənənələrinin qorunub
saxlanmasında ümummilli
lider Heydər Əliyevin xidmətlərini
xüsusi qeyd edir: “Bu istiqamətdə aparılan siyasətə ölkədə ictimai-siyasi
sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır”.
Qeyd edək
ki, YUNESKO-ya üzv dövlətlərin
tolerantlıq prinsipləri
haqqında Bəyannamədə
qeyd edilir ki, bütün insanlar öz təbiətlərinə görə
fərqli olsalar da, dəyər və hüquqlarına görə bərabərdirlər. Bu sənədə
görə, dözümlülük
dünyada mədəniyyətlərin,
özünüifadənin və
insan şəxsiyyətinin
təzahürünün müxtəlifliyinin
başa düşülməsi,
qəbul edilməsi və buna hörmət
göstərilməsidir: “Tolerantlıq
hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb
edir”.
Azərbaycandakı tolerantlıq
mühiti
Yəqin siz də razılaşarsınız
ki, tolerantlıq Azərbaycan xalqının
ruhundadır, məhz buna görə də tarixən çoxmillətli ölkəmizdə,
müxtəlif dinlərin,
mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışı təmin
edilib. Ölkəmizdə keçirilən tədbirlər Azərbaycanı
müxtəlif milli və mədəni dəyərlərin qovuşma
müstəvisinə çevirib.
Azərbaycan indi dünyanın
nadir ölkələrindəndir ki, burada yaşayan
bütün millətlərin,
xalqların, o cümlədən
müxtəlif dinlərin
nümayəndələri bir
ailə kimi yaşayırlar. Dövlətimizin gücünü əhalinin
çoxmillətli olmasında,
müxtəlif dinlərin,
mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında
görən Azərbaycan
Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının
ruhundadır. Tolreantlıq hər bir insana
heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını
tələb edir.
Hazırda Azərbaycanın bütün bölgələrində
milli-mənəvi dəyərlərimizə,
azərbaycançılıq məfkurəsinə mühüm
diqqət yetirilir və millətlərarası
ünsiyyət yüksək
səviyyədə təşəkkül
tapıb. Prezident
İlham Əliyev Bakıda keçirilən
“Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan
birgə əməkdaşlığa
doğru” beynəlxalq
konfransda da bir daha bəyan
edib ki, dünyada sülhün, əmin-amanlığın təmin
edilməsi, asayişin
qorunması üçün
mütləq dinlərarası
münasibət, dinlərarası
dialoq gücləndirilməlidir.
Elə bunun nəticəsidir ki, Azərbaycan müxtəlif millətlərə
və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə
Qərb, Qərblə
İslam dünyası
arasında bir körpü olaraq mədəniyyətlər və
sivilizasiyalararası dialoqa
böyük önəm
verən bir ölkədir.
Davamı növbəti sayımızda
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Nicat İntiqam
Əvvəli
ötən sayımızda
Zaman.-2015.-14 yanvar.-S.13.