Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın
böyük sərvətidir (3)
Əvvəli ötən sayımızda
Prezident
İlham Əliyevin “Dini tolerantlığın
möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT
regionu və onun hüdudlarından kənarda çağırışlar)”
mövzusunda keçirilən
beynəlxalq konfransın
iştirakçılarına ünvanladığı məktubda
səsləndirilən fikirlər
bu mənada xüsusi diqqət çəkir: “Son illər
sivilizasiyalararası dialoq,
multikultural dəyərlərin
qorunması, dini tolerantlığın inkişafı
kimi humanitar problemlərin ənənəvi
müzakirə məkanına
çevrilən Azərbaycanda
etnik-mədəni müxtəlifliyin,
multikultural, tolerant mühitin
qorunması və təşviqi dövlət
siyasətinin başlıca
istiqamətlərindən biridir.
Ölkəmizdə dövlət-din münasibətləri
zəngin milli-tarixi ənənəyə əsaslanır
və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu
təcrübəni həyata
keçirdiyimiz din siyasətinin
uğurlu təminatı
kimi qəbul edir və mövcud
ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin,
nümunəvi dözümlülük
mühitinin vacib amili kimi dəyərləndiririk”.
Ölkəmiz müstəqillik əldə
etdikdən sonra qəbul edilən bütün qanunvericilik aktlarında milli azlıqların, milli etnik qrupların hər birinin öz dilində təhsil almaq, öz mədəniyyətlərini
qoruyub saxlamaq hüquqları tam şəkildə
qorunub və bu siyasət indi də davam
etdirilir.
Azərbaycan hazırda regionun
ən təhlükəsiz,
tolerant və multikulturizmin
hökm sürdüyü
ölkəyə çevrilib
Qeyd edək ki, hər
il regionlarımızda
da Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə müxtəlif tədbirlər
keçirilib. Respublikamızın
regionlarında belə
dəyirmi masaların
keçirilməsində məqsəd
ölkəmizin çoxmədəniyyətli
və tolerant bir dövlət olmasını,
müxtəlif bölgələrdə
etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu
vətəndaşlar kimi
yaşamasını, Azərbaycan
Respublikasının Konstitusiyasında
təsbit edilən insan hüquq və azadlıqlarının
daim qorunmasını bir daha sübuta
yetirmək və müzakirə etməkdir.
Hazırda Azərbaycanın bütün bölgələrində
milli-mənəvi dəyərlərimizə,
azərbaycançılıq məfkurəsinə mühüm
diqqət yetirilir, millətlərarası ünsiyyət
yüksək səviyyədədir.
Ölkəmizdə dini etiqada hörmət hökm sürür, dinlərarası
heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz,
tolerant və multikulturizmin
hökm sürdüyü
ölkəyə çevrilib.
Prezident
İlham Əliyevin “Dini tolerantlığın
möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT
regionu və onun hüdudlarından kənarda çağırışlar)”
mövzusunda keçirilən
beynəlxalq konfransın
iştirakçılarına ünvanladığı məktubda
səsləndirilən fikirlər
bu mənada xüsusi diqqət çəkir: “Son illər
sivilizasiyalararası dialoq,
multikultural dəyərlərin
qorunması, dini tolerantlığın inkişafı
kimi humanitar problemlərin ənənəvi
müzakirə məkanına
çevrilən Azərbaycanda
etnik-mədəni müxtəlifliyin,
multikultural, tolerant mühitin
qorunması və təşviqi dövlət
siyasətinin başlıca
istiqamətlərindən biridir.
Ölkəmizdə dövlət-din münasibətləri
zəngin milli-tarixi ənənəyə əsaslanır
və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu
təcrübəni həyata
keçirdiyimiz din siyasətinin
uğurlu təminatı
kimi qəbul edir və mövcud
ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin,
nümunəvi dözümlülük
mühitinin vacib amili kimi dəyərləndiririk”.
Dinlərarası və mədəniyyətlərarası
dialoq, tolerantlıq və qarşılıqlı
anlaşma kimi bəşəri dəyərlərin
inkişafı
Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada
tolerantlıq örnəyi
kimi tanınan Azərbaycan sivilizasiyalararası
dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin
olunması istiqamətində
ardıcıl olaraq zəruri təşəbbüs
və çağırışlarla
çıxış edir. Son illər
ölkəmizdə beynəlxalq
humanitar forumların, dünya dini liderlərinin sammitlərinin
keçirilməsi, Beynəlxalq
Tolerantlıq Gününün
böyük məmnuniyyət
hissi ilə ayrı-ayrı konfessiyaların
nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat
edən qlobal problemlər ətrafında
birgə müzakirələrin
aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra
ölkələrdə şahidi
olduğumuz mürəkkəb
etno-siyasi proseslər,
dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri,
radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında
olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük
münasibətlərinin də
alternativi yoxdur”.
Bəli, müasir dövrümüzdə
cərəyan edən
hadisələr göstərir
ki, dinlərarası və mədəniyyətlərarası
dialoqun, həmrəylik,
tolerantlıq və qarşılıqlı anlaşma
kimi bəşəri dəyərlərin inkişafı
zərurətə çevrilib.
“Elə bir dövrdə
yaşayırıq ki,
hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin
sayı artır”
Mədəniyyətlərarası və sivilizasiyalararası
dialoq indi dünyada ən aktual mövzulardan biridir. Dünyanın müxtəlif ölkələrində
bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Millət
vəkili Qənirə
Paşayeva hələ
bir müddət öncə çıxışında
bildirmişdi ki, bu mövzu tez-tez
gündəmə gətirilsə
də, əfsuslar olsun ki, mövcud
vəziyyətə onun
təsiri olduqca azdır: “Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin
sayı artır. Özünü din xadimi adlandıran
biri müqəddəs
“Qurani-Kərim”i oda atıb yandırdı.
Harada və kim
tərəfindən törədilməsinə
baxmayaraq, biz bu cür halları, müqəddəs dini kitabların yandırılmasını,
təhqir edilməsini
qətiyyətlə pisləməliyik.
Biz mədəniyyətlər
və sivilizasiyalararası
dialoqun vacibliyini böyüyən uşaqlarımıza
ailədən, məktəbdən
başlayaraq öyrətməliyik.
Unutmamalıyıq ki, dözümsüzlük
qarşıdurma, münaqişə
və ağır fəsadlar doğurur.
Dözümsüzlüyün artması, tolerantlığın
azalması və ksenofobiyanın nələrə
səbəb olduğunu
görməyimiz üçün
dünyada bir çox örnəklər
var və biz onlardan dərs almalıyıq. Mənim
ölkəm - Azərbaycan
müxtəlif millətlərə
və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə
Qərb, Qərblə
islam dünyası
arasında bir körpü olaraq mədəniyyətlər və
sivilizasiyalararası dialoqa
böyük önəm
verir. Bu gün
Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün bunlar
mənim ölkəmin
bütün dinlərə
və mədəniyyətlərə
yüksək ehtiram bəsləməsindən xəbər
verir və dövlətimiz bu istiqamətdəki fəaliyyətini
gələcəkdə də
davam etdirəcəkdir”.
Şərqlə Qərbin qovuşduğu
coğrafi məkanda yerləşən Azərbaycan
Tarixən dinlər fərqli mədəniyyətlərin yaxınlaşmasına da öz böyük töhfələrini verib. İndi - təbii və siyasi kataklizmlərin tüğyan etdiyi gərgin dövrlərdə dinlərin də, mədəniyyətlərin də rolu əvvəlki zamanlardan daha artıqdır. Bu isə məsuliyyət deməkdir - dinin və mədəniyyətin məsuliyyəti, din və mədəniyyət xadimlərinin məsuliyyəti. Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Ölkəmizdə müsəlman olmayan, başqa dinə mənsub olan xalqların nümayəndələri də yaşayırlar. Dini ayrı-seçkiliyə yol verilmir. Bir kimsə dini baxışına görə təqib edilmir. Müxtəlif dinlərin nümayəndələri azərbaycanlılarla sülh və dostluq şəraitində yaşayırlar. Mədəniyyətlərarası dialoq hər dinə, millətə, mədəniyyətə və tarixə qarşı hörmət və tolerantlıq əsasında qurulur. Şərqlə Qərbin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan dünya mədəniyyətlərarası dialoqa öz töhfələrini verməkdədir. Elə bunun nəticəsidir ki,
Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin yaşaması heç də xalqlar arasında qarşıdurma yaratmır, əksinə, bundan istifadə etməklə biz mədəni dəyərlərimizi daha da zənginləşdiririk. Azərbaycanda bu gün müxtəlif dinlərə qarşı mövcud dözümlülük Avropa Şurasının bir çöx üzv ölkələrinə nümunə ola bilər...
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı: Nicat İntiqam
Zaman.-2015.-15 yanvar.-S.13.