Tolerantlıq - başqasının
düşünmək haqqını qəbul etməkdir
Ötən əsrin 80-ci illərinin
sonunda keçmiş SSRİ məkanında millətlərarası
münaqişələrin pik nöqtəsinə
çatdığını orta nəslin nümayəndələri
yəqin ki, yaxşı xatırlayırlar.
Bu münaqişələrın
qızışmasının başlıca səbəblərindin
biri keçmiş SSRİ-də milli və dini tolerantlığın
üstünün ustalıqla suvanması idi. SSRİ-də insan haqları deylən bir məfhum
haqqında danışmaq belə çox risqli idi. Guya SSRİ dövlətində insan haqları barədə
danışmağa ehtiyac yoxdur, burada insanlar dövlət tərəfindən
ən yüksək səviyyədə qorunur. Bəs əslində necə idi? O vaxt millət
anlayışı qeyri-təbii yolla aradan
çıxarılmağa çalışılırdı,
din isə, ümumiyyətlə, yaxına
buraxılmırdı. Belə bir şəraitdə
müxtəlif milli mənsubiyyətə malik olan, müxtəlif
dinlərə stayiş edən adamların
qarşılıqlı münasibəti necə olmalı idi?
Bu mövzuda insanları danışdırarkən, adətən
belə bir qənaətə gəlirsən: Milli mənsubiyyət
də, din də insanın şərəf məsələsidir.
Şərəflə oynayanda isə ortalqda
konfiliktin yaranması qaçılmazdır. Bəs necə etməliyik ki, bu cür konfliktlərə
rəvac verilməsin? Heç kim
öz ayranına turş deməz. Deməli, hər
kəs öz millətini də, dinini də uca
tutmalıdır. Uca tutmaq
başqalarının aşağıda olması anlamına gəlməz.
Yadda saxlamaq lazımdır ki,
qarşındakı başqa millətə və dini mənsub
olan adamın da sənin kimi düşünmək haqqı
var. Başqasının sənin kimi düşünmək
haqqını qəbul eləmək artıq
tolerantlıqdır. Bəzən insan
haqları ilə dinin tələblərini
qarşı-qarşıya qoyumaq cəhdlərinə rast gəlmək
olur. Bununla insan haqlarını önə
çıxarıb dini aşağılamaq həddinə gəlirlər
ki, bu da dindar adamlarda narazılıq doğurur. Bəs
din və insan haqları bir-birini inkar edirmi? Bu
suala Fərhad Mehtiyevin “Nəzəriyyə və təcrübədə
insan hüquqları” kitabında tutarlı cavab verilir. Gəlin
həmin cavabla tanış olaq: “Dini məsələlər
ilə insan hüquqlarının bir arada ələ
alınaraq səhv nəticələr əldə olunması,
adi hala çevrilib. Bu səhvlər
insanların zehnində olduğu qədər, dövlətlərarası
münasibətlərdə belə müşahidə olunur.
Belə ki, insan hüquqları hakim meyar
halına çevrildiyinə görə, dini dəyərlər
tənqidə məruz qalır, çünki iddia olunur ki,
dini doqmalar nəinki insan hüquqlarını qorumur, hətta
onları pozur. Lakin bu iddianı irəli
sürənlər dinin hansı münasibətləri tənzimlədiyini
və nəyi məqsəd güddüyünü, insan
hüquqlarının isə nəyi hədəf
güddüyünü tamamilə unudurlar. Din insanın
daxili aləmini və saflığını, insan ilə onun
Yaradıcısı arasındakı münasibətləri tənzimlədiyi
halda, insan hüquqları şəxslərin dövlətə
qarşı qorunması məqsədini güdür.
Düzdür, dini qaydalar insan və cəmiyyət həyatının
bir çox sahələrini tənzimləyir. İstər
xristianlıq, istərsə də islamiyyətdə bu qayda
eynidir. Lakin qaydaların formalaşma tarixinə
baxsaq görərik ki, bunların hamısı heç də
ilahi mənşəli deyildir, böyük bir qismi də
dünyəvi mənşəlidir və sosioloji məsələdir.
Məsələn, katolik kilsəsi, ilk çap
vasitələri çıxdıqda bunu şeytan əməli
və icadı saymışdı. Soruşmaq olar ki,
çap maşınlarının şeytanın qlobal fəaliyyəti
ilə nə əlaqəsi ola bilər? Belə səbəblərə görə katolik kilsəsi
uzun müddət tənqidlərə məruz qaldı, protestantlığın
isə tərəqqi dini olduğu irəli sürüldü.
Hətta Maks Veber belə bir anlayış ortaya
atmıştı ki, liberal sistemlərin yerləşməsində
şəxsi məsuliyyət, kilsənin dövlətdən
ayrılmasını və demokratik ictimai həyatı
müdafiə etməklə protestantlıq müstəsna yerə
sahibdir. Günümüzdə bu cür ittihamlar da, əsasən,
islam dininə qarşı yönəlir,
çünki islamiyyət, indiyə qədər reviziyaya ən
az məruz qalmış bir dindir. Reviziya dedikdə,
burada bir şeyi də nəzərdən qaçırmamaq
lazımdır. İslamiyyətdə olan ənənəvi
məzhəblər, VII- VIII əsrlərdə
formalaşdıqlarına görə, bu məzhəblərdə
olan bir çox qayda, dini olmaqdan çox zamanın tələb
və dəyərlərini əks etdirirdi. Qərb alimləri də etiraf edir ki, Konfutsi məktəbinin
və İslamiyyətin qeyri-liberal din sayılması, Katolik məzhəbində
olduğu kimi, səhv yanaşmadır. Çünki
XVIII və XIX əsrlərdə də Katolik məzhəb
mürtəce məzhəb sayılırdı, amma müasir
dünyamızda artıq Katolik məzhəbini avtoritar və
zalım məzhəb saymaq mümkün deyildir.
***
Dinə qarşı irəli
sürülən ittihamların əsas səbəbi dinin
ruhunun qavranılmamasından və onun qaydalarının bilinməməsindən
irəli gəlir. Burada ən çox irəli
sürülən iddialara nəzər salaq. Başqa dindən olanlara qarşı
dözümsüzlük heç bir dində postulat kimi əsla
olmayıb. Amma faktiki olaraq,
dindaşların başqa dindən olanlara neqativ münasibət
bəsləməsi sosioloji və psixoloji bir haldır.
İnkişaf etməmiş və cahil insanların bir
xüsusiyyəti var - onlar müxtəlif əsaslarla
başqalarına qarşı üstünlük iddiasında
olurlar: bu meyarlar coğrafi mənşə (haralısan?),
sosial mənşə (kimlərdənsən?),
danışılan şivə, hətta bitirlən ali təhsil ocağı ola bilər. “Din fərqi”
də bunlardan birisi kimi qarşımıza çıxa bilər.
Halbuki insanların bir-birindən üstün
olması, ümumiyyətlə, mübahisəli məsələ
olmaqla bərabər, onların cəmiyyətə verdiyi
müsbət təsirlərlə ölçülməlidir.
İslamiyyətin nəcib peyğəmbəri
Hz. Məhəmməddən (s.ə.s) islamın ilk müəzzini
Bilali Habəşi soruşur ki, kəsdiyi qurbanın ətindən
yəhudi olan qonşusuna versin, ya yox? Buna
cavab olaraq Rəsulullah da “ver” deyir.
Peyğəmbərimiz
başqa bir hədisi-şərifində islamın tolerant bir
din olduğunu açıq ortaya qoyur: “Kafir də olsa, məzlumun
haqqına əsla girməyin, onu incitməyin, çünki məzlumun
bədduası (imansız olsa belə) Allah qatında məqbuldur”.
Bu hədisi-şərifdən bir neçə məna
çıxır. Hədisdə məzlumlardan
bəhs olunur. Məzlum - imkansız,
köməksiz, ehtiyacı olan, ağır həyat şəraitində
olan, sıxışdırılmış şəxsdir.
Dininə və dilinə, cinsiyyətinə və
rənginə baxılmadan, onun
sıxışdırılması, haqqı olanın ona verilməməsi,
o imkansız insandan nəyinsə zorla alınması
qadağan olunur. Buradan bunu anlayırıq
ki, qeyri-müsəlmanların da hüquqları universal mahiyyətdədir.
Habelə dünyadakı haqq-ədalətin dini mənşəyə
aid olmadığı bəlli olur: haqq və ədalət
naminə uca Yaradan, ona inanmayan insanın istəyini də qəbul
edir (insanların bərabərliyi). Düzdür,
müxtəlif ayə və hədislərdə buna zidd kimi
görünən mənalar çıxarıla bilər, lakin
belə bir təfsir xətasının səbəbi, məsələyə
bir bütün olaraq yanaşılmamasından irəli gəlir.
Dində siyasi hüquqların yaşanmasına gəldikdə,
daha doğrusu, başqa dindən olanların bu hüquqa sahib
olub-olmamalarına, bunların dövlət idarəsində
olmağını qadağan edən açıq bir dini doqma
heç vaxt olmayıb. Bunu bir qayda halına gətirməyə
imkan verən hadisə də yoxdur. Məsələn,
deyilsə ki, Məhəmməd peyğəmbər (s.ə.s.)
Mədinədə cəmiyyəti idarə edəndə ancaq səhabələri
ilə məsləhətləşirdi, etiraz etmək olar ki, Məkkədə
ikən əmisi Əbu Talib ilə də məsləhətləşirdi,
halbuki Əbu Talib bir qeyri-müslimdi. Əslində
bu bir praktikadan başqa şey deyildir və dinlə heç
bir əlaqəsi yoxdur. İctimai və
dövlət işlərinin bir neçə seçkin tərəfindən
aparılmasına aristokratiya deyilir və bu idarəetmə
sistemi də din tərəfindən qoyulmayıb, zamanın
praktika, şərtləri və tələbi ilə
yaranmışdı.
***
İslamiyyətə
görə qeyri-müsəlmanlara aktiv və passiv seçki
hüququ tanına bilərmi? Müsəlmanlar
üçün vacib olan budur: dövlət dindarların dini
həyatına qarışmamalıdır, yəni dinə
görə haram sayılan sərxoşluq verici içkiləri
mənə zorla içirə bilməz və içmədiyimə
görə də negativ hallara (sanksiyaya) məruz qoya bilməz,
məsələn, işdən çıxara bilməz. Habelə himayəmdə olan uşağın da
içməməsini dövlətdən istəyə bilərəm
(buna görə də 18 yaşın altında olanlara
içki satışı qadağandır). Ümumiyyətlə, qeyd olunmalıdır ki,
dövlət idarəsi din azadlığını
pozmamalıdır, bu dünyəvi dövlət prinsipi
olduğu qədər, dinin əsas qaydalarından da birisidir.
Belə olan halda, başqa dindən olanların seçki
hüququnun tanınmasının dinə heç bir zərəri
ola bilməz. Çünki
başqa dindən olanlar idarəçi olsalar belə, hər
halda sizin əqidənizə qarışma hüququ yoxdur.
Həqiqətən də azadlıq, mülkiyyət,
şəxsi həyat, fikir və din, söz
azadlığı, sərbəst toplaşma və birləşmə
azadlığını əngəlləyən hər
hansı dini qayda mövcud deyildir. İşgəncə
baxımından islamiyyətin üzü həmişə təmiz
olub, işgəncə praktikası orta əsrlərdə
krallar və padşahlar tərəfindən tətbiq olunsa da,
dində buna əsla icazə verilməyib. Bəllidir
ki, islamiyyətdə heyvanlara belə əziyyət eləmək
günah sayılır.
Orta əsr Avropasında isə, işgəncə normal və
zəruri praktika idi. Lakin bu xristianlığın tələbi
deyildi. Bütün səmavi dinlər
zorakılığa, işgəncəyə qarşı olub.
“Allahın kitabı ilə qadağan edilməmiş
hər şey sərbəstdir” deyən dini hüquq, liberalizm
anlayışı ilə demək olar ki, eyni cizgidə
qalır. Buna görə də din və
insan hüquqlarını bir-birinə zidd görmək ya qərəzli,
yaxud da təhlildən uzaq bir yanaşma tərzidir.
Ən son
diqqətinizi bir məqama çəkmək istəyirik: dinə
inanma və ibadət etmə azadlığı, insan
hüquqlarının əsas tərkib hissələrndən
biridir. Bu hal da açıqça onu sübut
edir ki, bu iki sahə nəinki bir-birinə zidd deyildir, tam tərsinə,
bir-birini tamamlayır”. Göründüyü
kimi, biz insan hüquqları və din dedikdə təkcə
islamı nəzərdə tutmuruq. Bu
özü dini toleratlığın bir nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi
əsasında səhifəni hazırladı: Elvin
Əliyev
Zaman.-2015.-16 yanvar.—S.13