Azərbaycan multikulturalizm siyasətində nümunəvi
modeldir (2)
Əvvəli ötən sayımızda
Dünyanın müxtəlif yerlərində
baş verən siyasi, ictimai dəyişikliklər, eyni
zamanda, ekoloji fəlakətlər insanların
böyük məhrumiyyətlər
yaşamasına gətirib
çıxarır. Bundan başqa
diqqət etdikdə bütün bu məhrumiyyətlərin, münaqişələrin
kökündə milli
və dini anlaşmazlıqların dayandığını
aydın şəkildə
görmək mümkündür.
Azərbaycan bu gün dünyanın ən sabit və multikulturalizmi
yaşadan, qoruyan ölkələrdən biridir.
Tarixə baxsaq Azərbaycanda
bütün etnosların
dostluq münasibətində
yaşadığını, milli-dini zəmində heç bir qarşıdurmanın baş
vermədiyinin şahidi
olarıq. Bu xalqımızın qədimdən
bəri özünəməxsus
dövlətçilik ənənəsini
yaşatmasının ən
bariz nümunəsidir.
Bu da öz
növbəsində müasir
dövrün nümunəvi
yaşam təcrübəsidir.
Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin
sağlam zəmində
qurulması və dövlətin siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə
müşayiət olunması
bu gün çox xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir.
Belə ki, hər bir
azərbaycanlı ölkəmizdə
tarixən yaşayan bu adi insani
birgəyaşayış normasını
xalqımızın milli-mənəvi
dəyərinin ayrılmaz
hissəsi sayır, dövlətçilik ənənəmizdə
multikulturalizmi təqdir
edir. Bu keyfiyyət
xalqımızın elə
qədimdən bəri
kin, paxıllıq və
eqoizm kimi xislətlərdən uzaq olduğunu göstərir.
Elə bu mehribanlıq, qardaşlıq münasibətinin
qarşılığıdır ki, Qarabağ uğrunda aparılan döyüşlərdə azərbaycanlılarla
yanaşı digər
xalqların nümayəndələri
də erməni işğalçılarına qarşı döyüşüblər.
Qeyd etmək lazımdır ki, bu birlik
hazırki gərgin beynəlxalq şəraitdə
dünyaya sivilizasiyalararası
dialoq sahəsində münasibətlərə nümunə
olacaq bir mesajdır.
“Azərbaycan siyasətinin təməlində Azərbaycan
vətəndaşı dayanır”
Azərbaycan dövlətinin bu gün də öz vətəndaşlarına
aşıladığı humanizm və multikulturalizm bütün dünyada sosial sabitliyin və iqtisadi inkişafın ən mühüm amillərindən biridir. Azərbycan xalqının
birliyi ölkənin sürətli inkişafında
özünü göstərir.
Ölkə prezidenti İlham Əliyev iqtisadiyyatla humanitar məsələnin qarşılıqlı
təsiri barədə
deyib: “Dünyanın qlobal məsələlərindən
biri də iqtisadi inkişafın humanitar aspektləridir... Yenə də Azərbaycanın təcrübəsi
maraqlı ola
bilər. Çünki baxmayaraq ki
biz etnik təmizləməyə
məruz qalmışıq
və torpaqlarımız
işğal altındadır,
bir milyondan artıq qaçqın, köçkün vardır
və dövlət onlara maliyyə yardımı, qayğı
göstərir. Bizim
iqtisadi inkişafımız
son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur.
Son 10 il ərzində
aparılan islahatlar nəticəsində ölkə
iqtisadiyyatı 3,4 dəfə artmışdır.
Bu, əgər belə
demək mümkündürsə
dünya rekordudur... On
il bundan
əvvəl Azərbaycanda
yoxsulluğun səviyyəsi
49 faiz idi. Aparılmış islahatlar
nəticəsində bu
gün cəmi 5,5 faizdir. Aparılan
islahatlar nəticəsində
10 ildə Azərbaycanda
bir milyon 200 min iş yeri açılmışdır.
Hazırda Azərbaycanda
işsizlik 4,8 faizdir. Bütün bu məsələlər
əlbəttə ki iqtisadi islahatların nəticəsidir. Eyni zamanda
bütün bu məsələlərin bilavasitə
humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin
təməlində və
mərkəzində Azərbaycan
vətəndaşı, onun
problemləri, qayğıları,
təhlükəsizliyi və
rifahı dayanır”.
“Milli və dini
müxtəliflik ayrıseçkiliyə
yox, daha da güclənməyə
səbəb olmalıdır”
Ölkəmizdə təşkil olunan bir çox beynəlxalq konfranslar, forumlar heç də təsadüfi deyil. Bütün bu humanitar sahədə aparılan islahatlar Azərbaycanın
adı ilə bağlıdır. Çünki əsrlər boyu Azərbaycanda müxtəlif
mədəniyyətlərə mənsub olan xalqlar bütün dövrlərdə Azərbaycanda
hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bir ailə kimi
yaşayıblar. Heç vaxt
Azərbaycanda milli, yaxud dini zəmində
heç bir qarşıdurma, anlaşılmazlıq
olmamışdır. Heç vaxt
ayrı-seçkiliyə yol
verilməmişdir və
bu gün müstəqil Azərbaycan
bu ənənələrə
sadiqdir.
Azərbaycanın illərlə qazandığı
təcrübə əyani
şəkildə göstərir
ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə
mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq
şəraitində yaşaya
bilərlər. Azərbaycanın coğrafi vəziyyəti
təbii ki, ölkənin inkişafına
da təsirini göstərir. Azərbaycan o ölkələrdəndir ki,
burada mədəniyyətlər,
sivilizasiyalar görüşür,
birləşir. Milli və
dini müxtəliflik ayrıseçkiliyə yox,
daha da güclənməyə
yardım edən bir vasitəyə çevrilməlidir.
Azərbaycanda bütün
dini abidələr dövlət tərəfindən
qorunur
Azərbaycanın çoxmillətli bir ölkə olsa da, burada yaşayan
bütün dinlərin
nümayəndələri bərabər
hüquqa malikdir. Qeyd etmək
yerinə düşər
ki, bütün dini abidələr dövlət tərəfindən
qorunur, bərpa edilir və eyni zamanda, yenisi
tikilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan
sabitlik və dostluq ab-havası əlbəttə ki, bu gün Azərbaycanı
regional ölkə kimi
gücləndirən əsas
faktorlardan biri hesab etmək olar. Bu barədə ölkə prezidenti İlham Əliyev öz çıxışlarının
birində belə qeyd etmişdir: “Ölkəmizdə aparılan
bütün islahatlar
- istər siyasi, istər iqtisadi islahatlar bir məqsədi güdür
ki, Azərbaycan vətəndaşları daha
da yaxşı yaşasınlar və ölkə öz gücünü daha da artırsın. Və bildirməliyəm ki, bunu etmək üçün təkcə
iqtisadi islahatların aparılması kifayət
deyildir. Bunu etmək
üçün cəmiyyətdə
çox sağlam iqlim olmalıdır.
Bunu etmək üçün əlbəttə ki, Azərbaycanda bütün
xalqlar həmişə
olduğu kimi, mehribanlıq və əməkdaşlıq şəraitində
yaşamalıdır. Azərbaycanın tarixi və
keçmişi göstərir
ki, bunu etmək mümkündür.
Bu gün Azərbaycan
müstəqil ölkə
kimi həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı
Təşkilatının üzvüdür.
Azərbaycan nadir ölkələrdəndir ki, hər iki
təşkilatda üzvdür
və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı
dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi
ondan ibarətdir ki, bu səylər
öz nəticəsini
verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın
bu sahədəki təcrübəsi maraq doğurmazdı.
Multikulturalizm başqa xalqın nümayəndəsinə
hörmət, başqa
dinə hörmətdir
Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram
ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə
özünütəcrid siyasətini
aparmağa cəhd etsin. Bu yol
heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir.
Multikulturalizm başqa xalqın
nümayəndəsinə hörmət,
başqa dinə hörmətdir. Öz dininə
hörmət başqa
dinə hörmətdən
başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol
vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda,
hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır.
Hər bir insan - həm
ölkənin vətəndaşı,
həm ölkəyə
gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə
hörmətlə yanaşmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Xəyalə
Sadıqova
Zaman.-2015.-20 yanvar.-S.13.