Azərbaycan milli və
dini tolerantlıq nümunəsi olan ölkədir (2)
Əvvəli ötən sayımızda
Həmin görüşdə Heydər Əliyev qeyd etmişdi ki, respublikamızda yəhudilər azərbaycanlılar
ilə qardaş şəraitində yaşayrlar
və onlar özlərini öz doğma evlərində olduğu kimi rahat hiss edirlər. Öz növbəsində
yəhudi dini xadimləri Azərbaycandakı
tolerantlıqdan məmnunluqlarını
ifadə edərək
xalqımıza minnətdarlıqlarını
bildirmiş, özlərinə
göstərilən qayğıya
görə prezident Heydər Əliyevə sonsuz təşəkkürlərini
çatdırmışdılar. Təbii ki, bütün bunlar da Heydər Əliyevin tolerantlığıa
yüksək qiymət
verməsindən, onun
bəşəriyyətin gələcəyi
üçün önəmli
bir faktor oynayacağını uzaqgörənliklə
müəyyən etməsindən
irəli gəlirdi. Ümumiyyətlə ötən əsrin
90-cı illərinin əvvəllərindən
başlayaraq Heydər
Əliyev qədər
tolerantlığı xüsusi
diqqət mərkəzində
saxlayan və bu faktora bəşəriyyətin
gələcəyi kimi
baxan ikinci bir siyasi xadim
tapmaq mümkün deyil.
***
Azərbaycanda tolerantlığın yüksək
səviyyədə inkişaf
etdirilməsini daim düqqət mərkəzində
saxlayan Heydər Əliyevin təşəbbüsü
ilə 1999-cu il noyabr ayının 16-ı
respublikamızda tolerantlıq
günü elan edildi. Həmin dövrdən başlayaraq
hər il
noyabr ayının
16-sı ölkəmizdə tolerantlıq günü kimi yüksəks əviyyədə qeyd edilir.
Bu çərçivədə də
Qafqaz Müsəlmanları
İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası
və yəhudi dini icması ilə birgə təşkil olunan toplantılar dini icmalar arasında əməkdaşlığın mühüm mesajını
ortaya qoyur. Yəni ölkəmizdə xristianlar
və yəhudilər
öz dini etiqadlarını sərbəst
şəkildə həyata
keçirmək üçün
hər cür imkanlara malikdirlər.
Heydər
Əliyevin dini tolerantlığa yüksək
qiymət verməsini ulu öndər tərəfindən 2001-ci il iyun ayının
21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
yaradılması barədə
fərman imzalaması
bir daha sübut etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan
Respublikası Konstitusiyasının
dini əqidə azadlığını təmin
edən 48-ci maddəsinin
həyata keçirilməsi
üçün müvafiq
şəraitin yaradılmasından
ibarətdir. Bu komitənin yaradılması
ölkəmizdə böyük
hadislərdən biri oldu. Bu gündə ulu öndər tərəfindən uzaq
görənliklə yaradılan
bu komitə ökəmizdə dini özümlülük ənənələrinin
qorunub saxlanılmasında
önəmli rol oynamaqdadır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən
mütəmadi olaraq dini icmaların başçıları iştirakı
müxtəlif səviyyəli
görüş və
seminarlar təşkilmedilir.
Bu da Azərbaycanda
rəsmi dövlət
səviyyəsində veriəln
ən böyük dini töhfələrdən
biridir. Heydər Əliyev tərəfindən
yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2003-cü il aprel ayının
3-də keçirilən “Dini
stabillik-ümumi stabilliyin
ayrılmaz hissəsidir”
mövzusunda seminar beynəlxalq
aləmdə də rəğbətlə qarşılandı. Belə ki, seminarda dini dözümlülük
və terrorizmə qarşı mübarizədə
dini icmaların rolu məsələləri
müzakirə edildi və terrorizməi dini radikalizmə qarşı birgə mübarizənişn vacibliyi
vurğulandı. Qeyd edildi
ki, radikal dini cərəyanların hqiqi islamla heç
bir əlaqəsi yoxdur. Bu müstəvidədə
islamı və ya başqa bir
dini terrorizmlə eyniləşdirmək səhvdir.
***
Dini tolerantlıq məsələsində
ölkəmizin dünyaya
örnək olkə olduğunu o dövrdə Bakıda keçirilən
“İslam sivilizasiyası
Qafqazda” mövzusunda Beynəlxalq simpozium da sübut etdi.
”İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq simpoziumda çıxış edən
Azərbaycan Prezidenti Heydər Əliyev: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri
var. Biz azərbaycanlılar islam dini ilə
fəxr edərək,
eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik,
düşmənçilik etməmişik,
ədavət aparmamışıq
və heç bir başqa xalqı da öz
dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə,
başqa dinlərə
dözümlülük, başqa
dinlərlə yanaşı
və qarşılıqlı
anlaşma şəraitində
yaşamaq islam
dəyərlərinin xüsusiyyətidir.
Bu, tarix boyu
Azərbaycanda da, Qafqazda da öz
əksini tapıbdır.
Azərbaycanda islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır. Qafqazda
da bu mənzərə
var. Hesab edirik ki, insanlar hansı
dinə, hansı mədəniyyətə mənsubluğundan
asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi
dəyərlərə də
hörmət etməli,
o dinlərin bəzən
kiməsə xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar,-dedi.
Bütün bunlar da Heydər
Əliyevin bəşəriyyətin
gələcəyinin dini
dözümlülükdən, tolerantlıqdan asılı
olacağını uzaqgörənliklə
müəyyən etməsinin
bariz nümayişinə
çevrildi. Azərbaycanın
dini və milli tolerantlıq sahəsində uğurlara
nail olmasının nəticəsidir
ki, bu gün
Rusiyada, digər dövlətlərdə rahat
yaşaya bilməyəcəklərini
anlayan, yaxud
oradakı arzuolunmaz mühitlə üzləşən
insanlar Azərbaycana üz tuturlar. Bu da Azərbaycanın
tolerantlıq sahəsində
qazandığı uüğurların,
dünyay bu sahədə nümunə
ölkə olmağının
nəticəsidir.
***
Təbii ki, ölkəmizdə
dini dözümlülük
ruhunun qorunub saxlanılmasında dini icmların rəhbərləri
də önəmli rol oynamaqdadırlar. Buna da ən
önəmli səbəblərdən
biri Azərbaycan dövlət-din münasibətlərinin
qarşılıqlı anlaşma
şəraitində qurulması
və bu çərçivəd də
bütün dini konfessiyaların qanun qarşısında bərabər,
eyni statusa malik olmlarıdır. Onu da fəxrlə
deyək ki, ölkə vətəndaşlarının
əksəriyyətini təşkil
edən müsəlmanlarla
yanaşı dövlətimiz
respublikamızda yayılmış
digər dinlərin də inkişaf etdirilməsinə yardım
edir. Bunu 1920-ci ildə bağlanmış
Jen Mironosets baş kilsəsinin binasının
1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilməşi də ölkəmizdə müxtəlif
dinlərə göstərilən
qayğının nəticəsidir.
2001-ci il
may ayının 27-də Azərbaycana
səfər edən Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədi müqəddəs elan edərək ona baş kafedral kilsə statusu verdi və ölkəmizdə
dini tolerantlığın
qorunmasına yardım
etdiyi üçün
ölkə rəhbərliyinə,
şəxsən prezident
Heydər Əliyevə
dərin təşəkkür
etdi. Hökumət üzvləri, səfirliklərin
nümayəndələri və
dini icmaların başçılarının da
iştirak etdiyi açılış
mərasimində çıxış
edən ulun öndər Azərbaycanın
dünyaya nümunə
göstəriləcək tolerant ölkə
olduğunu xüsusi vurğuladı.
Adın çəkilən kilsə
ilə bağlı digər bir maraqlı məqam da bu kilsənin bərpasında
və yenidən fəaliyyətə başlaya
bilməsində azərbaycanlı
iş adamlarının
mühüm rol oynaması oldu. Bu da olduqca önəmli faktıorlardandır.
Belə ki, Allah evinin bərpası Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə
müsəlman olan Aydın Qurbanov tərəfindən həyata
keçirildi. Onun vəsaiti hesabına baş kafedral kilsə az
bir zamanda bərpa edilərək dindarların ixtiyarına verildi. Bundan əlavə, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryamın Miladı baş kilsəsi bərpa olunub.
***
Bir sözlə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə yüksək qiymətləndirilirir və bu amil xüsusi vurğulanır. Bu baxımdan Azərbaycanda dini dözümlülüyün yüksək səviyyədə olmasını və bu sahədə respublikamıızn dünyaya örnək olduğunu Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci il may ayının 22-də respublikamıza etdiyi etdiyi tarixi səfər də bir daha təsdiq etdi.
Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavel ölkəmizə səfəri çərçivəsində Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edərək bundan məmnun olduğunub dilə gətirdi. Yeri gəlmişkən məsələ ilə bağlı xatırladaq ki, qədimlərdə Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapmış və burada öz dini ayinlərini sərbəst şəkildə icra etmişlər.
II İoann Pavelin o dövrdə ölkəmizə səfəri və bununla bağlı söylədikləri də Azərbaycanda dini tolerantlığın bariz nümunəsi hesab edilə bilər. Bütün bunlar da azərbaycanlıların yüksək bəşəri dəyərlərə sahib olmalarından, sivilizasiyalararası dialoqa öz möhtəşəm töhfələrini vermələrindən irəli gəlir.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Əziz Mustafa
Zaman.-2015.-22 yanvar.-S.13.