Gənc nəslin tolerant ruhda böyüməsində təhsilin rolu

 

Mədəniyyətdə, iqtisadiyyatda siyasətdə baş verən müasir qlobal dəyişikliklərdosta”, “başqasına”, “yadamünasibətlə bağlı sualları son dərəcə kəskinləşdirir. Üçüncü minilliyin əvvəlində müxtəlif siyasi sistem fərqli iqtisadi inkişaf səviyyəsi, müxtəlif milli-mədəni ənənələrə malik olan dövlətlər dini ayrıseçkiliyin kəskinləşməsinə qarşı mərkəzi problem kimi tolerantlığı irəli sürürlər.

 

Müasir dünyada miqrasiya siyasəti dövlətin ümumi sosial-demoqrafik siyasətinin ayrılmaz hissəsini təşkil edir. Miqrasiya ictimai həyatın bütün sahələrini əhatə edir, dövlətin sosial-iqtisadi inkişaf perspektivlərinə, stabilliyin qorunmasına, milli təhlükəsizliyin, insan vətəndaşların hüquq azadlıqlarının təmin edilməsinə təsir göstərir. Bütün bu proseslər SSRİ dağılandan sonra müstəqillik əldə etmiş ölkələrdə özünü göstərməkdədir. Bu istiqamət bu gün Azərbaycanın daxili xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

 

Bu gün miqrasiya prosesi yalnız keçmiş milli respublikalardan geri qayıtmış azərbaycanlılarla deyil, həm digər millətin nümayəndələrinin Azərbaycana dönüşü ilə bağlıdır. Bəzən bunlar etnik konfliktlər, separatizmin artması ölkənin təhlükəsizliyinə yol açan digər hadisələrlə müşahidə olunur. Məhz bununla bağlı cəmiyyətin dövlətin qurulması tolerant şüur davranışların formalaşması istiqamətində fəaliyyətin genişlənməsi dərinləşməsi, dözümlülüyün tərbiyə edilməsi, sülhsevərlik, ekstremizmlə barışmazlıq ölkəmizdə xüsusi əhəmiyyət daşımağa başladı.

 

 ***

 

 Dözümsüzlüyün kökləri həmişə cəhalət məlum olmayan - yad dinlər, mədəniyyətlər, etnoslar, miflər, stereotiplər barədə sosiumda formalaşan təsəvvürlərlə bağlı olur. Bununla bağlı olaraq çoxmədəniyyətli mühitdə etnik tolerantlığın şəxsiyyətin tolerant şüurunun inkişafı təlimin əsas probleminə çevrilir. Bu problemin həllində aparıcı rol şəxsiyyətin sosiallaşmasının labüd institutu kimi məktəbə məsusdur. Bu gün təlimin ən vacib problemlərindən biri təhsil sistemi sferasında humanist tolerant ideyaların daşıyıcısı olan yeni insan şəxsiyyətinin formalaşmasından ibarətdir. Məktəb, cəmiyyətdə baş verən proseslərə daha kəskin şəkildə reaksiya verir. Şagirdlər onlara məxsus maksimalizm dözümsüzlüklə əksər hallarda aqressiv əhvali-ruhiyyənin əsas translyatoru kimi çıxış edirlər. Bu gün təhsil müəssisələrində müxtəlif din millətlərin nümayəndəsi olan uşaqlar azərbaycanlılarla bir parta arxasında əyləşirlər. Yetirməsinin dözümsüz olması ya gəlmələr digər dinlərə mənsub uşaqlarla ümumi dil tapması müəllimin pedaqoji istedadından çox asılıdır.

 

Kreativ düşüncə qabiliyyəti, sinifdə sərt əhvali-ruhiyyəyə dərhal reaksiya vermə, neqativ düşüncəyə qarşı real alternativlər təqdim etmək hamı üçün maraqlı olan birgə kommunikativ mühit yaratmaq bacarığı müasir müəllimdən tələb olunan keyfiyyətlərdəndir. Beynəlxalq təcrübə təhsil müəssisələrində seminar-treninqlərin keçirilməsinin çox faydalı olduğunu göstərir. Əsas vəzifələrdən biri ölkəyə gələn uşaqlı mühacir ailələrinin tezliklə adaptasiya olunması uşaqlara təhsil, səhiyyə hüquqi sahələrdə yardım göstərilməsidir. Mühacir uşaqlarının adaptasiyası qədər tez reallaşsa, onların dözümsüzlərdən əziyyət çəkənlərin cərgəsinə qoşulmaq riski sosial reabilitasiyası üçün vəsaitə ehtiyac az olacaqdır.

 

İnsanların gəldiyi ölkənin dilini öyrənməsi onların daha tez reabilitasiyası sosiallaşması üçün başlıca əsas yoldur. Bu, Azərbaycan rus dillərini bilməyən ya bu dillərdə pis danışan mühacir uşaqlar üçün son dərəcə əhəmiyyətlidir. Azərbaycan rus dillərini bilmək - yaşıdları müəllimləri ilə normal münasibət qurmaq, təhsil almaq imkanı, sonra isə işlə təmin olunmaq, etnik digər konfliktlərin qarşısının alınmasında çox əhəmiyyətli amildir. Bundan başqa, uşaqların valideynlərinin dili bilməməsi əmək bazarında onlara olan tələbatı azaldır, uşaqların isə təhsil alması oxumasını çətinləşdirir. Bundan başqa, dil bilməmək yerli əhali ilə gəlmələr arasında qarşıdurmaya səbəb olur. Heç kəsdə şübhə doğurmur ki, mühacir uşaqlara həm pedaqoji, həm psixoloji, həm linqvistik baxımdan yardım göstərilməsi zəruridir. Bundan ötrü dərsliklərin belə uşaqlarla işləmək üçün xüsusi proqramların hazırlanması, əlbəttə ki, dilin peşəkərcasına mənimsədilməsi üçün mütəxəssislərə böyük ehtiyac vardır.

 

 ***

 

 Adaptasiyanın müvəffəqiyyəti, uğur qazanması bir çox faktordan asılıdır. Uşaq bağçaları və məktəblərə gəlmək özlüyündə adaptasiya prosesinin başlamasından xəbər verir. Məktəb əsas və praktik olaraq yeganə sosiallaşma institutudurmühacir uşaqlarının hüquqqanuni maraqlarının reallaşdığı başlıca inteqrasiya bazasıdır. Təhsil alan mühacir uşaqlar yaşayış yerindən asılı olmayaraq istənilən təhsil müəssisəsini seçməkdə tam hüquqludurlar. Yuxarıda göstərilən kateqoriyalara aid bütün uşaqlar Azərbaycan vətəndaşlarına şamil olunan ümümi əsaslarla, yəni heç bir ayrıseçkiliyə məruz qalmadan təhsil almaq hüququna malikdirlər. Ortatam orta məktəbləri qurtaran bütün uşaqlara qaydalara uyğun şəkildə attestat verilir. Uşaqların məktəbə qəbulunda heç bir maneə yoxdur. Pedaqoqların qarşısında indi xüsusi vəzifələr durur. Bu vəzifələr təbii şəraiti pozmadan onu lazımi materiallarla zənginləşdirmək, uşağın yaddaşında bilikləri möhkəmləndirmək və ona öyrəndiyi materialı başa düşməkdə kömək göstərmək və dil materialının strukturlaşdırılması ilə bağlıdır. Əksər məktəb pedaqoqlar qeyd edirlər ki, əgər uşaq məktəbdən əvvəl uşaq bağçasında təlim görübsə, tədris proqramının onlar tərəfindən mənimsənilməsi heç bir problem yaratmır. Doğrudur, bu heçasan başa gəlmir. Çünki məktəbəqədər tədris müəssisələrində boş yerlərin azlığı, bir qayad olaraq gərginlik yaradır.

 

Məktəb cəmiyyətin bir hissəsidir. Cəmiyyətin inkişafı ilə bağlı həm bütün müsbət, həm də mənfi tendensiyalar ona xasdır. Ona görə də təlim-tərbiyə prosesinin həyata keçirilməsi vətəndaş cəmiyyətinin əsası kimi tolerantlığın formalaşması ilə sıx və ayrılmaz şəkildə aparılmalıdır.

 

 ***

 

 Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün məktəbdə uşağın sosiallaşması prosesi şəxsiyyətin tolerant tərbiyəsinin praktik modelinin hazırlanması və reallaşmasından keçməlidir. Dözümlülük, anlama və digərlərini qəbul etmə yeniyetmənin cəmiyyətdəki rolunun və əhəmiyyətinin dərk edilməsində zəruridir. Məktəbdə tərbiyə prosesində sosial hadisələr barədə uşağın təsəvvürlərinin hərtərəfli inkişafını təmin etmək, digər millət nümayəndələri ilə qarşılıqlı münasibətdə təcrübə qazanmaq olduqca vacibdir. Müasir məktəb yeniyetmələr arasında sosial tərəfdaşlığın təmin edilməsi imkanına malikdir. Müəllimlərin isə müasir təlimin inkişafının prioritetliyinə əsaslanaraq sinifdə qeyri-dost əhvali-ruhiyyəyə dərhal reaksiya verməsi çox önəmlidir.     

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Loğman Məmmədov 

 

Zaman.-2015.-23 yanvar.-S.13.