Dözümlülüktolerantlıqanlayışlarının nisbəti

 

Tolerantlıq mövzusunun aktuallığını belə bir fakt gətirməklə əsaslandırmaq olar ki, son onilliklərdə terrorizm, qeyri-ənənəvi dini hərəkatlar, rasizm hadisələri s. problemlər kəskinləşməkdədir.

 

Bu gün tolerantlıq cəmiyyətin bütün sosial, iqtisadi, siyasi, mənəvi sferalarında işlədilən universal termin kimi təqdim olunur. Bütün dünyada hər il tolerantlıq problemlərinə həsr olunmuş onlarla konferensiya, “dəyirmi masalar”, konqreslər keçirilir. Tolerantlıq fenomeninə maraq göstərilməsinin ümumi tendensiyası onun praktik tətbiqinə yönəlmişdir. Tolerantlığa həsr olunmuş əksər materiallarda o müasir cəmiyyətin ekstremizm fanatizm xəstəliyinin əlacı kimi izah olunur. Bəzi ölkələrdə orta məktəb ali təhsil ocaqlarında tolerantlığın əsaslarına həsr olunmuş mühazirə dərslərin keçilməsinə dair tədris proqramı hazırlanmışdır. Tolerantlığın əsasları 16 noyabr 1995-ci ildə YUNESKO-nun qəbul etdiyi tolerantlıq prinsipləri deklorasiyasında öz əksini tapmışdır.

 

Bütün bu coşqun marağa baxmayaraq, tolerantlıq konsepsiyası hələ bitkinləşməmiş qalır. Situasyanın paradoksallığı ondan ibarətdir ki, “yadlar”la qarşılıqlı münasibət formasını inkar edən polemikanın özü öz ətrafında polemika yaradaır.

 

 Tolerantlıq bəzən dünyagörüşünün prizması kimi başa düşülür...

 

Tolerantlıq fenomeninə müasir cəmiyyətin münasibəti özündə inkişafın mənfi, müsbət neytral tendensiyasını cəmləşdirir tolerantlığın özü isəyadlar”a mənfi, müsbət neytral münasibət kimi qəbul edilir. Tolerantlıq bəzən dünyagörüşünün prizması kimi başa düşülür. Hər bir digər prizmalar kimi, tolerantlıq da müxtəlif bucaqlar altında sındıraraq həqiqəti təhrif etdirir. Lakin bundan əlavə tolerantlığın özüyaddünyagörüşü prizmaları tərəfindən təhrif olunur. Yadanlayışına yad insan, yad həyat tərzi, yad ideologiya, yad mədəniyyət, bir sözlə, özünə münasibətdə yadlıq göstərən yad subyekt uyğun gəlir.

 

Müxtəlif alimlər, mütəfəkkirlər, ideoloqlar tədqiqatçılar tərəfindən tolerantlıq kontekstdən asılı olaraq ideologiya, dəyər, insanlar arasında qarşılıqlı münasibət üsulu, paradiqma, subyektlərarası münasibətlər forması kimi başa düşülə bilər.

 

 Qərbdə tolerantlıq ən pis halda konformizm şəklində üzə çıxır

 

İnteqrasiya, qloballaşma, çoxmədəniyyətlilik, plüralizm s. tendensiyaları ilə müşahidə olunan bugünkü reallıq tolerantlığın mədəniyyətyaradıcı rolunu qəbul etməyi cəmiyyət qarşısında bir zərurət kimi qoyur. Tolerantlıq anlayışının özü qədim zamanlarda meydana gəlib hər qızıl ya gümüş sikkənin standartdan mümkün fərqi ... fəndgir hakimlər sikkələri qəsdən korlayıb fərqi ciblərinə qoydularanlamına gəlirdi. Elmi dövriyyəyə isə bu termin 1953-cü ildə ingilis immunoloqu T.Medovarov tərəfindən orqanizmin immun sisteminin köçürülmüş yad orqanlara dözümlülük göstərməsini ifadə etmək üçün gətirilmişdir. Tolerantlıq” termini güclü evolyusiyaya uğrasa da, ondan tamah məqsədilə hazırki dövrdə istifadə edilməsinə rast gəlinir. Hazırkifəndgir hakimlərözlərinə tolerant münasibətdən istifadə edərək, aşağı səviyyələrdə totalitar rejim qururlar. Bu fakt totalitar sektaların böyüməsi genişlənməsini təsdiq edir, müəyyən fikir adamları tərəfindən tolerantlığın neqativ qəbul edilməsinə səbəb olur. Ən başlıcası isə neqativ köklənmiş provoslav din xadimləri məktəblərdə tolerantlıq dərslərinin keçilməsinə qarşı çıxırlar. Tolerantlıq şəxsi mövqeyinin olmaması ilə şərtlənə bilər, elə buna görə başqalarına qarşı laqeydlik meydana gəlir. Qərbdə tolerantlıq ən pis halda konformizm şəklində üzə çıxır: konformizm - əxlaqi-siyasi termin olub, hər bir şəraitə uyğunlaşmanı, hakim fikir, mövcud qaydaların passiv qəbul edilməsini ifadə edir.

 

 Tolerantlıq sözünün çoxlu antonimləri var - “dözümsüzlük”, “ekstremizm”, “fanatizm s.

 

Bununla belə əksər tədqiqatçılar tolerantlığı müsbət ümumdünya tendensiyası kimi qəbul edirlər. Dünya tarixi kursundan məlumdur ki, roma papasının bütün katolik kilsəsinin digər konfessiya torpaqları katolik kilsəsinin qoynuna yığmağa can atırdı. Dini fanatizm dövründə kilsə bu istəyini birbaşa, fiziki, qan tökmə yolu ilə reallaşdırırdı. Hüququn hökmranlığı, konsolidasiya sülh ideyaları ilə müəyyən edilmiş müasirlik isə yadlığızorla mənimsəmək, yadıfiziki yolla məhv etməyə yol verir. Ona görə tolerantlığı istənilən mədəni, xüsusilə dini qarşılıqlı əlaqənin əsas prinsipi kimi tərənnüm edən qərbin katolik kahinliyinin davranışları tamamilə əsaslanmış görünür.

 

Xristianlığın comərdlik kimi qəbul etdiyi tolerantlıq o vaxt üzə çıxır ki, subyekt xarici təsirin nəticəsi kimi ağrı, diskomfort hiss edir. O, “yad”ın özünə təsirini dərk edir öz üzərində işləyərək deməli, dəyişərək dözür. Tibdən gəlib ətrafın həm müsbət, həm mənfi təsirinə qarşı laqeydlik, hissiyatsızlıq göstərməyi ifadə edən   fəlsəfi mühakimədən keçən tolerantlıq anlayışı isə subyektdənyad”ın varlığını qəbul etməyi tələb edir. Başqa sözlə, ağrıya necə dözmək olar, əgər onu hiss etmirsənsə? Lakin insan buna baxmayaraq, dözür, belə ki, tolerant şüuryadkimi tanınmışın təsirinə tolerant münasibət bəsləmək zərurəti doğurur.

 

Tolerantlıq sözünün çoxlu antonimləri var - “dözümsüzlük”, “ekstremizm”, “fanatizm s. Bizə ən emosional məzmunca yüklənmiş gələnifanatizm”dir. Fanatizmin müxtəlif formaları var: dini, siyasi, iqtisadi, etnik, idman. Fanatizm - “başqasınınvarlığını mütləq şəkildə rədd etmək, öz pozisiyasını yeganə doğru hesab etməkdir. Lakin fanatizmin antonimi heç tolerantlıq deyil.

 

 Tolerantlıq əvvəlcədənyadlıqmünasibətinin inkişafından əl çəkmək

 

Tolerantlıq fanatizmin inkişafının xüsusi hallarında - totalitarizm (siyasətdə), faşizm, nasizm (etnik aspektdə), ortodoksiya (dini aspektdə), monopoliya (iqtisadi aspektdə), fan-klub (idman) - özünü qarşı qüvvə kimi göstərir. Lakin göründüyü kimi, faşizmi yalnız güc və məcburiyyətlə məhv etmək olar. Yerdə qalanları isə analoji olaraq aradan qaldırmaq olar. Tarixdən tolerantlığın faşizm təhlükəsi ilə barışmaq və əməkdaşlığa qarşı qoymaq cəhdləri məlumdur. Lakin bildiyimiz kimi Millətlər Liqası dağıldı, sülh danışıqları kağız üzərində qalaraq fəaliyyətə keçmədi. Fanatizmin özünüməhv qalıqları üzərində yetişən tolerantlıq cəmiyyətin ekstremist istiqamətlənməsinə müxalif ola bilmir. Düzdür, tolerantlığın dəyəri fanatizmə cavab cəhdi kimi üzə çıxır. Tolerantlığın özlüyündə qiyməti yoxdur. Tolerantlıq əvvəlcədən “yadlıq” münasibətinin inkişafından əl çəkməkdir. Tolerant münasibət prosesin inkişafına yol açmır, bu, hörmət, dözümlülük və “özgəni” “özündən” məsafədə saxlamaq üzərində qurulmuş bir mövqedir. Tolerantlıqla qəbul edilən “yadheç vaxtdoğmaola bilməz, belə ki, ona “özgə” kimi hörmət edilir, ona “özgə” kimihüquq bərabərliyi nəzərdə tutulur. Tolerantlıq yalnız əks mövqedə dayanan başlanğıcların bir-birini məhv etməsini zəiflədir və ya qarşısını alır. Və sonuncusu: əgər fanatizm bütün “özgələrin” məhvinə ağırlıq verirsə, tolerantlıq “doğmaları” öldürür? Tolerantlıq yalnız “doğma - yadmüxalifliyini aradan qaldırır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Loğman Məmmədov 

 

Zaman.-2015.-24 yanvar.-S.13.