Ekstremizmin növləri və onun subyektlərinin
tipi
Müasir cəmiyyət bütün əvvəlki
inkişaf mərhələlərində
olduğu kimi xəstədir.
Bu xəstəlik kütləvi
xarakter daşıyan və bir-biri ilə sıx əlaqədə olan fanatizm, ekstremizm, terrorizmdən törəyir.
Xəstəlik məcbur
edir ki, orqanizm bu vəziyyətdən
xilas olsun. Bunun üçün orqanizm anticisimlər hasil edir, dəyişir,
yeni həyat şərtlərinə uyğunlaşır.
Eynilə bu şəkildə sosium mübarizə aparır, hiddətlənir və sosiuma əks olan xəstəliklə üzləşəndə inkişaf
edir.
“Extreme” sözü ingiliscə
ifrat, həddindən artıq anlamına gəlir. Ekstremal, ekstremist, ekstremum
sözləri ekstremizmlə
eyni kökdəndir.
Orta məktəb riyaziyyat kursunda ekstremum nöqtələri funksiyanın
maksimum və mimimum nöqtələri kimi izah edilir.
Riyaziyyatda ekstremum anlayışı
antinomiya (max və
min) ifadə edir, eyni zamanda humanitar
elmlərdə ekstremum
sözü eyniköklü
sözlə - ekstremizmlə
əvəz olunur.
Funksiyanı (y) - sosium, dəyişəni
(x) isə inkişafda
olan şəxsiyyət
kimi qəbul etsək, ekstremizm birmənalı şəkildə
funksiyanın minimum nöqtəsi
kimi şərh oluna bilər. Şəxsiyyət ekstremum nöqtələrində
inkişaf edə bilməz, belə ki, ekstremum nöqtələrində
dəyişmə və
artma sıfra bərabərdir. Ekstremist müasir
anlamda ən aşağı dərəcədə
sosiallaşan şəxsiyyətdir.
Kəmiyyətin keyfiyyətə keçdiyi
anda sosiallaşmanın
ən aşağı
dərəcəsi birmənalı
şəkildə mənfi
qəbul edilir. Bu cür yanaşmanı
əksər sosial-humanitar
fənlər qəbul
edir. “Ekstremizm”
termininin fəlsəfi
analizi köhnə problemin yeni aspektlərini görməyə
və aktuallaşdırmağa
imkan verir.
Dağıdıcı xarakter daşıyan ekstremizm sosial həyatın dərinliklərinə
qədər işləmişdir. Ekstremizmə və onunla mübarizəyə qanunlar,
konstitusiyalar, beynəlxalq
hüquqi sənədlər
və digər hüquqi aktlar həsr olunmuşdur.
Ekstremizmə qida lazımdır və bu qida
fanatizm hesabına hasil olur
Ekstremist fəaliyyətinin mənbəyi
şəzsiyyətdaxili xarakter
daşıyır. Ekstremizm öz
ideya və daxili etiqadı naminə istənilən hərəkətə əl
atmağa hazırdır.
Ekstremizm
- fanatizmin xarici forması, fanatizm fəaliyyəti kimi üzə çıxmasıdır.
Bir çox tədqiqatçıların
fikrincə, fanatizm ekstremizmlə forma və məzmun kimi uyğunlaşır. Ekstremizm sərbəst
deyil, ona qida lazımdır və bu qida
fanatizm hesabına hasil olur, fanatizm
isə öz növbəsində kifayətləndirici
deyil, o da nəyəsə çevrilməlidir.
Ekstremizmin profilaktikası son onillikdə
olduqca aktualdır. Bu sahəyə
müxtəlif idman, mədəniyyət, siyasət
tədbirləri, elmi-praktik
konferensiyalar və “dəyirmi masa”lar
həsr olunur. İstənilən hadisənin profilaktikası
bu hadisənin varlığı və realizasiyasını qabaqcadan
duyur. “Ekstremizmin
profilaktikası” anlayışı
profilaktikanın özü
üçün məzmun
tələsi yaradır.
Bir tərəfdən profilaktika
orqanizmdə xəstəliyin
yaranması və inkişafından əvvəl
aparılır, orqanizm
(başqa sözlə,
cəmiyyət) xəstələndikdə
isə profilaktika aparmaq faydasızdır.
Digər
tərəfdən isə
ekstremizmin qarşısını
almaq üçün
profilaktika aparmaq təhlükə olmadığı
hallarda belə ekstremizm təhlükə
kimi düşünülür,
başqa sözlə,
ölüm düşüncəsi
həyatı sıxışdırır.
Mömin insan öz dini
pozisiyası olan və onu qoruyandır
Gündəlik həyatda geniş yayılmış belə
bir təsəvvür
var ki, hər
bir inancı insan mahiyyət etibarilə dözülməzdir. Dözülməzlik anlayışı inkaredici
konnotasiyalarda eksteremizmə
meyillilik kimi işlədilir. Tolerantlıq, ekstremizm, dözümlülük,
dözülməzlik anlayışlarındakı
yanlışlıq məntiqi
ziddiyyətə gətirib
çıxarır. Mömin insan
öz dini pozisiyası olan və onu qoruyandır.
Belə çıxır ki, öz mövqeyini (dini, siyasi, vətəndaşlıq)
qoruyan istənilən
insan ekstremist meyilliliyi ilə xarakterizə olunur. Bəs ictimaiyyətin fikrincə ekstremizmin profilaktikası kimi qəbul edilən vətəndaşlıq
mövqeyi necə olsun? Vətəndaşlıq mövqeyi nə
qədər möhkəmdirsə,
profilaktikanın nəticələri
də o qədər müsbətdir. Lakin mövqenin
möhkəmlənməsi ekstremizmin
güclənməsinə aparıb
çıxarır. Beləliklə, vətəndaşlıq mövqeyinin
möhkəmlənməsi vətəndaş-ekstremistin
formalaşmasına səbəb
olur ki, bu da mümkün
deyil, həyatla heç bir uyğunluğu yoxdur.
Bu konteksdə “vətəndaş” sözü
hüquqi dövlətin
vətəndaşı və
yüksəksəviyyəli hüquqi şüura malik vətəndaş cəmiyyətinin üzvü
kimi işlədilmişdir.
Ekstremizm fenomeni bircinsli deyil, onun müxtəlif
tip subyektləri var:
1. Ekstremist - öz fanatik düşüncəsinə
uyğun olaraq istənilən addımı
atmağı bacaran və buna hazır
olan insandır (yada salaq ki,
“ekstremum nöqtəsi”
həm minimum, həm də maksimum nöqtələrə malikdir).
Müsbət ekstremistlərə müharibə qəhrəmanları
və ya əzabkeşləri, ya da hansısa başqa bir işə sədaqətlə
xidmət edənləri
göstərmək olar.
Sovet dövründəki
Matrosov, Staxanov və s. buna misal ola
bilər. Müasir dövrdə mənfi
mənada ekstremizmi ifadə edənlərə
terroristlər aiddir.
Lakin onları birləşdirən
cəhət də var - onların fəaliyyətinin əsasında
nəyəsə, kiməsə
sarsılmaz inam, həm də sosiallaşmanın min-max səviyyəsi
durur.
2. Qəhrəman - çətin,
təhlükəli, ağır
həyat situasiyası
ilə üzbəüz
qalan insandır. Ekstremal vəziyyət qəhrəmandan
onun qəhrəmanlığına
möhtac olan insanları, ətraf mühiti və özünü xilas etmək üçün maksimal mərdlik, cəsarət, fədakarlıq
və digər xeyirxahlıqlar tələb
edir. Misal göstərmək çətindir, çünki
o gizlidir, əksər
hallarda isə açıqlanmır. Bir çox
insanın həyatında
qəhrəmanlıq yeri
var. Bir nümunə kimi qədin yunan mifologiyasının qəhrəmanı Odisseyi
göstərmək olar.
Qəhrəman üçün təsadüf və onun düşdüyü situasiyaların gözlənilməzliyi
və hücumun onun özündən asılı olmaması əsasdır.
3. Ekstremal - süni şəkildə özü
üçün yalnız
bütün fiziki və əqli qabiliyyətlərin bir nöqtəyə yönəldilməsi
hesabına keçilməsi
mümkün olan təhlükəli situasiyalar
yaradan insandır. Belə süni ektremallığın
yaradılmasının səbəbi
dəf edilən çətinlikdən ekstremal
tərəfindən alınan
məmnunluq hesabınadır.
Ekstremal üçün meydan ekstremal idman növləridir. Bu kontekstdə ekstremal anlayışına hərbçilər,
polislər, kosmonavtlar
və digər peşə sahibləri aiddir, o mənada ki bu peşələr
və deməli, onlardas rast gələn
təhlükələr insanın
şüurlu seçiminin
nəticəsidir. Belə
işlə məşğul
olan insan bu və ya
digər situasiyalarda qəhrəmanlıq göstərə
bilər, amma qəhrəman ola
bilməz. Öz seçimi ilə
o təhlükə və
ekstremallıqla razılaşır,
lakin bu ekstremallıq abstraktdır.
Ekstremal idman növü ilə məşğul olan insan isə
elə bir konkret təhlükə ilə üzləşir ki, onu dəf
etmək qəhrəmanlıq
deyil, eksrtim gətirir.
4. Postekstremal - postmodern epoxasının ekstremalıdır. Onu nə risk hormonu, nə də qorxunun dəf edilməsi qane edir, onu qorxunun dəf edilməsi faktı məmnun edir. Postekstremal kiməsə və ya özünə “Bunu mən etdim” deyəndə aldığı həzzə can atır. Sadə desək, ekstremal əvvəlcədən təhlükədən xəbəri varkən paraşütlə tullanır və bu tullanışdan, postekstremal isə tullanışın fotosu - sənədli təsdiqindən və sakitcə “Bunu mən etdim” demək hüququndan həzz alır. “Nəyin hesabına olursa, olsun, sağ qalmaq” teleserialı postekstremallığın əyani illüstrasiyasıdır. Burada qəhrəman kameraya işləyərək, təbiətin vəhşi ekstremal şərtlərini imitasiya edir və sağ qalmaq üçün zəruri olan vərdişlər nümayiş etdirir. Postekstremalın fəaliyyəti nümayişə çevrilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Loğman Məmmədov
Zaman.-2015.-27 yanvar.-S.13.