Dünyanı heyrətləndirən məşhur
müsəlman alimləri: Əl Fərabi
ƏZIZ MUSTAFA,
Fərabinin dinlərə münasibəti də olduqca özünəməxsusdur və o bu məsələyə fəlsəfi baxımdan yanaşır.
Əl-Fərabi belə hesab edir ki, bütün
dinlər mərkəzə
doğru cəhd edirlər. Bu mərkəz
isə Allahın özüdür. Bu baxımdan əl-Fərabidə günümüz
üçün
xarakterik olan özünəməxsus tolerantlıq
hiss edilir. Məsələn, əl-Fərabi deyir
ki, insanları ayıran onların etiqad etdikləri dinlərin müxtəlifliyi
deyil, həqiqəti başa düşməmələridir.
Bu həqiqət ondan ibarətdir ki, bütün insanlar varlığın müxtəlif səviyyələrində
və mənəvi tərəqqinin müxtəlif
mərhələlərində olmaqlarına baxmayaraq, onların hamısı İlahi iradənin yaratdıqlarıdır. Həqiqətin vahidlik məsələsinin
dərinliyinə varan
Fərabi peyğəmbər
şəxsiyyətinin hərtərəfli
və ifadəli təsvirinə geniş yer verir. Onun fikrincə, peyğəmbər
həm fəlsəfə
məsələlərində, həm də mənəviyyat məsələlərində
ən yüksək zirvəyə çatan müqəddəs varlıqdır.
Fərabiyə görə, insanların xoşbəxtliyi yalnız
dövlət çərçivəsində
mümkündür. İnsanlar müxtəlif
qabiliyyətlərə malikdir;
cəmiyyətə və
dövlətə xidmətdə
müxtəlif vəzifələrini
yerinə yetirirlər.
Ona görə də dövlət öz vətəndaşları
üçün elə
şərait yaratmalıdır
ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə
bilsinlər
İdeal dövlət ilahi qanunlara uyğun qurulduğundan onun vətəndaşları tamamilə
xoşbəxt olmalı
idi. Dövlətin isə borcu
vətəndaşlarının xoşbəxt olmasını
təmin etmək idi. Fərabi xoşbəxtliyin mahiyyəti və onun əldə edilməsi yolları haqqında ətraflı danışır. Fərabiyə
görə, xoşbəxtliyin
3 şərhi var: 1) Xoşbəxtlik sırf nəzəri fəaliyyətdir.
2) Xoşbəxtlik sırf
praktiki fəaliyyətdir.
3) Xoşbəxtlik yuxarıda
deyilənlərin hər
ikisinin əlaqələndirilməsidir.
Xoşbəxtliyin əldə edilməsinin
real yollarının fərdi-şəxsi
fəaliyyətin nəticəsi
kimi göstərilməsinə
baxmayaraq, Fərabinin həmin xoşbəxtliyin
əxlaqi qanunlarına
müvafiq olaraq xoşbəxtliyə insanların
birliyi sayəsində,
daha dəqiq desək, cəmiyyət kontekstində, Allaha sarılmaqla nail olmağın
mümkünlüyünü qeyd etməsi diqqəti cəlb edir. Göründüyü
kimi, Fərabi mükəmməl dövlət
quruculuğunun zəruriliyini
ali ideal hakimin mövcudluğu ilə əlaqələndirir
(Mənbə zəka.az).
Əl-Fərabi yaradıcılığının
Azərbaycana təsiri
Əl-Fərabi Azərbaycanda da
sevilən və hörmətlə xatırlanan
ən böyük insanlardan biridir. Onun yaradıcılığı orta
əsrlərdə Azərbaycanda
fəlsəfənin inkişafına
yeni təkan verərək, onlarla tanınmış filosofun,
o cümlədən Azərbaycan
filosoflarından Eynəlqüzat
Miyanəci (1099-1131) və
Şihabəddin Yəhya
Sührəvərdinin (1154-1191) yetişməsində önəmli
rol oynayıb.
Əl-Fərabinin yaradıcılığı Azərbaycanda
da ciddi şəkildə tədqiq
olunub. Dahi elm xadiminin yaradıcılığı fəlsəfə
elmləri doktoru Zakir Məmmədov, professor M. Xeyrullayev və digərləri tərəfindən tədqiq
olunub, araşdırılıb.
Zakir Məmmədov
“Bəhmənyarın fəlsəfəsi”
kitabında yazır ki, Əl Farabi
Bağdadda Əbubişr
Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran
şəhərinə getmiş,
orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir.
Professor M.Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini,
949-950-ci illərdə isə
Misirə səfər
etdiyini bildirmişdir.
M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr
ayında Dəməşqdə
vəfat etdiyini yazmışdır.
Fərabi riyaziyyat, fəlsəfə,
tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə
yazdığı şərhlərlə
məşhurlaşmışdır. Farabi İslam dünyasını
Yunan fəlsəfəsi
ilə tanış
etmiş ilk alimlərdən
olmuşdur.
Farabi məntiqi “təxəyyül”
və
“sübut” olmaqla
iki
kateqoriyaya ayırmışdır..
AMEA-nın müxbir üzvü, fəlsəfə
elmləri doktoru, professor Zakir Məmmədov Əl Farabi yaradıcılığını
iki istiqamətdə apardığını bildirmişdir:
1) Öz sələflərinin
kitablarına yazmış.
2) Yeni əsərlər
qələmə almışdır.
Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən
birini - Şərq peripatetizmini türk filosofu Əl Fərabi, digər ikisini - panteizmi və işraqiliyi Azərbaycan filosoflarından
Eynəlqüzat Miyanəci
(1099-1131) və Şihabəddin
Yəhya Sührəvərdi
(1154-1191) yaratmışlar.
Alimin məşhur
əsərlərindən biri
“Fəzilətli şəhər
əhlinin baxışları”
adlı kitabıdır. Bu əsərində “İdeal
dövlət” konsepsiyasını
irəli sürmüşdür.
Farabi həmçinin fizikada boşluqların varlığı
və onlarin təbiəti haqqında fikir söyləmiş ilk
tədqiqatçılardan biri
hesab olunur.
Fərabinin əsərləri bir neçə əsr müddətində dünya
elm və fəlsəfəsinin
inkişaf istiqamətini
müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüzilliklər ərzində
masaüstü dərslik
kitabları olmuşdur
(Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır
ki, bunlardan 43-ü məntiq, 11-i metafizika,
7-si əxlaq, 7-si siyasi
elmlər, 17-si musiqi, tibb və sosiologiyaya
aiddir. 11 əsərə isə şərh yazmışdır.
Fərabi
“Səadətə çatmağın
yolları” əsərində
yazır: “Fəlsəfə...
bizə yunanlardan: Platon və Aristoteldən gəlmişdir.
Onların hər biri bizə təkcə fəlsəfəni deyil, həm də ona doğru gedən yolu, o itərkən və ya tənəzzülə uğrayarkən onun yenidən yaradılması
yolunu öyrətmişdir”.
Fərabinin elmi-fəlsəfi irsi
İbn Sina, Bəhmənyar, Nizami, İbn Rüşd, Səfiəddin Urməvi, N.Tusi, İbn Xəldun və b. üçün zəngin
bilik xəzinəsi, ideya qaynağı olmuşdur.
Ümumiyyətlə, əl-Fərabi Aristoteldən
sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Fərabi Şərqin İbn
Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa
təsir göstərmişdir.
Musiqiyə aid ilk kitab yazıb
Əl-Fərabinin ən böyük xidmətlərindən biri
də musiqiyə böyük qiymət verməsi və onu elmi baxımdan
tədqiq etməsi olub. Bu müstəvidə də əl-Fərabi dünyada musiqiyə aid
ilk əsər yazan alimlərdən biri kimi məşhurdur.
Musiqiyə dair “Kitab əl-musiq əl-kəbir” (”Musiqi haqqında böyük kitab”) çoxcildli məşhur əsərində Fərabi musiqi elmini nəzəri və əməli hissələrə bölüb, melodiyanın daxili düzülüşünü, qanunauyğunluqlarını hesablamışdır. Şərq musiqisinin ritmik əsasını dəlillərlə şərh etmişdir. Fərabi məşhur musiqiçi, bəstəkar, yeni musiqi alətlərinin ixtiraçısı olmuşdur. Yazdığı “Kitabi əl-Musiqə əl-kəbr” (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Fərabi işləyib hazırlamışdır.
Əl-Fərabinin musiqini yaxından bilməsi, ona dərindən bələd olması, özünün də musiqi alətində çalmağı bacarması təsadüfi deyil. Çünki qədimlərdən türklər düşmən üzərində qələbə çaldıqdan sonra qələbələrini musiqi ilə qeyd etmiş və məclislərinə el aşıqlarını ( manasları) dəvət etmişlər. Manasların o dövrdə Türküstanda geniş yayılan dombrada və qopuzda ( kopuz-saz) məharətlə etdikləri ifalar türklərin toylarının, el şənliklərinin ruhu idi. Türklərin əksəriyyəti o dövrdə bu musiqi alətlərində çalmağı bilirdi. Təbii ki, məhz belə bir mühitdə böyüdüyündən əl-Fərabi hələ uşaq yaşlarında musiqi alətində çalmağı öyrənmişdi. Ona görə də o musiqi sahəsini tədqiq edərək özündən bu sahəni elmi şəkildə araşdıran ilk alim olmaq şərəfinə nail olub. “Kitab əl-musiq əl-kəbir” (“Musiqi haqqında böyük kitab”) kitabı bu gün də araşdırmaçı musiqişünaslar üçün qədim türk və Şərq milli musiqisini öyrənmək və tədqiq etmək baxımından olduqca qiymətli bir mənbədir.
Əl-Fərabi irsi bu gün də öz əhəmiyyətini qoruyub saxlamqda davam edir və o əbədiyyətə kimi özündən sonra qoyub getdiyi zəngin elmi əsərləri ilə yaşayacaq.
Əl-Fərabinin aşağıdakı əsərləri günümüzə qədər gəlib çatıb: “Ara əhl əl-Mədinət əl-fadilə” (Fəzilətli şəhər əhlinin baxışları), “Risalə fil-əql” (Zəkaya dair risalə), “Kitab əl-hüruf” (Hərflər haqqında kitab), “Kitab ihsa` əl`-ülum” (Elmlərin siyahıya alınmasına dair), “Kitab əl-musiqi əl-kəbr”, “Fi ma yənbəği ən yüqəddimə qəblə təəllüm əl-fəlsəfə” (Fəlsəfəni öyrənməkdən əvvəl nəyin müqəddimə verilməsi haqqında), “Təhsil əs-səadə” (Xoşbəxtlik qazanma)
Zaman.-2015.-28 yanvar.-S.9.