Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir (2)

 

Əvvəli ötən sayımızda

 

Dünya kommunikasiya sistemlərinin sürətli inkişafı müasir maarifçilikdə mədəniyyətlərarası dinlərarası dialoqun vacibliyini aktuallığını şərtləndirir. Çağdaş dövrümüzdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin dialoqun qorunub saxlanması, dini məsələlərin siyasiləşdirilməsinin qarşısının alınması üçün düzgün dini maariflənmənin aparılması xüsusilə vacibdir. Açıq etiraf etməliyik ki, dünyada dini zəmində baş verən münaqişələrin əsas yaranma səbəblərindən biri dini maarifləndirmənin zəif aparılması dini şüur səviyyəsinin aşağı olmasıdır. Bu məsələlərin həllində təkcə dinlərarası deyil, həm bununla sıx bağlı olan mədəniyyətlərarası dialoqun aparılması mühüm şərtdir. Hər mədəniyyətin öz taleyi, öz tarixi, dəyərlər sistemi vardır. Mədəni tarix dini, siyasi, sosial-iqtisadi əlamətlərlə bir-birindən fərqlənir. XX əsrin ikinci yarısından sonra dövlət sərhədlərinin açılması, eyni zamanda mədəni sərhədlərin açılmasına da şərait yaratdı onun müasir modernləşdirmə formalarından biri kimi mədəniyyətlərin qovuşmasının, mədəniyyətlərarası dialoqun təməlini qoydu. Biz eyni ilə dinlərarası əlaqələrin genişlənməsini onlar arasında dialoqun yaranmasını da bu qayda ilə izah edə bilərik”.

 

Əlihəsən Həmzəyev elmi yanaşmasına görə, müasir maarifçilikdə mədəniyyətlərarası dinlərarası dialoqlar insanların millətlərin yaxınlaşmasının həlledici amilinə çevrilir, bir-birinin əksi olan həyat tərzlərinin, bəzən bir-biri ilə mübarizə aparan dinlərin dəyərlər istiqamətlərinin yaxınlaşmasına səbəb olur: “Din təkcə milli dəyər deyil, ümum-bəşəridir, yəni universallıq onun təbiətindədir. Din mifologiyanın ən fəal tərkib hissəsidir. Din həm mədəniyyətdir, həm həyat tərzidir, həm ideologiyadır. Məsələyə dərindən baxanda dinlərin heç biri digərini təkzib etmir, ancaq bu ya digər dinin, təriqətin daşıyıcıları dinə aid olmayan müxtəlif münasibətlərdə tarix boyu aqressiyalar nümayiş etdirmişlər”.

 

Bütün dövrlərdə Azərbaycanda dini milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub

 

Əməkdar müəllim qeyd edir ki, dinə bəşəri, tolerant dünyəvi münasibət baxımından Azərbaycan bir çox ölkələrə nümunə ola bilər: “Ona görə ki, Azərbaycanın milli, dini, coğrafi xüsusiyyətlərindən irəli gələn həmrəylik dini dözümlülük keyfiyyəti artıq xalqımızın genefondunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Tarixən dinlərin mədəniyyətlərin qovşağı olmuş Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da bu funksiyanı uğurla yerinə yetirir. Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə, tolerantlıq mühiti ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətlərinin daha da təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq möhkəmlənmiş, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizdə dinlərarası münasibətlərin inkişafına daim ciddi önəm vermiş, bu vacib məsələyə diqqəti bir an da olsun azaltmamışdır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olmuşdur. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir. Həqiqətdir ki, bütün siyasi proseslərdə, dinlərarası, millətlərarası münasibətlərdə daim dövlət dəstəyi olmalıdır. Dövlətimizin bu məsələlərlə əlaqədar çox düşünülmüş siyasəti vardır ölkəmizin hərtərəfli inkişafı məhz bu şəkildə mümkün olacaqdır. Bu gün Azərbaycanda elə şərait yaradılmışdır ki, bu ölkədə yaşayan bütün vətəndaşlar dini milli mənsubiyyətindən asılı olmayaraq, özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər”.

 

Azərbaycan özündə millətlərarası dinlərarası münasibətlər modelini ehtiva edir

 

Moskva Patriarxlığının Kilsə cəmiyyət arasında qarşılıqlı münasibətlər şöbəsinin sədri Vsevolod Çaplinin bir müddət əvvəl etdiyi çıxış yəqin ki, çoxlarının xatirindədir. Onun səsləndirdiyi fikirlərdə Azərbaycanın önəmi bir daha ortaya çıxır: “Bəşəriyyətin gələcəyi Qafqazdakı vəziyyətin inkişadından asılıdır. Bu nağıl deyil, Qafqazda baş verən çoxlu sayda tarixi hadisələrdən irəli gələn reallıqdır. Azərbaycan özündə millətlərarası dinlərarası münasibətlər modelini ehtiva edir. Qafqaz Balkanlar Qüds kimi dünya ictimai prosesləri üçün əsas regiondur. Bəşəriyyətin gələcəyi Qafqazdakı vəziyyətin inkişadından asılıdır. Bu nağıl deyil, Qafqazda baş verən çoxlu sayda tarixi hadisələrdən irəli gələn reallıqdır”.

 

”Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Biz haqlı olaraq fəxr edirik ki, Qafqazda ən qədim kilsə Azərbaycanda, Şəki şəhərinin yaxınlığındakı kiçik bir kənddə yerləşir. Ən qədim məscidlərdən biri Azərbaycanda, Şamaxıda yerləşir. 743-cü ildə tikilmiş həmin məscid bu il bərpa olunmuşdur. Bakıdakı Atəşgah da bizim tarixi keçmişimizin, zərdüştilik dövrünün abidəsidir. Katolik kilsəsi bərpa edilmişdir, sinaqoqlar da tikilir. Yəni, bunlar bizim cəmiyyətimizin inkişafının göstəricisidir, ilk növbədə cəmiyyətin durumunun, həmçinin dövlət siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu məsələlərdə cəmiyyətin durumu da, dövlətin siyasəti , necə deyərlər, yanaşı dayanır”. Bu fikirləri Prezident İlham Əliyev Bakı Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında deyib.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam 

 

Zaman.-2015.-29 yanvar.-S.13.