Dini tolerantlıq qloballaşan dünyada stabilliyin əsas şərtlərindəndir (2)

 

sayımızda Əvvəli ötən

Dini tolerantlıq son dərəcə həssas məsələdi. Həm dövlət, həm qeyri-dövlət təşkilatları tərəfindən bu istiqamətdə işlər görülməlidir. Əks halda bunun çox acı nəticələri ola bilər. Misal üçün, Böyük Britaniyada 200 ildir ki, Şimali İrlandiyada katoliqlərlə protestantlar arasında, sözün əsl mənasında, ölüm-dirim davası gedir. Böyük Britaniyanın dünyanın inkişaf edən demokratik ölkələrindən biri olmasına baxmayaraq, sözügedən məsələ öz həllini hələ tapa bilmir”.

 

Mövzumuzla bağlı suallarımızı cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Quruculuğu Hüquq kafedrasının müdiri Fəxrəddin Nağıyev bildirdi ki, insanlar dini tolerantlığa məhkumdurlar: “Dünyada baş verən bir çox proseslər dini tolerantlığın qədər aktual bir məsələ olduğunu göstərir. Dini tolerantlığa alternativ mən görmürəm. Azərbaycanda da çox sayda ayrı-ayrı din mənsubları, müxtəlif xalqların nümayəndələri yaşayır. Buna baxmayaraq, ölkəmizdə dini ya millətçilik zəminində uzun illərdir ki, heç bir insident müşahidə olunmayıb. Bu çox sevindirici haldır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı başqa dinlərə, xalqların nümayəndələrinə hörmətlə yanaşmağı bacarırlar”.

 

F. Nağıyevin sözlərinə görə, tolerantlığın şüurunun vətəndaşlarımızın ağlında daha da möhkəmlənməsi istiqamətində dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir: “Bir vaxtlar bizdə dini işlər üzrə nümayəndəlik fəaliyyət göstərirdi. Onun müstəqil dövlət komitəsinə çevrilməsini, konstitusiyamızda dövlətin dindən ayrı olması məsələsənin əks olunmasını, son vaxtlarda Prezident İlham Əliyevin sərəncamı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin formalaşdırılmasını s. dövlətin bu istiqamətdə gördüyü mühüm işlərdəndir”. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin may ayında  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsinə diqqət çəkən müsahibimiz fikirlərini belə davam etdirdi: “Həmin sərəncamda qeyd olunur ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın tolerantlıq baxımından hansısa mövqeyi dəstəkləyən yox, özünün bu sahədə dünyaya örnək ölkə kimi inkişafını təmin etmək məqsədilə təsis edilib. Bütün vunlar onu göstərir ki, Azərbaycanda bu məsələlərə çox böyük diqqət yetirilir”.

 

 

 

Azərbaycanlıların başqa dinlərə münasibəti həmişə dözümlü olub

 

Tolerantlığa qayğı təkcə bu günkü günün diqqəti deyil deyən F. Nağıyev fikrini belə əsaslandırdı: “Ümummilli lider Heydər Əliyevin 1998-ci il may ayında Prezident Aparatında din xadimləri ilə görüşündəki çıxışını xatırlatmaq istəyirəm: “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu Azərbaycan reallığını, eyni zamanda xalqımızın dini dözümlülüyünü göstərir. Azərbaycan əhalisinin böyük əksəriyyətinin islam dininə etiqad etməsinə baxmayaraq, burada digər din mənsubları da heç bir özgəlik hiss etmədən yaşayır. Azərbaycanlıların başqa dinlərə münasibəti həmişə dözümlü olub”. Ulu öndər bu sözləri dedikdə sonra onun qaynağını da göstərirdi: “Bu cür dözümlülük müqəddəs Qurani-Kərimin, Peyğəmbərimizi Həzrəti Məhəmmədin (s. ə. s) bizə vəsiyyətdir”.

 

 Dini tolerantlıq insan hüquqları ilə birbaşa bağlıdır

 

F. Nağıyevin sözlərinə görə, Paris hadisələri fonunda dünyada baş verən hadisələr onu göstərir ki, tolerantlıq təkcə müsəlmanlar üçün həm xarakterik, həm zəruri deyil: “Dini tolerantlıq qloballaşan dünyada insanların birgə yaşayışının artıq məzmunudur, məcburi tələbidir”. Müsahibimiz bildirdi ki, dini tolerantlıq insan hüquqları ilə birbaşa bağlıdır: “Dini tolerantlıq son dərəcə həssas məsələdir beş-üç tədbirlə həll olunası bir şey deyildir. Mütəmadi şəkildə həm dövlət, həm qeyri-dövlət təşkilatları tərəfindən bu istiqamətdə işlər görülməlidir. Əks halda bunun çox acı nəticələri ola bilər. Misal üçün, Böyük Britaniyada 200 ildir ki, Şimali İrlandiyada katoliqlərlə protestantlar arasında, sözün əsl mənasında, ölüm-dirim davası gedir. Böyük Britaniyanın dünyanın inkişaf edən demokratik ölkələrindən biri olmasına baxmayaraq, sözügedən məsələ öz həllini hələ tapa bilmir. Hətta Marks Engelsi öz əsərlərinə bu məsələnin həlli üçün vasitələr təklif ediblər. Dünyada baş verən hadisələr onu göstərir ki, toreantlıqla bağlı işlər mütəmadi xarakter daşımalıdır”. Parisdəki hadisələrlə bağlı dünyanın Fransa ilə həmrəylik nümayiş etdirməsini təqdir etdiyini dilə gətirən müsahibimiz əlavə etdi ki, dünyanın bu məsələlər ilə bağlı ikili standartı özünü göstərir: “Demək olar ki,  Pakistanda, Suriyada, İraqda, Əfqanıstanda hər gün çox sayda insanlar terror hadisələrinin qurbanları olurlar. Amma Fransada həmrəylik nümayiş etdirən dövlətlərin başçıları bir dəfə olsun adını çəkdiyim ölkələrdə baş verən terror hadisələri ilə bağlı bəyanat vermirlər, bu hadisələri pisləmirlər. Paris hadisələri bir daha sübut edir ki, dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb. Hətta Avropa ölkələri belə təkbaşına olduqları vaxt terror qarşısında acizdirlər. Ona görə , bütün dünya dövlətləri heç bir ayrı seçkilik etmədən terrora qarşı birə mübarizə aparmalıdırlar”.

 

 “Azərbaycan dini tolerantlıq baxımından dünyaya örnək ölkədir”

 

Müsahibimiz sonda qeyd etdi ki, Azərbaycan dini tolerantlıq baxımından sözün əsl mənasında bütün dünyaya örnək ölkədir: “2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub ki, Bakıda hər iki ildən bir Mədəniyyətlər arası Dialoq çərçivəsində ümumdünya forumu keçirilsin. 2014-cü ildə də belə bir forum baş tutdu. Həmin forumda dünyanın 20 Nobel mükafatçısı, çox sayda fəaliyyətdə olankeçmiş dövlət və hökumət başçıları iştirak edirdilər. Bu forumlarda xalqların, mədəniyyətlərin bir-birinə yaxınlaşması məsələləri müzakirə edilirdi”. F. Nağıyevin sözlərinə görə, Azərbaycanın və xalqının tolerantlıq düşüncəsi ölkə konstitusiyasına da sirayət edib: “Azərbaycan əhalisinin 90%-dən çoxunun müsəlman olmasına baxmayaraq, konstitusiyamızda yazılmayıb ki, buya digər dinə, xüsusilə də islam dininə üstünlük verilir. Amma bəzi ölkələrdə bunun əksini görürük. Misal üçün, Yunanıstanın və yaxud Bolqarıstanın konstitusiyalarında bir mənalı şəkildə provaslav kilsəsinin hakimliyi qeyd olunub. Bu məsələ son dövrdə Rusiyada da çox aktiv şəkildə müzakirə edilir. Belə ki, Rusiyan Konstitusiyasına provaslav dininin hakimliyi məsələsinib salınıb, salınmaması çoxdandı əsl müzakirə predimetidir. Amma bu məsələ bir çox ekspertlərin də vurğuladığı kimi kifayət qədər problemləri olan Rusiya üçün böyük fəlakətə yol aça bilər. Çünki Rusiyada çox sayda din mənsubları yaşayır. Sözügedən məsələ qeyri-provaslavların ikinci, üçüncüs. dərəcəli vətəndaşlığının rəsmiləşdirilməsi olardı”.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev 

 

Zaman.-2015.-3 fevral.-S.13.