Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir (3)

 

Əvvəli ötən sayımızda

 

Prezidenti İlham Əliyev: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

 

Dövlət başçısı qəti şəkildə vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti həyat tərzidir: “Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Biz diqqəti ona görə bu məsələlər üzərində cəmləşdiririk ki, bu mövzuya yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə fikirlər var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğramış, özünü doğrultmamışdır. Bunlar çox narahatlıq doğuran bəyanatlar, tendensiyalardır. Əgər bu həqiqətən belədirsə, onda bu ciddi müzakirə mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki, biz öz siyasətimizlə , cəmiyyətin durumu ilə sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır. O, yaşayır, möhkəmlənir, dərin köklərə malikdir gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Ona görə ki, qloballaşma dövründə, informasiya mübadiləsinin bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid ilə məşğul olmaq sadəcə məhvə məhkumdur. Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır”.

 

 Azərbaycanda dövlət səviyyəsində dünyaya bəyan edilir ki, çoxmillətlilik  bizim sərvətimizdir

 

Bəzi ölkələrdə çoxmillətlilik dövlətin varlığına bir təhlükə kimi qəbul edilir. Ancaq Azərbaycanda dövlət səviyyəsində dünyaya bəyan edilir ki, çoxmillətlilik bizim sərvətimizdir. Azərbaycanda artıq təkcə tolerantlıq barədə, yəni bir-birimizə münasibətdə dözümlülük barədə deyil, konstruktiv dinlərarası dialoq barədə danışırıq, həyatın cəmiyyətin din xadimləri qarşısında qoyduğu müxtəlif problemlərin birgə səylərlə həlli müzakirə edilir. Azərbaycanda bütün xalqların dinlərin nümayəndələrinin qardaşlıq, dostluq qarşılıqlı hörmət əsasında yaxınlaşması, birləşməsi məqsədi əsas götürülür. Dövlət başçısının da vurğuladığı kimi, cəmiyyət o vaxt sağlam olur ki, həm ölkənin inkişafının qlobal məsələlərinə, həm millətlərarası, dinlərarası dialoq məsələlərinə dair ictimai konsensus mövcud olsun.

 

Bu işdə, eləcə milli dəyərləri qoruyub-saxlamaq inkişaf etdirmək üçün regionlarda ziyalılılar, dini qurumların nümayəndələrinin, eləcə   müxtəlif yaş təbəqələrinə mənsub insanların da üzərinə böyük düşür. Gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması, onların maarifləndirilməsi elmi biliklərin öyrədilməsi, pis vərdişlərdən uzaq olması ideyalarının aşılanması bu baxımdan çox zəruridir.

 

Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər din ilə dövlət birdir. Bu birlik hamımızı qarşımızda duran amallar ətrafında birləşdirir. Bu amallardan biri Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, dinlərarası münasibətlərin həmişə müsbət istiqamətdə inkişaf etməsini təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq olmalıdır.

 

 Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır beynəlxalq hüquqi normalarla tənzimlənir

 

Yazımı Azərbaycan Prezidenti İlham Əliyevin “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionuonun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində səsləndirdiyi fikirlərlə yekunlaşdırmaq istərdim: Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edirmövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk. Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizmekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluqdözümlülük münasibətlərinin də alternativi yoxdur. Nüfuzlu beynəlxalq təşkilatların, dövlət və hökumət rəsmilərinin, tanınmış din xadimlərinin, alimlərin və ekspertlərin iştirak etdiyi belə bir faydalı tədbirin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.

 

Azərbaycanda tolerantlıq, mulli tolerantlıq mövzularda keçirilən yerli və beynəlxalq tədbirlər ölkəmizin bu sahəyə verdiyi önəmi, göstərdiyi diqqəti ortaya qoyur. Bu cür tədbirlər dinlərarası və mədəniyyətlərarası dialoqun, həmrəylik, tolerantlıq və qarşılıqlı anlaşma kimi bəşəri dəyərlərin inkişafına öz layiqli töhfəsini verəcək. İnanırıq ki, Azərbaycan bundan sonra da bu istiqamətdə dünya ölkələrinə nümunə olacaq və özünəməxsus tədbirləri, layihələri gerçəkləşdirməkdə davam edəcək.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam  

 

Zaman.-2015.-30 yanvar.-S.13.