“Azərbaycanlılar öz dədə-baba yurdlarının işğaldan azad
olunmasını istəyirlər”
Son günlər cəbhədə baş verənlər harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın diqqətindədir. “Zaman-Azərbaycan” qəzeti olaraq mövzunu diqqətdə saxlayır, baş verənlərlə bağlı keçmiş döyüşçülərin, hərbi ekspertlərin, Qarabağla bağlı qeyri-hökumət təşkilatları rəhbərlərinin fikirlərini öyrənir, rəy və təkliflərini ictimaiyyətə çatdırırıq. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin (AVMVB) sədri Fizuli Rzaquliyev qəzetimizə açıqlamasında hazırda Füzuli rayonunda olduğunu bildirdi: “Bir neçə gündür cəbhə bölgəsindəyik. Cəbhədə baş verənlərlə bağlı onu deyə bilərəm ki, məqamı yetişib və torpaqlarımız şərəfsiz ermənilərdən azad olunmalıdır”.
F. Rzaquliyev dedi ki, hər şey çox yüksək səviyyədə təşkil edilib: “İstər yerli əhali, istər döyüşçülər, istərsə də keçmiş döyüşçülər - hamı birlik nümayiş etdirir, hamı bir ağızdan hazırdır. Bakıdan cəbhə bölgəsinə bilirsinizmi nə qədər könüllü gəlib? Sadəcə olaraq, hələ onlara ehtiyac yoxdur, əmr olarsa, biz də əsgər formasını geyinib səngərlərə yollanacağıq. Son 2-3 gündə mənə, bəlkə də, 2-3 mindən çox insan zəng vurub. Hər kəs cəbhədə baş verənləri alqışlayır, döyüşməyə hazır olduğunu bildirir. Keçmiş döyüşçülərin, hərbçilərin çoxu cəbhə bölgəsindədir. Onlar gecə-gündüz hərbçilərimizin, mülki insanlarımızın yanındadırlar”.
“Ordumuzun uğurlarına sevinirik”
Qardaşı 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Dəyanət İsmayılovun da şəhid ailəsinin bir üzvü kimi cəbhədə baş verənlərə münasibətini öyrəndik: “Cəbhədə baş verənlər göz qabağındadır. Allaha şükür, ordumuz irəliləyib, ermənilərlə müqayisədə bizim itkilərimiz o qədər də çox deyil. Ordumuz düşmənin necə lazımdır cavabını verib. Döyüş əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Döyüşə, cəbhəyə getmək istəyənlərin sayı kifayət qədərdir. İnternet və televiziya vasitəsi ilə cəbhədəki vəziyyətlə bağlı son məlumatları izləyirik. Azərbaycan öz haqq işi uğrunda mübarizə aparır və ordumuzun uğurlarına sevinirik”.
“Qarabağ əhalisi öz hüquqlarından məhrum edilib”
“Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbasın isə “Zaman-Azərbaycan”a müsahibəsində mövzu ilə bağlı fikirləri belə oldu: “Cəbhədəki vəziyyəti diqqətlə izləyirik, yaralılarımıza baş çəkirik. Onlarda yaralı olduqları halda belə çox böyük ruh yüksəkliyi var, Qarabağ torpaqlarının işğaldan azad olunmasına can atırlar. Biz haqq savaşı uğrunda mübarizə aparırıq. Uzun illərdir Azərbaycan ərazisində - Qarabağda insan haqları kütləvi surətdə pozulur. Qarabağ əhalisi uzun illərdir təhsil, mədəniyyət, oxumaq, öz ata-baba yurdlarında yaşamaq hüquqlarından məhrum olunub. Bu gün Azərbaycan Prezidenti öz vətəndaşlarının hüquqlarını bərpa eləyir, biz də onun, müdafiə nazirimizin bu fəaliyyətini, döyüşçülərimizin bu fəaliyyətini dəstəkləyirik - ana olaraq, vətəndaş olaraq. Neçə-neçə şəhidimiz var. Amma buna baxmayaraq, Azərbaycan torpaqlarının ta Laçın koridorunun bağlanmasına qədər azad olunmasını istəyirik. Bu gün əgər biz qan töküb torpaq almaq istəyiriksə, bundan sonrakı mərhələdə heç bir muxtariyyətdən söhbət gedə bilməz. 1992-ci ilə qədər Qarabağda yaşamış ermənilər - ondan sonrakılar yox - bizim kimi tam hüquqlu vətəndaş olub yaşayacaqlar bu torpaqlarda. 1988-ci ilə qədər Dağlıq Qarabağ ərazilərində yaşayan ermənilər Azərbaycan vətəndaşları qədər hüquqlara malik olublar. Bu bizim gözümüzün qarşısında olub, mən həmin nəslin nümayəndəsiyəm, onlarla birgə yaşamışıq. Əgər Qarabağda indi yaşayan ermənilər Ermənistan erməniləri ilə birgə yaşamaq istəyirlərsə, biz onlara mane ola bilmərik - yolları açıq olsun. Hələ ki, koridor açıqdır, gedə bilərlər”.
“Təkcə Qarabağ torpaqlarının yox, bütün ərazilərimizin azad olunmasını istəyirik”
İnsanlarımızdakı yüksək döyüş əhvali-ruhiyyəsinə gəlincə, R. Abbas: “Yüksək əhvali-ruhiyyəni çox yüksək qiymətləndirirəm. Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarının azad olunmasını istəyirlər. Azərbaycan vətəndaşı ölkə Prezidentindən illərdir tələb edir ki, Qarabağın işğaldan azad edilməsinə dair əmr ver. Bu gün o iradə var deyə Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Əlbəttə, bu da çox təbiidir.
Uzun illərdir
Naxçıvan Azərbaycandan ərazi baxımından ayrı
salınıb. Biz Zəngəzuru azad etməliyik. Naxçıvan Azərbaycan
torpağıdır, biz bu
torpaqlarımıza təyyarə ilə uçub
getmək istəmirik, maşınımıza oturub
getmək istəyirik. Azərbaycan Xalq
Cümhuriyyəti qurulanda bizim
xeyli ərazimiz - o vaxt konfederasiya idi ermənilərə verilib.
Bu gün biz Azərbaycan Xalq
Cümhuriyyətinin varisi kimi
Sovetlər dövründə oğurlanmış ərazilərimizi
də geri almalıyıq. Göyçə
mahalı və Zəngəzur daxil olmaqla bütün
torpaqlarımız alınmalıdır. İrəvan
xanlığı bizim dədə-baba yurdumuzdur. Onlar ora məqsədli şəkildə
köçürülüblər. Biz təkcə
Qarabağ torpaqlarının yox, bütün bu ərazilərimizin də azad
olunmasını istəyirik”.
Nicat İntiqam
Zaman.-
2016.- 7 aprel.- S.4