“Neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır”

“İndi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir”.

Bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın müstəqillik tarixindən danışan dövlətimizin başçısı ilk illərin ölkəmiz xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pislədi. Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi. Sonradan Ulu Öndərin Bakıya, buradan da Naxçıvana getməsi muxtar respublikanı ermənilərin işğalçılıq siyasətindən xilas etdi. “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, - deyən dövlətimizin başçısı əminliklə söylədi ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən Prezident İlham Əliyev dedi ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən Prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirdi.Heydər Əliyevin xidmətləri sayəsindəƏsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”, - deyən Prezident İlham Əliyev bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.”Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq bu dövlət əbədi yaşamalıdır”, - deyən Prezident İlham Əliyev son 20 ili inkişaf sabitlik dövrü kimi xarakterizə edib, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirilmənin aparıldığını, elmin təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq əsas sözü texnologiyalar deyəcək. Buna görə neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.

 Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi barədə məlumatlar yalandır

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin  Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandan ibarətdir.Prezident yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.

Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olunub.

Gənclər İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan gəncliyinin gənclər təşkilatlarının hər zaman dövlətimizin başçısının diqqət qayğısını hiss etdiyini dedi, buna görə Prezident İlham Əliyevə təşəkkür edib.

“ASAN KönüllüləriGənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı hazırda ölkədə 3 mindən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini dedi, könüllülərin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların fəaliyyətinin birinci Avropa Oyunlarında, “ASAN xidmət”in fəaliyyətində daha aydın hiss olunduğunu bildirdi. O, Gənclər Evi, peşə ixtisası təhsili, xaricdə təhsil proqramının perspektivləri ilə bağlı təkliflərlə çıxış edib.Prezident İlham Əliyev könüllülər hərəkatının ölkəmizdə böyük gələcəyinin olduğunu, peşə təhsilinin geniş vüsət almasının əhəmiyyətini vurğuladı, dünyanın aparıcı ali məktəblərinin Azərbaycanda öz filiallarını açdığını diqqətə çatdırıb.Gənclər idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını dedi, bu prosesin davam etdiriləcəyini vurğulayıb.“Tələbələrin İqtisadiyyat Menecmentlik üzrə Assosiasiyasıİctimai Birliyinin sədri Məryəm Məcidova qeyri-formal təhsilin inkişafı intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.Prezident İlham Əliyev ölkəmizdə bir çox intellektual beynəlxalq oyunların keçirilməsi ideyasını dəstəklədiyini bildirib.”BMT-nin modelilayihəsinin əlaqələndiricisi Elmira Məmmədova Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxunub.

Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.Gənc sahibkar, Davos İqtisadi ForumununQlobal şefrstəşkilatının üzvü Müşfiq Həsənov gənc sahibkarlara daha geniş imkanların yaradılması məsələsindən danışıb.Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.

Gəncə 2016 - Avropa gənclər paytaxtıİctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Aysun Zeynalova Gəncənin Avropanın gənclər paytaxtı elan edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.Dövlət başçısı da Gəncənin bu tədbiri yüksək səviyyədə keçirəcəyinə əminliyini qeyd edib.Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.Prezident İlham Əliyev gələcəkdə Fondun fəaliyyətinə dəstək veriləcəyini maliyyə yardımının davam etdiriləcəyini bildirib.

Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov gənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldırıb.Prezident İlham Əliyev bu məsələnin əhəmiyyətini vurğulayıb.

Zaman.- 2016.- 30 yamvar.- S.1