Azərbaycan xalqının
çoxəsrlik xalçaçılıq tarixi
Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalçaçılıq insanların həyatında özünə yer tutaraq, demək olar ki, xalqın rəmzinə çevrilib.
Xalçaçılıq tarixi eramızdan 3500 il əvvələ təsadüf olunur. Dövrümüzə yalnız daş və ya taxta üzərində əks olunmuş təsvirlər gəlib çatıb. Bu cür təsvirlərə hətta Misir fironu Tutmosun sərdabələrində də rast gəlinir. Azərbaycanda isə xalçaçılıq tarixi qədim izlərə malikdir.
Qədim Azərbaycan xalçaları üzərində təsvir olunan ornamentlər xalqımızın həyat tərzini əks etdirib. Bir çox alim bu sahədə tədqiqat aparaq maraqlı məlumatlar ortaya çıxarıblar. Rus alimi, görkəmli türkoloq Lev Qumilyov qədim xalçaları yun kitabələr adlandırır. Çünki xalça təkcə dekorativ bəzək əşyası funksiyasını daşımır. Eyni zamanda, xalqın dünyagörüşünü, çoxəsrlik mədəni tarixini əks etdirir.
Bildiyiniz kimi, qədim türk tayfaları köçəri maldarlıqla məşğul olublar. İlk vaxtlar heyvanın dərisindən soyuqdan qorunmaq məqsədilə istifadə ediblər. Daha sonra şüur inkişaf etdikcə, heyvanların yunundan ip əyirib, bitkilərdən isə boya hazırlayıblar. Hörümçəyin tor hördüyünü görüb, qamış parçalarını və budağı bir birinə keçirərək həsir hazırlamağa başlayırlar.
Xalçanın əsası onun ərişi və arğacından ibarətdir. Arğac üfüqi, əriş isə şaquli istiqamətdə gedən xalça saplarıdır. Qeyd edək ki, xalçalar xovlu və xovsuz olaraq iki yerə ayrılır. Aşağı sıxlıqla toxunan xalçalarda xov az və qalın olur. Yuxarı sıxlıqlı xalçalarda isə əksinə sıxlıq yüksəldikcə xov qısa olur və ornament daha aydın görünür.
İlk toxunan
xalça nümunəsi isə palaz olub. İçərisi xırda
formalı ornamentlərlə
doldurulan palazlar ciyi adlanır.
Taxtadan dəzgahlar
düzəldirilib və
bu yolla şal, palaz, cecim toxunub. Daha sonra
isə daha mürəkkəb toxuma forması, yəni kilim hazırlanıb.
Kilim elementlərinə diqqət
yetirildikdə, onun pilləkənvari olduğu
məlum olur. Bu cür kilimlərə
demək olar ki, hər evdə
rast gəlinir. Ümumiyyətlə, türk xalqı
qədimdən bəri
xalçadan geniş istifadə edib. Belə demək mümkünsə,
onlar xalça üzərində doğulub,
böyüdülüb, toy məclisi qurulub və dünyasını dəyişdikdə də
xalça üzərində
son mənzilə göndərilib.
Azərbaycan xalqının bu qədər xalçaya bağlı olması onun soykökü ilə bağlıdır. Qədim tərəkəmələr
alaçıqların döşənməsində
xalçadan istifadə
ediblər. Əvvəllər mebel olmadığından
xalçadan məfrəşlər,
məişət qabları
və s. hazırlanıb.
Həm də yun çox
olduğundan insanlar bunu müxtəlif şəkildə dəyərləndiriblər.
Düzdür, bu çox zəhmət tələb edən bir iş olub.
Hətta
qızlar öz cehiz xalçalarını
özləri toxuyub.
Yaxın
keçmişə qədər
bəzi bölgələrimizdə
bu ənənə davam etdirilib. Qarabağ zonasında daha geniş yayılmış
dəst xalı-gəbələr
xüsusi yer tutub. Bu da
evlərin çox böyük olmasından irəli gəlib.
Xalçanın ərsəyə gəlməsi
üçün ilk növbədə
onun layihəsi hazırlanır ki, bu da eskiz
adlanır. İncəsənət Universitetində və
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında
xalçaçılıq tədris edilir. Xalçanın həm layihəsi
verilir, həm də onun material üzərində toxunuşunu
bilmək vacibdir.
Təbriz
xalçaları...
Xalçanın keyfiyyətini göstərən
əsas göstəricilərdən
biri də onun sıxlığıdır. Təbriz xalçaları
çox böyük sıxlıqla toxunur.
Bu da onun
çox baha olmasının əsas səbəbidir. Qeyd edim
ki, 1 kvadart santimetrdə yerləşən
ilmələrin sayına
sıxlıq deyilir.
Bu xalçalarda nəbati ornamentlərdən
çox istifadə olunub. Digər bölgələrin xalçaları üçün
isə həndəsi fiqurlar xarakterik olub.
Azərbaycanda xalçaçılıq sənətinin
ən parlaq dövrü XVI-XVII əsrdə
Səfəvilər dövrü
ilə bağlıdır. Mənbələr göstərir ki, bu dövr xalçaların
toxunmasında təkcə
toxucu özü deyil, eyni zamanda,
dövrün məşhur
rəssamları da yaxından iştirak ediblər. Rəssam onun eskizini verir, toxucu isə
onu xalça üzərində əks etdirirdi. Təbriz xalça məktəbi
də Səfəvi dövlətinin xalça
məktəbi hesab olunub. Ümumiyyətlə, Azərbaycan xalçaları
7 məktəbə bölünür
ki, onlardan biri də Təbriz
xalça məktəbidir.
Qalanları isə Quba,
Şirvan, Qazax, Gəncə, Qarabağdır.
Təbriz xalçaları öz rəngləri, ornamentləri, kompozisiyası
və sıxlığı
ilə fərqlənirlər.
Qeyd edək ki, ən
aşağı sıxlıq
Qazax, Gəncə məktəbində, ən
yuxarı isə Təbriz məktəbi xalçalarında olub.
Təbriz xalçaları arasında
saray üçün
toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək
üçün böyük
ölçüdə xalçalar
toxunub. Hətta xalçaların toxunmasında ipəkdən,
bahalı daş-qaşdan
da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin
özünün simvolik
mənası olub.
Alimlər illərdir bunun
tədqiqatı ilə
məşğul olurlar.
Vaxtilə Qarabağda “Dəst
xalı-gəbə”- böyük
sahələrdə döşəmələrin
örtülməsi üçün
nəzərdə tutulmuş
dəst xalçalar toxunurdu. Dəst üç, dörd və ya beş xalçadan ibarət olur: mərkəzi xalı, iki dənə yan və ya
kənarə xalça,
başlıq xalça
və ayaqlıq xalça. Bu cür
xalçalar bəy evləri üçün
xarakterik idi. Qeyd edək ki, Qarabağda
dəst xalı-gəbələr
evlərin böyük
ölçülü olması
ilə əlaqədar
olaraq toxunub.
Fabrik xalçaları
əl ilə toxunan xalçalardan nə ilə fərqlənir?
XIX əsrin ortalarından etibarən süni boyalar meydana gəlməyə başlayır.
Bu da öz
növbəsində təbii
boyalardan istifadəni azaldır. Hər bitkinin həm
gövdəsindən, həm
kökündən, həm
yarpağından, həm
də gülündən
müxtəlif rənglər
əldə etmək mümkündür. Bu da böyük zəhmət tələb edir. Əsasən sovet hakimiyyəti
dövründə tədricən
süni boyalar geniş istifadə olunmağa başlanılır.
Eyni zamanda, bu dövrdə
pambıq nisbətən
bahalı material sayıldığı
üçün kimyəvi
liflərdən fabrik xalçalarının toxunması
geniş vüsət alır. Bu da
öz növbəsində
bir sıra xəstəliklərin yaranmasına
yol açır.
Astma, bronxit, dəri və bir sıra
allergik xəstəliklərə
gətirib çıxara
bilər. Həm də
təmizlik baxımından
toxunma xalça daha məqsədəuyğundur.
Təbii xalçalar tozu az saxlayır və çirkdən daha tez təmizlənir. Fabrik xalçası ilə əllə toxunan xalçaları bir-birindən
fərqləndirən bir
sıra xüsusiyyətlər
var. İlk növbədə
bilmək lazımdır
ki, fabrik xalçası digəri ilə müqayisədə
daha yüngül və təbii xalçanın ilmələri
daha sıx olur.
Fabrik xalçaları
ilə əllə toxunan xalçaların fərqi ondadır ki, peşəkar rəssam və ya xalçaçı özü bədii zövqə malikdirsə, eskizini hazırlayır. Həm də
eskizi köhnə xalçanın üzündən
köçürə bilir.
Daha sonra isə onu özü toxuyur. Lakin fabrik xalçası
yun saplardan deyil, süni liflərdən istifadə
olunaraq hazırlanır.
Ardı
var...
Tahirə Ağayeva,
Zaman.-
2016.- 3 fevral.- S.4