Şkaf əhvalatı
Hekayə
Redaksiyanın
binasında təmir işləri
başlanmışdı.İşlər çox sürətlə
gedirdi.Elə bil yüzdən çox yaşı olan bu bina
doğrudan da təmir üçün darixmışdı.Qarovulçünun
sözlərinə görə hələ o ,60 ildə bir dəfə
də olsun bu binada təmir aparıldığını
görməmişdi.Qapı-pəncərələr cərçivəsindən
çıxarılır,divarların suvağı
qazınır,yalnız qədim mərmər pilləkənlərə
toxunulmurdu.O isə təp-təzə görünürdü.Təmir
gedə-gedə biz işləyirdik.Qəzet öz ahəngi ilə
həftənin altı günü çıxırdı.
Ətraf
toz duman,ustaların hay küyü,mexanizmlərin taqqıltısı
burada görülən işlərə fon verirdi.Bu səs-küy
olmasaydı ətrafdakı canlanma lap səssiz filmə bənzəyərdi.
Redaktorun
kabineti dördüncü mərtəbədə yerləşirdi.Orada
təmir artıq tamamlanmışdı.Gündə bir
neçə dəfə iş otağımdan onun kabinetinə
gedib gəlməli olurdum.Yuxarı qatdakı otaqlardan köhnə
stol stul və digər yararsız hala düşmüş əşyaları
bizim koridora yığmışdılar.Orada bir kitab
şkafı da vardı ,etajerka deyərdik adına.Barmaq
yoğunluğunda çubuqlardan düzəldilmişdi.Çubuqların
üzərində yandırma üsulu ilə çox incə
naxışlar vurulmuşdu.Bu şkaf mənə redaksiyaya ilk
işə gəldiyim günün xatirəsi idi.O zaman məni
baş redaktorun müavini qəbul edəndə onun kabinetində
görmüşdüm.
Mənə
çox əzəmətli təsir
bağışlamışdı.Ölçülərinə
,böyuklüyünə görə yox Üzərinə
düzülmüş kitablara görə, Burada kimlərin əsərləri
yox idi.
Sonradan bu şkaf bizim otağa qoyuldu.Bu işlərə təsərrüfat müdiri baxırdı.Yerdəyişmə olanada mən xahiş etmişdim.Bu şkafa böyük bir sevgim var idi.Orta məktəbin son sinfində oxuyanda sinif yoldaşım Muradla hər gün dərsdən sonra onlara gedib buraxılış imtahanlarına hazırlaşardıq.Eyni bu şkafdan onların evlərində də var idi.Ora Murad və onun dörd qardaşı dərs kitablarını yığardılar.O şkafı çox sevirdim.Bir arzu yaranmışdı içimdə.Keşkə bizimdə belə şkafımız olaydı.Muradgilin iri yemək stolu da var idi.Biz o stolun ətrafında oturub dərslərimizi oxuyardıq.Bizim stolumuz yox idi.Biz pəncərənin döşəməsinə dəftərimizi qoyub yazılarımız yazardıq. Mənim stol heç gözümdə deyildi. Amma kitab şkafı başqa idi. Qərəz şkaf sevgisi hələ uşaqlıqdan beynimə yüklənmişdi.
Hər dəfə şkafın yanından keçəndə o sanki məni səsləyir dur deyirdi.Başımda onu bir axşam götürüb evə aparmaq fikri dolaşırdı.Təxminən üç aya kimi özüm özümlə sanki döyüşürdüm.Elə bil dünyada başqa heç bir dərdim sərim,heç bir planım flanım yox kimi.Kitablarım çox idi həm alırdım,həm də hədiyyə edirdilər.Üstəlik uşaqların anası da filoloq olduğundan koridor,otaqlar,iri bir kitab şkafı və balkondakı sağlı-sollu şkaflar.
Amma koridordakı şkafa məftun olmuşdum.Lap uşaqlıq sevgisi kimi.
Yaxşi tutaq ki,bir axşam növbətçi olanda gecə evə gedəndə bu şkafı düşürdüm aşağı gözətçidən də bir təhər keçirdim.Evdəkiləri də bir təhər başa salaram ki,onsuz da atacaqdılar götürüb gəldim laklayaram istifadə edərik –deyə düşünürdüm.Birdən günlərin bir günü xəstələndim iş yoldaşlarım bizə gəldilər.Və şkafı gördülər.Bu ki ,biabırçılıq olar.
Əslində redaktordan istəsəm yox deməz də.Amma onu da özümə sığışdra bilmirəm.Təzə adamdı.Bir az da sərt xasiyyətlidir.Söz deyəsi deyil.
O gün yenə koridordan keçib gedəndə şkafı gördüm.Qanım möhkəm qara idi.İki otaqlı evdə yaşayırdım.Kənddən atamı gətirmişdilər.Xəstəxanaya yerləşdirmişdim.Sağolsunlar dostlar zəng etmişdilər yaxşı klinikada yaxşıda həkim tapmışdıq.Əməliyyat olunmalı idi.Klinikanın pulunu ödəməli idim. Əslində pul irəlicədən ödənməli idi.Dostlar sağolsun müddət aldılar.Bir az özümdə var idi.Qardaşım yaxın durmadı.Təzə CİP almışdı kreditini güclə ödəyirdi.
Kimə müraciət edəcəyimi düşünürdüm.Şkafın yanında durmuşdum.O nu görəndə hər şeyi unudurdum.Bu gecə növbətçi idim.Düşündüm bəlkə aparım.Dünən xəstəxananın həyətində oturanda bir ağsaqqal dostumla şkaf barədə söhbət etmişdim.Məsələni ətraflı izah edib bitirdikdən sonra o mənə bir cümlə dedi.-Murad şeytan insanın damarlarındakı qanla bərabər fırlanır və hər an onu bir haram iş görməyə sövq edir.Sən neçə aydır nəfsinlə döyüşürsən.Çalış qalib gəl yoxsa şeytan sənin boş yerini tapıb səni hələ çox şeylərə sövq edər.
Axşam saat səkkiz idi.Düşdüm binanın həyətinə.Yuxarı mərtəbələrdən ataılan zir-zibil,taxta-tuxtanın ətrafın dolaşdım.Üçüncü mərtəbədəki iri pəncərəyə baxdım.Pəncərədən biri boğuq səslə soruşdu-Nəsə itirmisən.-Hə itirmişdim.Tapdım-dedim.
Hava qaralmışdı.Tələsik pilləkənlərlə yuxarı qalxıb koridora keçdim.Şkaf elə bil mənə boylanırdı.İri addımlarla irəlilədim.İki əllərimlə şkafı qaldırıb pəncərəyə yaxınlaşdım və onu atdım.Boylandım həyətdə kimsə yox idi.
Həyətdə aşağıdakı tullantıların üzərinə düşən şkafın səsi çox güclü əks-səda verdi.O səs indi də qulağımdadır.Əyilib bir də pəncərədən baxdım.Şkafın şınıq çubuqları otərəf-bu tərəfə yellənirdi.Elə bil canlı can verirdi.Yüngülləşdim.Elə bil içimdən nəyisə dartıb çıxardılar.Bədənim birdən birə boşaldı.Yerə oturdum.
Ağladım.Qalxıb iş otağıma getdim.Bir müddət başımı əllərimin üstünə qoyub nəm gözlərimi yumdum.Desəm mürgülədim də.Ayılanda gözlərimi aça bilmirdim kipriklərim yapışmışdı.Ayağa qalxıb koridora çıxdım.Bura əməlli başlı genişlənmişdi.Pencərəyə yaxınlaşıb həyətə baxdım.Qaranlıq idi heç nə görünmürdü.
Xəstəxananın həyətndə görüşdüyüm dostuma
zəng edib məsələni
danışdım.Bir xeyli gülüb
dedi-Afərin sən şeytana qalb gəldin.Nəfsini boğa
bildin.
Məmmədli Ağarəsul
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Zaman.- 2016.- 15 iyul.- S.12.