Qarabağ atları Azərbaycan xalçalarında
Qarabağ atları ən qədim zamanlardan
Azərbaycanda mövcud olmuş
atların nəsillərindən törəyiblər. Əsrlər
boyu Ərəb, Səlcuq, Monqol,
Roma, İran, Sasani atları ilə qarşılıqlı
təsirdə olaraq öz
əsl köklərini müəyyən qədər dəyişsələr
də, hər zaman ən qiymətli atlar hesab olunublar.
Mənbələrə görə, Qarabağ
atları Azərbaycan ərazisində hökm
sürən Manna, Midiya,
Albaniya və Artopatena
dövlətlərinin qədim at nəsillərindəndir.
E. ə I minilliyə aid Manna dövlətində
atlardan geniş istifadə edilib. Tarixçi Herodot
(e.ə IV əsrə
aid) Midiyada, Xəzərin
cənub-qərbində olan
Nesey adlanan geniş düzənlikdə
gözəl və güclü atlar haqqında yazırdı.
Tədqiqatlardan belə məlum
olur ki, Qarabağ atları öz mənbəyini ən qədim dövrlərdən, Nesey atlarından götürüblər.
Qarabağ atları hər
zaman öz gözəllikləri, plastikaları
və dözümlülükləri
ilə seçiliblər.
Xüsusilə, Qarabağın Dilbaz
atları hər yerdə böyük şöhrət qazanıb.
Avropa və Rusiyada hər zaman bu atlara böyük
maraq olub. Hazırda respublikamızda
milli at cinsi sayılan növlər qədimdən Şuşa,
Ağdam və onlara yaxın ərazilərdə geniş
yayılıb.
Almaniya Qarabağ xalça məktəbindən faydalanıb
Qeyd edək
ki, İngiltərədə
Ağdamın “Qarabağ”
futbol klubu üçün tərtib
olunan loqotipdə məhz Qarabağ atları təsvir olunub. 2012-ci il iyunun
19-da Almaniyada Berlinin mərkəzində yerləşən
tarixi “Hotel de Rome”da Almaniyanın EDSOR Berlin Moda
Evinin hazırladığı
və Avropa Azərbaycan Cəmiyyətinin
(AAC) dəstəyi ilə
Qarabağ xalçalarının
ornamentləri və italyan ipliyi ilə yüksək bədii zövqlə hazırlanmış əl
işləri olan cib dəsmalları, qalstuk və şərflərdən ibarət
kolleksiyanın təqdimatı
keçirildi. 500 nəfərə yaxın moda, biznes, siyasət
və ictimaiyyətdən
olan tanınmış
şəxslərin qatıldığı
tədbirdə nümayiş
olunan sənət əsərləri Azərbaycanın
incəsənətinin izlərini
özündə daşıyırdı.
EDSOR moda evinin
meneceri Jan-Henrik Shaper-Stuke bu kolleksiyada
Qarabağ motivlərindən
bəhrələndiyini bildirmişdi.
AAC-nin sədri və təsisçisi Taleh Heydərov öz çıxışında
sözügedən kolleksiyanın
ilham mənbəyi Qarabağ mövzusu olduğunu deyib. Belə ki,
kolleksiyada Qarabağ xalçaçılıq məktəbinin
ornamentlərindən və
at təsvirlərindən istifadə
olunub. Bu təqdimatın keçirilməsində
əsas məqsəd
20 ildən artıq işğal altında olan musiqi, mədəniyyət
və sənət beşiyi olan Qarabağın erməni tapdağı altında məhv olduğuna diqqəti yönəltmək
idi. Kolleksiyanın
satışından əldə
olunan gəlirin bir hissəsi Azərbaycanda məcburi köçkün uşaqları
üçün tikilən
Şuşa Uşaq Musiqi Məktəbinə musiqi alətlərinin alınması
üçün nəzərdə
tutulmuşdu. Tədbirdə işğal nəticəsində
1 milyona yaxın Azərbaycan vətəndaşının
məcburi köçkün
və qaçqın olması xüsusilə vurğulanmışdı.
Qarabağ bölgəsinin xalçalarında
qədim türk tayfalarının totemi olan at təsvirlərinə
tez-tez rast gəlinirdi. Hər zaman həm
cıdır, həm də minik atları
ilə məşhur olan qızılı başlı Qarabağ atları məhz bu əraziyə xas olaraq yetişdirilirdi.
Hətta
tarixən Avropa qadınlarının öz
saçlarını Qarabağ
atlarının rənginə
baxaraq qızılı
rəngə boyadıqları
deyilir. Qarabağ xanı İbrahimxəlil
xanın dövründə
atçılığa çox
fikir verilərək ildə iki dəfə
Cıdır düzündə
at yarışları keçirilirdi.
Gözəl, atletik quruluşlu,
şux duruşlu atların təsviri özünü şərflərin
üzərində tapmışdı.
Milli musiqimizin
təntənəli sədaları
altında şou göstərən atlarımız
böyük rəğbət
qazanıblar. Hər gün 900-dən çox at və 1500-dən
çox iştirakçının
olduğu şouda Qarabağ atları öz sürəti, gözəlliyi, çevikliyi
və parlaq çalarları ilə diqqəti cəlb ediblər. Hələ
60 il bundan
əvvəl sovet hökuməti kraliçaya
“Zaman” adlı çox gözəl Qarabağ atı hədiyyə etmişdi.
Nəsli
kəsilməkdə olan
Qarabağ atları xalçaların üzərində
təsvir olunur
Onu da qeyd etmək lazımdır ki, hazırda Qarabağ atlarının sayı dünyada 1000-ə qədərdir
və nəsli məhv olma təhlükəsilə qarşı-qarşıyadır. 1993-cü ildə Ermənistan tərəfindən Ağdam
işğal olunanda Ağdam Atçılıq
Zavodunun fədakar işçiləri tərəfindən
atlar çıxarılaraq
Bakı ippadromuna gətirildi.
Vaxtilə Ağdam, Zəngilan,
Şuşa, Qasımuşağı,
Laçında toxunan,
XIX əsrin sonunda yaranmış süjetli “Atlı itli” kompozisiyalı Qarabağ xalçaları da dünyaca məşhurdur.
Qarabağ atları mərdlik,
cəsarət, möhkəmlik
simvolu kimi xalça üzərində
öz əksini tapıb. Öz rənglərinin şuxluğu, temperamentli Qarabağ atlarının ekspressiv təsviri ilə seçilən bu xalçalar əntiq xalça kimi xaricdə yüksək qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, təbii bitki boyaqları ilə rənglənmiş
saplarla sıx toxunuşlu, ipək kimi parlaq xova
malik bu cür kompozisiyalı xalçalar nadir sənət
əsəri hesab olunurlar. Adətən,
xalçaların ara sahəsində isti qırmızı rəngli fonda stilizə edilmiş, beli yəhərli oynaq atların və onları müşayiət edən
itlərin ritmik hərəkəti təsvir
edilirdi. Ara sahənin fonu, adətən, doldurucu funksiya daşıyan həndəsi naxışlar,
gül elementləri və müxtəlif formalı ev
heyvanlarının təsvirləri
ilə zəngin olur. At və
itlərin realistik təsvirləri xüsusilə
diqqəti cəlb edir. Bəzən isə atların
çəmənlikdə, güllərin
əhatəsində təsvir
olunmağına da təsadüf edilir. Həndəsiləşmiş nəbati
ornamentli haşiyə
zolaqları ara
sahəni əhatə
edərək, xalçalara
bütov, lakonik bir forma bəxş edir.
Azərbaycana məxsus xalçalar
erməni xalçası
adı ilə tanıdılır
Qarabağın toxucu xanımları bu xalçalarda doğma təbiətlərinin
gözəlliyini, atlarının
çevikliyini tərənnüm
edərək ilmələrə
köçürüblər. Ümumiyyətlə,
Qarabağ zonasında
vaxtilə heyvan təsvirli “pələngli”,
“marallı ceyranlı”,
“itli-pişikli”, “itli-atlı”
xalçalar da toxunurdu. Qarabağ xalçaları, adətən, böyük
ölçüdə olub.
Təəssüflər olsun ki, hazırkı dövrdə
bir sıra Azərbaycan xalçaları
erməni adları altında dünyaya tanıdılır. Məsələn,
Qarabağın qədim
çeşnilərindən olan Çələbi xalçası Kelabard, Malıbəyli xalçası
Xondzoresk, Qazax xalçası Sevan, Şulaver, Qubanın Əjdəhalı xalçası
erməni adları ilə adlandırılır.
Xüsusilə, burada erməni
xalçası kimi təqdim olunan Qarabağın Qasımuşağı
xalçasını da
vurğulamaq lazımdır.
Nəinki torpaqlarımızın, eyni zamanda milli
mədəniyyət nümunələrimizin,
mətbəximizin, musiqimizin,
incəsənətimizin də
işğal olunmağı
çox ürəkağrıdıcı
faktdır. Əsrlər boyu özlərinə məxsus heç nələri olmayan işğalçı ermənilərin
bizlərə məxsus
olanları qəsb edib, özününküləşdirməsi
açıq aydın
göz önündədir.
Bunun qarşısını
almaq üçün
hökumətimiz tərəfindən
hər il
dünyanın bir sıra ölkələrində
Azərbaycan mədəniyyətini,
incəsənətini, tarixini
tərənnüm edən
və tanıdan dövlət tədbirləri,
elmi konfranslar, sərgilər, mədəniyyət
günləri, təqdimatlar
və s. keçirilməkdədir.
Tahirə Ağayeva,
Zaman.-
2016.-3 iyun.- S.11