Bölgələrimizdə on minlərlə ağac əkildi
Samuxda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Öncə tədbir iştirakçıları Heydər Parkında müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə tər çiçəklər düzərək ulu öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər. Daha sonra ulu öndərin doğum günü münasibəti ilə rayonun əsas magistral avtomobil yollarının kənarlarında rayon ictimaiyyətin iştirakı ilə 3000 ədəd ağac və 15 min ədəd dekorativ güllər əkilib.
Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ictimaiyyət nümayənləri tərəfindən ziyarət edildikdən sonra rayon ərazisində ağacəkmə aksiyası və iməcilik təşkil olunub. Yerli iqlim şəraitinə uyğun əkilən 10 minə qədər həmişəyaşıl şam ağacları, yeni gül kolları küçə və parkların yaşıllaşmasına xidmət edəcək.
Göygöl rayonunda da Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində yaşıllıq aksiyası keçirilib. Yol kənarlarına 3500-ə yaxın şam ağacları əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Tovuzda da ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətiylə yaşıllaşdırma aksiyası keçirilib. Dahi şəxsiyyətin abidəsi ziyarət edildikdən sonra rayon ictimaiyyəti Tovuz çayı ətrafında, magistral yolların kənarında 2 mindən çox sərv, şam, tuya ağacları əkib. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında rayon gəzintisi olub.
Qazax rayonunda yeni yaşıllıqların salınması, bərpası, mühafizəsi və qorunması ilə bağlı ənənəyə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə iməciliyi keçirilib. Rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin də fəallığı ilə müşayiət olunan tədbirdə Bakı-Tbilisi magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində iqlim şəraitinə uyğun 5 mindən çox müxtəlif növ ağaclar əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Ümummilli lider
Heydər Əliyevin anadan olmasının
93-cü ildönümü Gəncə
şəhərində silsilə tədbirlərlə geniş qeyd olunub. Ulu öndərin doğum günü münasibətilə keçirilən
ümumşəhər tədbirinin
iştirakçıları - şəhər rəsmiləri,
idarə və müəssisə təşkilatlarının
rəhbərləri, ziyalılar, ağsaqqallar
ulu öndərin şəhərin baş meydanında ucaldılan abidəsini
ziyarət edib, önünə tər
çiçəklər düzüb,
xatirəsini ehtiramla yad
ediblər. Daha sonra tədbir
ağacəkmə aksiyası ilə davam etdirilib. Yaşıllaşdırma işləri
Heydər Əliyev Park Kompleksində, Nizami Məqbərəsi istiqamətində,
şəhərin giriş və
çıxış hissələrində, həmçinin
şəhərin park, prospekt
və küçələrində həyata keçirilib.
Gəncə Şəhər İcra
Hakimiyyəti başçısının birinci
müavini Elnur Rzayev bildirib ki, ümumilli lider Heydər Əliyevin anadan
olmasının 93-cü ildönümü
ərəfəsində şəhərdə 82 min 500 ağac əkilib. 10
may tarixində isə şəhər
üzrə 10 min 500 ədəd müxtəlif
növ ağac torpağa
basdırılıb. Ağacəkmə aksiyası may ayının sonuna kimi davam etdiriləcək.
İməcilikdə şəhərin idarə və müəssisə
kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri
böyük həvəslə iştirak ediblər. Tədbir
iştirakçıları şəhərin
landşaftına uyğun olaraq
şam, sərv, çinar
ağacları, qızılgül kolları, eləcə də
müxtəli
Vüqar Nəbiyev
Zaman.-
2016.-11 may.- S.2