Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə 249 yeni
eksponat verilib
Yeni eksponatlar hesabına getdikcə zənginləşməkdə olan Ağsu Tarix-Diyarşünaslıq Muzeyi bu gün Azərbaycanın, onun bir guşəsi olan rayonun ta qədimdən bəri tarixi, mədəniyyəti, nəsillərin yaşam tərzi barədə hərtərəfli bilgilər verməyə qadir məkana çevrilib.
Muzey
təkcə ötən il 249 yeni eksponat əldə edib ki, bunlardan
da 174-ü arxeoloji
tapıntılardır. Ümumiyyətlə isə, burada eksponatların sayı 6448-ə
çatıb. AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun
Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən
XVIII əsr Ağsu şəhər
qalıqlarında (”Xaraba şəhər”),
Bəyimli kəndində, Girdiman
çayının sol sahilində (“Torpaqqala”), “Bəyimli qalası” kimi tanınan ərazidə (Mehranilər
sülaləsi tərəfindən əsası qoyulan Mehrəvan şəhər qalıqlarının burada olduğu güman edilir) tapılan bir
sıra eksponatlar muzeyi
xeyli zənginləşdirib. Ağsunun Nüydü qəbiristanlığında, Gəgəli
kəndi ərazisində eramızdan əvvəl V əsrdən
başlayaraq istifadə olunan
Nərgizava antik dövr
qəbiristanlığında “Miras” Mədəni
İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin təşəbbüsü
və yardımı ilə aşkarlanan və
muzeyə verilən bir sıra
tapıntılar da böyük
əhəmiyyət daşıyır. Pul
nümunələri, bəzək əşyaları, silah, məişət və təsərrüfat
alətləri və sair arxeoloji
eksponatlar muzeyə gələnlərə
bu yerlər barədə yeni
məlumatlar verir.
Tarix-Diyarşünaslıq Muzeyinin
müstəqillik illərindən sonrakı bölmələri
də çox zəngindir. Burada müstəqil Azərbaycan dövlətinin
qurucusu ulu öndər
Heydər Əliyevin, eləcə də Prezident
İlham Əliyevin həyat və fəaliyyətlərini,
Ağsu rayonuna səfərlərini
əks etdirən xüsusi stendlər yerləşdirilib.
Zaman.- 2016.- 14 yanvar.- S.4.