“Sosial
müavinət və təqaüdlərin artımına 25 milyon manat ayrılacaq”
“Dünyada kəskin xarakter alan böhran prosesləri səbəbindən ölkəmizdə manatın məzənnəsinin devalvasiyaya uğramasının mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar kursu ilk növbədə, əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan” qəzetinə verilən məlumatda belə deyilir.
“Azərbaycan Prezidenti
İlham Əliyev iqtisadi və sosial məsələlərin
həlli ilə bağlı bu günlərdə keçirilən
müşavirədə də
mövcud iqtisadi şəraitdə ilk növbədə
insanların sosial müdafiəsi məsələlərinin
daim diqqətdə saxlanılmasının vacibliyini
bir daha bəyan edib. Dövlət
başçısı tərəfindən bu
məqsədlə son bir
neçə gündə ardıcıl olaraq
sosial müdafiə xarakterli
fərman və sərəncamlar imzalanaraq,
ölkədə əmək pensiyaçılarına, məcburi
köçkünlərə, 20 Yanvar
hadisələri ilə əlaqədar əlil olmuş
şəxslərə, şəhid ailələrinə
dövlət tərəfindən ödənilən sosial ödənişlərin, habelə
ayrı-ayrı sahələrdə çalışan
işçilərin əmək haqlarının
artırılması təmin olunub. Bu istiqamətdə
növbəti addımlar kimi, Azərbaycan
Prezidenti cənab İlham
Əliyev tərəfindən yanvarın 19-da sosial
müavinətlərin və müharibə əlillərinə
Prezident təqaüdlərinin
artırılmasını nəzərdə tutan
daha iki Fərman
imzalanıb. Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə
Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
artırılması və “Müharibə əlillərinə
Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə”
19 yanvar 2016-cı il tarixli Fərmanı müharibə əlillərinin
sosial müdafiəsinin gücləndirilməsinin
daim diqqət mərkəzində olduğunu göstərir. Fərmanda
müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği
2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən
olan I qrup əlillər
üçün 165 manat,
II qrup əlillər üçün
143 manat, III qrup əlillər
üçün 110 manat
müəyyən edilib. Fərman
müharibə əlilləri və onlara
bərabər tutulan şəxslərdən
ibarət ümumilikdə 19 min nəfərdən
çox vətəndaşa şamil olunacaq. Onlardan 12 min nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin
sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək”.
Nazirlik bildirir ki, son
iki ildə artıq ikinci
dəfədir ki, müharibə əlillərinə,
o cümlədən Qarabağ
müharibəsi əlillərinə Prezident
təqaüdü artırılır: “2014-cü ilin əvvəli ilə müqayisədə həmin
təqaüdlərin orta aylıq məbləğində
61 faizdən çox artım özünü göstərib. Dövlət
başçısının “Sosial
müavinətlərin məbləğinin
artırılması haqqında” 19 yanvar
2016-cı il tarixli Fərmanı
isə əhalinin rifah halını
yaxşılaşdırmaq və sosial
müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin
2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə
tutur. Sənədin ölkədə
dövlət tərəfindən sosial
müavinətlə təmin olunan
ümumilikdə 453 min min
nəfərədək şəxsi əhatə edəcəyi
nəzərdə tutulur. Həmin
insanlardan 49 min 430 nəfəri
Qarabağ müharibəsi veteranları,
138 min 864 nəfəri əlilliyə
görə, 13 min 852 nəfəri yaşa görə, 41 min
7 nəfəri ailə başçısını itirməyə
görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə
tutulan digər müvafiq
təbəqələrdən olanlardır. Bu
artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25 milyon manat vəsaitin ayrılması təmin olunacaq”. Qeyd edək ki, hər iki Fərmanla müharibə əlillərinə
(o cümlədən Qarabağ
müharibəsi əlillərinə) həm Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün,
həm də əmək pensiyası almaq
hüquqları olmadığı halda əlilliyə
görə aldıqları aylıq sosial
müavinətin məbləği artırılır. Bu Fərmanların əhatə etdiyi vətəndaşların 62 min 46 nəfəri məhz Qarabağ
müharibəsi əlilləri və veteranlarından ibarətdir.
Zaman.-
2016.- 22 yanvar.- S.5