“Xüsusi
qayğıya ehtiyacı olan gənclərə
kompüter tədrisi” adlı layihəyə
start verilib
Gənc Mühəndislərin
İnkişafı İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi
adlı
layihəyə start verib.Gənc Mühəndislərin
İnkişafı İctimai Birliyi “Xüsusi qayğıya ehtiyacı
olan gənclərə kompüter tədrisi” adlı
layihəyə start verib.
Bu barədə “Zaman-Azərbaycan”
qəzetinə birlikdən
məlumat verilib. Layihə
çərçivəsində valideyn himayəsindən məhrum olmuş gənclər qismində Bakı (3), Sumqayıt (1) və Şirvan (1) şəhərlərində yerləşən
uşaq evləri və internat məktəblərinin 15 yaşından
yuxarı şagirdlərinə,
həmçinin xüsusi
qayğıya ehtiyacı
olan gənclər qismində isə Bakı və Sumqayıt şəhərlərində
məskunlaşmış fiziki
qüsurlu gənclərə
kompüter tədrisi keçiriləcək. Layihədə ümumilikdə 140 gəncin
iştirakı nəzərdə
tutulur. Layihənin məqsədi müstəqil
həyata atılmağa
hazırlaşan valideyn
himayəsindən məhrum
olmuş və xüsusi qayğıya ehtiyacı olan gənclərin müasir dünyanın tələbləri
ilə ayaqlaşmasına
və onların cəmiyyətimizə uğurla
inteqrasiyasına yardım
etməkdir. Bu, həmçinin bizim üçün bir ictimai məsuliyyətlilik
layihəsidir ki, belə layihələr sağlam cəmiyyətin formalaşması üçün
çox vacibdir.
Layihənin nəticəsi
olaraq, kurslarda iştirak etmiş gənclər kompüterdən
istifadə ilə bağlı fundamental bilikləri
öyrənmiş olacaqlar.Layihədə
iştirak edənlərin
Gənc Mühəndislərin
İnkişafı İctimai
Birliyinin İKT klubu ilə gələcəkdə
də əlaqə saxlaması və kompüter istifadəsi sahəsində lazımi köməkliyin göstərilməsi
üçün şərait
yaradılacaq. Sosial təminata ehtiyacı olan Azərbaycan gənclərinin İKT sahəsində
biliklərinin artırılması
üçün oxşar
layihələrin gələcəkdə
də mütəmadi olaraq təşkil olunması nəzərdə
tutulur.Qeyd edək ki, Gənc Mühəndislərin
İnkişafı İctimai
Birliyi 2015-ci ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VII Qrant müsabiqəsinin, “Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter
tədrisi” adlı layihə ilə qalibi olub. Layihə
09.01.2016-cı il tarixindən Bakı
şəhərində, 16.01.2016-cı il
tarixindən isə Sumqayıt və Şirvan
şəhərlərində olmaqla, silsiləli
şəkildə davam edir.
Zaman.-
2016.- 21 yanvar.- S.5