Baş Nazirin müavini
Mingəçevirdə ictimaiyyət nümayəndələri
ilə görüşdü
Baş Nazirin müavini Yaqub Eyyubov Mingəçevir şəhərində ictimaiyyət
nümayəndələri, sahibkarlar, təhsil işçiləri, gənclər
və ziyalılarla görüşüb.
Heydər
Əliyev Mərkəzində
keçirilən tədbirdə
Şəhər İcra
Hakimiyyətinin başçısı
Niyazi Bayramov çıxış edərək,
məlumat verib ki, 1948-ci ildə şəhər statusu alan və
hazırda 102 min nəfər
əhalisi olan Mingəçevir ölkənin
dördüncü sənaye
şəhəri kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizə
rəhbərliyi dövründə
Mingəçevir şəhəri
çox böyük inkişafa nail olub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Mingəçevir
şəhəri daha da gözəlləşib,
əhalinin rifah halı yaxşılaşıb;
yeni istehsal müəssisələri istifadəyə
verilib; küçələr,
parklar yenidən qurulub; yeni inzibati
binalar inşa edilib; xəstəxana və məktəb binaları əsaslı təmir olunub; idman kompleksi, gənclər mərkəzi,
yaşayış binaları
inşa edilib. Niyazi Bayramov görülən işlərlə
yanaşı, həllini
gözləyən bəzi
problemlərin mövcud
olmasını bildirib
və həmin məsələlərin həlli
yollarının müzakirəsi
üçün bu tədbirin səmərəli
olduğunu qeyd edib.Baş Nazirin müavini Yaqub Eyyubov ölkə Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, mingəçevirlilərin görüşünə
gəldiyini bildirib. Yaqub Eyyubov mingəçevirlilər
qarşısında qeyd
edib ki, bu il maaşlar, pensiyalar, sosial müavinətlər
qaldırılıb ki,
bu da ölkəmizin
sosial siyasətinin əsasını təşkil
edir: “Ancaq görülən tədbirlər
nəticəsində sosial
müdafiə paketinin
təqdim edilməsi, qiymətlərə nəzarət,
eyni zamanda çox dərin iqtisadi islahatların aparılması dövlətimizə
imkan verəcək ki, bu vəziyyətdən
də uğurla çıxa bilək. Ölkə Prezidenti İlham Əliyev bildirib ki, 2016-cı il çox
ciddi iqtisadi islahatlar ili olacaqdır. Artıq müvafiq qərarlar
qəbul edilib, qanunvericiliyə dəyişikliklər
olunub. Bu il bizim iqtisadiyyatımız daha da güclənəcək”.Sonra
“Mingəçevir İzolit”
ASC-nin sədri İsmayıl Məmmədov,
“Mingəçevir Texniki-Rezin”
ASC-nin sədri Vaqif Əsədov çıxış ediblər.
Sahibkarlar rəhbərlik etdikləri
zavodların fəaliyyət istiqamətləri, istehsal etdikləri məhsullar, aylıq istehsal gücü,
avadanlıqlar barədə məlumat veriblər. Qazandıqları uğurlarla
yanaşı, qarşılaşdıqları çətinliklərdən
də danışan sahibkarlar keçmiş sovet
dövründə Mingəçevirdə mövcud
olan iri sənaye
müəssisələrindən hazırda bir
neçəsinin xırda istehsal sexi səviyyəsində fəaliyyət
göstərdiyini bildiriblər. Onlar yerli
və xarici bazar üçün rəqabət qabiliyyətli məhsullar
istehsal etmək gücünə malik olduqlarını, bunun
üçün Mingəçevirdə kadr potensialının olduğunu,
lakin müəyyən maliyyə
çatışmazlıqları ilə üzləşdiklərini
və idxalın təsiri səbəbindən məhsulun
satışı üçün yerli alıcılıq qabiliyyətinin
aşağı olduğunu bildiriblər. Tədbirdə məlumat verilib ki, şəhərdə “Mingəçevir Su-Elektrik Stansiyası silsiləsi” MMC,
şüşə-plastik və polietilen borular istehsal edən “Mingəçevir
İzolit” ASC, maşınqayırma və
neft avadanlıqları istehsalı üzrə
ixtisaslaşan “Azneftmaş”
ASC, “Akkord” Şirkətlər Qrupunun Mingəçevir Maşınqayırma
Zavodu, “Azərkabel” ASC və Bakı Dəmir-Beton
Məmulatları Zavodunun filialı fəaliyyət
göstərir. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC isə hazırda Mingəçevirin
və ölkənin ən iri enerji istehsalı müəssisəsindən biridir. Bu gün
“Mingəçevir Texniki-Rezin” və “Azərkabel”
zavodlarının bəzi sexləri fəaliyyət göstərir.
Sahibkarlar şəhərin köhnə sənaye müəssisələrinin
fəaliyyətinin yenidən bərpası və xarici idxalın qarşısının
alınması məqsədilə Mingəçevirdə avtomobil şinləri, şüşə, dəmir-beton
məmulatları, xalça istehsalı üçün tədbirlərin
görülməsinə köməklik göstərilməsini
təklif ediblər. Vaxtilə minlərlə insanın
çalışdığı sənaye müəssisələrinin
fəaliyyətinin dayanması səbəbindən şəhərdə
işsizlik problemi
yarandığı qeyd edilib.
Tədbirdə həmin müəssisələrin fəaliyyətini
yerli və xarici
investorların cəlb edilməsi və dövlətin köməkliyi
ilə bərpa edilməsi ilə bağlı təkliflər
irəli sürülüb.
Zaman.-
2016.- 29 yanvar.- S.5