2015-ci ildə Mingəçevir daha da abadlaşıb, inkişaf edib

Mingəçevirlilər həyata keçirilən, quruculuq-abadlıq işlərini dövlətin qayğısı kimi qiymətləndirirlər.

 

Yola saldığımız 2015-ci il ümumilikdə bütün dünya üçün çətin iqtisadi şərtlər altında keçsə , Azərbaycanda planlaşdırılan bütün layihələr həyata keçirilib. Regionların timsalında götürsək, Mingəçevir şəhərində, əsasən, yol infrastrukturu yenidən qurulub, köhnə yollar əsaslı təmir olunub. Ötən il həmçinin Mingəçevir iri müəssisə təsərrüfatların yaradılması ilə yadda qalıb. Geridə qoyduğumuz 2015-ci ildə Mingəçevirdə İqtisadi cəhətdən əhəmiyyət kəsb edən bir sıra layihələr reallaşıb, istehsal müəssisələrinin yaradılması inkişafı üçün mühüm addımlar atılıb. Ölkə iqtisadiyyatının inkişafı üçün vacib amil yol infrastrukturudur. Şəhərin avtomobil yollarının əsaslı təmiri tikintisi bu il davam edir. Belə ki, ötən il  H. Əliyev prospekti, 20 Yanvar, Ü. Hacıbəyov, M. Maqomayev küçələrində 160 min 701 kv.metr asfalt örtüyü salınıb. 9677 metr uzunluğunda Samux, F. Abdullayev küçələri çimərlik yolu yenidən qurularaq 78 min 706 kv.metr asfalt örtük salınıb. 8655 metr səki daşları quraşdırılıb, 360 ədəd işıq dirəyi qoyulub. O cümlədən 2015-ci ildə H. Əliyev prospekti, Gəncə şosesinin yolayrıclarına, Şəhidlər xiyabanında, Dram Teatrı meydanında səkilərə, Bayraq meydanında yolayrıcına 14 min 548 kv.metr dekorativ daşlar düzülüb. Heydər Əliyev parkı Məhəmməd Füzuli parkının əsaslı surətdə yenidən qurulması işləri davam etdirilib.

Mingəçevir şəhərinin təhsil müəssisələrinin əsaslı təmiri tikintisi sahəsində işlər davam etdirilir. Belə ki, hazırda 1100 şagird yerlik 1 saylı tam orta, 1176 şagird yerlik 7 saylı tam orta 580 şagird yerlik 9 saylı tam orta məktəblərində əsaslı təmir işləri gedir. 4 saylı tam orta məktəbində 12 saylı Körpələr Evi-Uşaq Bağçasında əsaslı təmir işləri başa çatdırılıb istismara verilib.

2015-ci ildə əhalinin məşğulluğunun təmini sahəsində əmək yarmarkalarının təşkili davam etdirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti, Təmir Abadlaşdırma şöbəsi tərəfindən 2015-ci ildə yerli büdcədən ayrılmış vəsaitə əsasən, yaşayış binalarının dam örtükləri  yenilənib. Ötən il Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsaitə əsasən isə 2 ədəd dairəvi düzbucaqlı fəvvarə, 1 ədəd minifutbol meydançası, 2 ədəd uşaq əyləncə trenajorlar kompleksi quraşdırılıb. Eyni zamanda 22 yaşayış binasının fasad hissələrinin rənglənməsi, 40 yaşayış binasının dam örtüyünün metal kirəmitlə örtülməsi, yaşayış binalarının bünövrə hissələrinin aqlay tava ilə üzlənməsi işləri həyata keçirilib. Azərbaycanın ən mənzərəli yerlərindən olan Mingəçeviri ötən il 10 mindən çox turist ziyarət edib. Ötən il şəhərin bir sıra yerlərində park-bulvarlar istifadəyə verilib. Sözsüz ki, bu da Mingəçevirin gözəl təbiətə turizm potensialına malik bir məkan olmasından xəbər verir. Yaxın zamanlarda şəhərə turist axınının sürətləndirilməsi istiqamətində işlər görüləcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, bölgələrin sosial-iqtisadi inkişafı proqramı uğurla davam edir bu sahəyə diqqət yüksək səviyyədədir.Bölgələrdə sənaye potensialının gücləndirilməsi, müasir infrastruktur istehsal müəssisələrinin yaradılması, həmçinin yeni yerlərinin açılması istiqamətində görülən işlər Mingəçevirdə sürətlə davam etdirilir. Mingəçevir Sənaye Parkının yaradılması bu istiqamətdə atılan ən mühüm addımdır. Artıq bununla bağlı müvafiq işlərə başlanılıb. Hal-hazırda ərazidə söküntü işləri aparılır bu işlərin fevral ayının sonuna qədər yekunlaşması nəzərdə tutulur. Bunun ardınca yeni layihə əsasında həmin ərazidə qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı planlaşdırılıb. Sənaye parkı 14,8 hektar ərazini əhatə edəcək. Uzun illər Toxuculuq Kombinatında işləyib kombinatın bağlanması ilə əlaqədar əməkhaqlarını ala bilməyən insanlara qalmış əmək haqqının ödənilməsi işi başlayıb hazırda davam edir. Bundan başqa, region üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında Mingəçevir şəhərində 1,3 hektar ərazidə Yüksək Texnologiyalar Parkının qurulması da yer alır. Parkda innovasiya məhsulunun yüksək texnologiyaların hazırlanması, işlənməsi ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların təcrübə-konstruktor işlərinin aparılması, eyni zamanda onların nəticələrinin tətbiqi mümkün olacaq. Atılan addımlar Mingəçevirdə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, müasir infrastruktur istehsal müəssisələrinin yaradılmasına, eyni zamanda yeni yerlərinin açılmasına əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Mingəçevirlilər həyata keçirilən, quruculuq-abadlıq işlərini dövlətin qayğısı kimi qiymətləndirirlər. 

Zaman.- 2016.- 29 yanvar.- S.7