Bir gözəl hünərə
doğru
"Mən uşaq deyiləm, xeyli yaşım var, bilirəm söz nədi", sözçülük nədi… Nəyi və necə oxumağın fərqindəyəm.
Fərqindəyəm ki, elə təkcə bu "Qapı" adlı şeirlə bağlı içdən gələn uzun, çox uzun bir söhbət başlamaq olar. Sonra o söhbəti yenidən, yenidən, bir də yenidən təzələmək ehtiyacı baş qaldırır:
Bağlaya bilmədim mən bu qapını,
Elə açıq oldu vaxtın üzünə…
…Elə açıq oldu vaxtın üzünə,
Gördüm səmalara tən bu qapını.
Gah üzgün, gah məmnun baxdım
üzünə,
Bağlaya bilmədim mən bu qapını…
Bu duyğulu misralar Firuzə Məmmədlinin özünəməxsus deyim tərzini, yazı texnikasının elastikliyini, sənətkarlıq məziyyətlərini bütöv, boyaboy qapsayır. Bütün bunlar öz yerində… Ancaq əsas məsələ bu misraların altyapısında hifz olunan bir xəfif auranın sərhədsizliyində, genişliyindədi. O genişlik, sərhədsizlik fonunda müəllifin qış ilə yaz arasında çəpərə tutulmuş ömrünün dustaqlığı da vaxtı-vədəni saymağındadı. Bir ona şükür ki:
Çoxdan çəkdi, azdan çəkdi,
Hər ağızdan, gözdən çəkdi,
Nə çəkdisə sözdən çəkdi,
Yenə sözü tutdu bu qız.
Qışla yaz arasında çəpərlənən sevdalı bir ömrün yaşantılarını isə onun öz misralarından yaxşı heç nə ifadə edə bilməz. Bu barədə Vaqif Yusiflinin, Ələkbər Salahzadənin, Kəramətin, Qurban Bayramovun, Tehran Əlişanoğlunun, fərqanənin, Dəyanət Osmanlının, Əli Rza Xələflinin, Fariz Çobanoğlunun və b. yazdıqlarını oxumuşam. Kəramətin "Füruzə Məmmədli poeziyası haqqında danışarkən "qanad" epitetini fərqləndirməyim, altını cızmağım təsadüfi deyil, onun bədiyyatının stixiyasından doğulub, ruhundan qanadlanaraq özümlüyün göstərən alimlərdən biridir" - fikri əslində hər bir söz adamının münasibətini ifadə edir. Eləcə də Vaqif Yusiflinin yazdıqları: "Firuzənin şeirləri hər şeydən öncə yaşanmış hisslərin, duyğuların ifadəsidir. Bu hissləri, duyğuları poetik hisslərə çevirmək, onları şerin də yaşam duyğuları kimi ifadə etmək o zaman mümkün olur ki, sevgini - o müqəddəs hissi adilikdən qeyri-adiliyə qaldıra biləsən… Firuzənin lirik qəhrəmanı üçün sevgi həyatdır, gözəl ömürdür, mənəviyyatdır, bundan kənarda adiliklər, xırdalıqlar, təfərrüatlar yaşayır". Əlavə edirik ki, bunun başlıca səbəbi F.Məmmədlinin özünün də vurğuladığı kimi, şeirdə diri olmaq, yaşamaq elmindədi:
Ötüb-keçdi, qış ömrünü sürüdü,
Hər yetən gün bir xatirə yeridi,
firuzə ki, hər şerində diridi,
Belə ömür hər ömürdən öncədir.
Firuzə
xanımın müşahidələri
Günün qarası qəlbimdə,
Ağı saçımda çevrilir
-
şəklində ifadə
olunanda da təzədi, tərdi.
Sənsiz
keçən günlə
ölüm
Gözümü örtsün gəlməyim
-
kimi təqdim
ediləndə də.
O, görünənin maddi
olanın alt yapısını,
mantar qatını müxtəlif görüm
bucaqlarından təqdim
edir. fərqinə
varır ki:
Bir binaya özüldü daş,
Bir küçəyə düzüldü
daş.
Brilyantdı, qızıldı daş,
Daşı daş görən yanıldı.
Firuzə
xanım şerin-sənətin
geniş yoluyla Məhsəti Gəncəvi,
Ağabəyim Ağa,
Heyran xanım, Mirvarid Dilbazi, Mədinə Gülgün,
Nigar xanım Rəfibəyli xanım-xatınlığıyla
gedir. Özünün yazdığı kimi, bir gözəl
hünərə doğru
döşünə döyübən
addımlayır. Şerin, sənətin
yolu, səması isə intəhasızdı,
sonsuzdu.
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-13
fevral.-S.3.