Türkiyə, Amerika İran üçbucağında İsrail

 

İsrail 2006-cı ildə Livana müdaxilə zamanı hərbi baxımdan məğlub oldu. Qəzzəyə etdiyi sonuncu hücumlar nəticəsində isə mənəvi baxımdan məğlub oldu. İsraildəki vəziyyət onu göstərir ki, siyasi partiyalar seçkilər zamanı istədikləri səsi toplaya bilməyəcəklər. Bəlkə partiyalar bəzi siyasi hədəflərinə çatacaqlar, amma uzun illər İsrail bütün dünyadaqatil dövlətkimi tanınacaq. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın hər insanın ürəyindən keçən ifadələri Davosda İsrail Prezidentinə deməsi, onun toplantını tərk etməsindən təsirli oldu. Peresin Ərdoğana zəng edərək baş verənlərdən incimədiyini bildirməsi onu göstərir ki, İsrailqatil dövlətimicini öz üzərindən atmaq üçün baş verənləri şəxsi bir məsələ kimi təqdim etmək istəyir. Qeyd etmək lazımdır ki, İsrailin gələcəkdə ilə qarşılaşacağını söyləmək mümkün deyildir. İsrail törətdiyi vəhşiliklər nəticəsində bütün dünya ilə qarşı-qarşıya gəlmişdir.

 

Davos Türkiyə üçün şans ola bilərmi?

 

İsrail Qəzzədə törətdiyi cinayətlərdən sonra bütün dünyadan təcrid olunaraq öz daxili imkanlarından istifadə etməyə məcbur olacaq. Xüsusilə Türkiyə ilə siyasi bir çəkişməyə  girməsi İsrailin intihar etməsi mənasına gəlməlidir. İsrailin Qərb tərəfindən dəstəklənməsinin əsas səbəbi onun İrana qarşı həyata keçirdiyi sərt siyasət idi. Amma İsrailin bölgənin güclü dövlətlərindən olan Türkiyə ilə qarşı-qarşıya gəlməsi, onun bölgədəki strateji hədəflərinin sonu ola bilər. İsrail bölgədə baş verən hadisələrə qarşı təkbaşına siyasət həyata keçirə bilərmi, yoxsa hansısa dövlətin yardımına ehtiyacı varmı? İsrail istəsə , istəməsə bölgədə heç nəyi  təkbaşına həll edə bilməz. Dünyada baş verən siyasi dəyişikliklər İsraili buna məcbur edir. Peresin Ərdoğana zəng edərək baş verənlərdən təəssüfləndiyini bildirməsi buna işarədir. Əslində Peresin həll edə bilmədiyi məsələnin arxasında Ərdoğan deyil, türk diplomatiyasının gücü dayanır.

İsrailin düşdüyü hazırkı vəziyyətçox istəyən azdan da olarməsəli şəklində ifadə edilə bilər.  İsrail Qəzzəyə etdiyi hücuma istər vaxt baxımdan, istərsə taktiki cəhətdən yaxşı hazırlanmış kimi görünə bilər. Lakin İsrailin bölgədə gərginliyə səbəb olan siyasəti bu dəfə onun özünə qarşı çevrildi. Artıq bundan sonra İsrailin qarşısında onu dövlət kimi qəbul etməyən İrandan fərqli olaraq, “sülh tərəfdarı olan Türkiyəduracaq. Bölgədə sülhpərvər siyasət həyata keçirən Türkiyə İsrailin qarşısında ən böyük maneə olacaq. Türkiyə həm Fələstini, həm bölgədəki digər aparıcı qüvvələri İrandan təcrid edərək, İsrailin bölgədəki əhəmiyyətini azaltmağa nail olub. İsrailin həyata keçirdiyi siyasət Türkiyə tərəfindən maneə ilə qarşılanır.

Ərdoğanın Davos forumunu tərk etməsi bu fürsəti əldə etmək üçüntarixibir mərhələ oldu. Türkiyə mətbuatının hadisəyə hansı qiymət verməsindən asılı olmayaraq, Ərdoğanın bu cəsarətli addımı Türkiyəni bölgənin əsas aparıcı dövləti halına gətirdi. Türkiyənin bu tarixi fürsətdən hansı formada istifadə edəcəyi mübahisə mövzusu ola bilər. Əgər türk diplomatiyası HƏMAS Əl-Fətiharasında uzunmüddətli sülhə nail ola bilsə, bu, İsrail üçün ciddi problem olacaq. Türkiyə əldə etdiyi bu fürsətdən istifadə edə bilərsə, bölgədəki nüfuzunu daha da artıracaq. Yaxın zamanlarda Türkiyədən bu istiqamətdə fəaliyyət gözləmək olar.

 

Obama faktoru

 

Davos forumunda baş verənlərə ABŞ-ın hansı münasibət göstərəcəyi olduqca əhəmiyyətli idi.

Amma bir qədər geriyə, Obamanın İslam dünyasına qarşı səsləndirdiyi sülhpərvər çağırışına diqqət yetirsək, açıq görünür ki, o, əsas fəaliyyətini ABŞ-ın daxili məsələlərinin həllinə, xüsusilə iqtisadi böhranla mübarizəyə həsr edəcək. Artıq hər kəs başa düşür ki, Buş dönəmindən miras qalan dünyadakı anti-Amerika ovqatı ilə nəyəsə nail olmaq mümkün deyil. Ona görə Obama iqtisadi böhranla mübarizə apardığı kimi dünyada formalaşan antiamerika ovqatını da dəyişməlidir.

Buna görə İslam dünyasına verilən mesajlar diqqətlə qarşılanmalıdır. İslam dünyası ilə münasibətlərin düzəlməsi həm Fələstin probleminin həll edilməsi, həm bu məsələdə İsrailin qarşısına məhdudiyyətlərin qoyulması mənasına gəlir. ABŞ İsrailin qarşısını almasa, Fələstin probleminin ədalətli uzunmüddətli həlli mümkün olmayacaq Obamanın həyata keçirmək istədiyi sülhpərvər missiya baş tutmayacaq. İsraili yaxın zamanlarda küncə sıxışdıracaq digər mühüm bir hadisə isə ABŞ ilə İran arasında baş verməsi gözlənilən yaxınlaşma olacaq. ABŞ ilə İran arasında buzların əriməsi İsrail üçün həyəcan təbilinin çalınması mənasına gəlməkdədir. Yəhudi lobbisinin İran ilə münasibətlərin düzəlməməsi üçün əllərindən gələni edəcəklərini nəzərə alsaq da, zamansa bu münasibətlər düzəlməlidir. İran isə İsrailin bölgədəki təsir gücünü azaltmaq üçün ABŞ-dan gələn təkliflərə laqeyd qalmayacaq. 

 

İsrail küncə sıxışdırıla bilər

 

Obamanın hakimiyyətə gəlməsindən sonra İran tərəfindən ABŞ-a qarşı sərt açıqlamaların verilmədiyi müşahidə edilir. İran beynəlxalq müstəvidə yaxşı bir şahmat oyunçusu kimi tanınır.  İraqın işğal edilməsindən sonra bölgədəki gücünü daha da artıran İran ilə münasibətlərin yaxşılaşdırılması qoşunlarını İraqdan çıxarmaq istəyən ABŞ üçün olduqca vacibdir. Eyni zamanda, ABŞ-ın “HƏMAS”la danışıqlara başlaması İsraili buna məcbur etməsi yaxın zamanlarda gözlənilən proseslərdən biridir. Belə bir vəziyyətdə İsrail ABŞ-ın bu seçimi qarşısında qala bilər bu da daxildə ciddi siyasi böhrana səbəb ola bilər.

İstənilən halda uzunmüddətli sülhün əldə edilməsi olduqca çətindir bu, uzaq perspektiv olaraq görünür. Proqnozlar İsrailin gələcəyi üçün yaxşı heç vəd etmir. Əslində İsrail öz ərazilərini genişləndirmək baxımından öz məqsədinə nail olub. Əgər Fələstin problemi uzunmüddətli ədalətli sülh yolu ilə həll olunmalıdırsa, bu problemin kökləri işğaldan əvvəlki dövrdə axtarılmalı ərazi problemi yenidən müzakirəyə çıxarılmalıdır.

 

 

Turan Ayhan.

 

Zaman.-2009.-7-9 fevral.- S.22.