Xocalı soyqırımının
17-ci ildönümünün keçirilməsinə dair
tədbirlər planı
təsdiqlənib
Azərbaycan Prezidentinin İcra
Aparatının rəhbəri
Ramiz Mehdiyevin sərəncamı ilə
Xocalı soyqırımının
on yeddinci ildönümünün
keçirilməsinə dair
tədbirlər planı
təsdiq edib. Tədbirlər planına əsasən, fevralın
26-da Bakı şəhərinin Xətai rayonunda Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidə və Şəhidlər
xiyabanı ziyarət ediləcək. Həmçinin,
ölkənin bütün ərazisində saat 17:00-da
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olunacaq.
Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması məqsədi
ilə xarici kütləvi informasiya vasitələri, teleradio
kanalları və internet şəbəkəsi ilə bu
qanlı qırğına həsr olunmuş materialların
yayılması, Azərbaycanın xarici ölkələrdəki
səfirliklərində, nümayəndəliklərində və
diaspor təşkilatlarında anma mərasimlərinin
keçirilməsi nəzərdə tutulub.
Tədbirlər planına
uyğun olaraq, ölkəmizin televiziya və radiolarında,
kütləvi informasiya vasitələrində Xocalı
soyqırımı ilə bağlı materiallar veriləcək,
idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində,
sərgi salonlarında, ali və orta məktəblərdə
tədbirlər keçiriləcək, milli azadlıq
uğrunda mübarizədən söhbət açan sənədli
və bədii filmlər nümayiş olunacaq. Həmçinin,
xocalılıların müvəqqəti məskunlaşdıqları
şəhər və rayonlarda şəhid ailələrinə
yardımlar göstəriləcək.
Zaman.- 2009.- 17-18 fevral.- S. 2.