Bəxtiyar Vahabzadəni
“çətin addım”
atmağa nə vadar etdi? (3)
Şair 2005-ci ilin avqust-sentyabr aylarında “Ölümlə üz-üzə” şeirini qələmə almışdı.
Bu hələ onda onun həyatla vidalaşmağa hazırlaşdığından xəbər verirdi.
Evin hər küncündən bir kabus kimi
Mənə göz bərəldir ölüm hər gecə.
Hər an gözləyirəm son nəfəsimi,
Mənə “gəldim” deyir ölüm gizlicə.
O çağlarda
bir neçə dəfə yanımda yaşamaq istəmədiyini
dilinə gətirmişdi.
Onun yazıb-yaratmaq həvəsi
də sönmüşdü.
Ölüm vahiməsi artır günbəgün.
Yanıma gələnlər,
təsəlli üçün
Hər gün daha şirin
söz axtarırlar.
Mənsə candan bezar, cahandan bezar!
Onlara həsədlə
baxıram hərdən
Xoşum gəlməsə
də təsəllilərdən,
Qəlbimdə hamıdan umduğum odur.
Təsəlli - həyata
ümid yoludur,
Ümidlə yaşadım həmişə
mən də.
Duyurdum ki, qələmi əlindən düşən
andan şair ölümlə çarpışır. Gücünü
itirdikcə deyir ki:
İstək çox,
arzu çox, ürək gen, vaxt dar.
Hələ gileyliyəm özüm özümdən.
İnsandan ağırdır
onun istəyi,
Həmişə təşnədir insan ürəyi.
Külliyyatının nəşri
məsələsi ortaya
çıxanda B.Vahabzadə
yenidən qələmini
əlinə aldı və iki ildən
artıq yaşamağa
özündə güc
tapdı, yazıb-yaratdı
da...
Şairin ölümündən bir
neçə gün qabaq dediyinə görə, son şeiri “Çətin addım”dır. 2008-ci ilin aprel ayında
qələmə alınıb
(Əslində sonrakı
10 ay ərzində də
bir neçə kiçik şeir yazıb). Ömrü boyu vətən
sevgisi ilə ürəyi döyünən
B.Vahabzadə məhəbbət
mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına
nöqtə qoyub.
Əslində onun üçün
həyatının ən
çətin addımı
məhz yaradıcılığına
nöqtə qoyması
idi. Bu şeirdən
sonra şair ötənləri saf-çürük
etməklə məşğul
olub. Bəli, haqqa əyilərək
84 illik yaşantısını
- şirin nağılı
bitirir. Sevgilisindən əfv diləyərək
onu elə unutmasını istəyir
ki, unudulduğunu onun gözlərindən oxuya və onun
rahat olduğunu görə bilsin. Bu müdrik insana
ahıl yaşında
da üzüntülər
çəkdirən sevgili
kimdir? Bu sevgili onun Vətəni
və xalqıdır.
O, ancaq əbədiyyətə
qovuşmaq üçün
Vətənindən ayrılarkən
haqqa əyilər, bir gilə istəyinin
ürəyində qalmaması
ilə barışardı.
Və anlayırdı
yaxınlarda bu çətin addımı
atmaq məcburiyyətindədir:
Qəlbimi gəmirən
tərəddüdləri
Sənə birər-birər
açandan bəri
Hər gün öz-özümü
danlayıram mən.
Amma çox
şadam ki, qurtara bildim,
Nəhayət, çəkdiyim
üzüntülərdən...
Gerçəyə əyildim, haqqa əyildim.
Bir yolluq qurtarsın o şirin nağıl.
Yaşasın hissimin od-alovunu
Söndürən ağıl!
Əfv eylə,
ey gülüm, məni əfv elə,
Qalmasın istəyim daha bir gilə.
Sən elə unut ki, unutduğunu
Sənin gözlərindən
oxuya bilim...
Rahat olduğunu mən duya bilim.
Keçdi bir zaman, sordum özümdən:
Verdiyin o hökmə inandınmı
sən?
Xəbərin oldumu öz ürəyindən?
Ey könül,
inandım, ya inanmadım,
Hökmən atılmalı
bu çətin addım!
Qəribədir, 2008-ci ilin
20 iyulunda B.Vahabzadə
yenə naməlum sevgilini xatırlayır, onun özü ilə vuruşduğunu, tərəddüdlərinin arxada
qaldığını, qəlbinin
ağlı, kamalı
ilə barışdığını
və sabahını şairdən soruşduğunu
bildirir. Bu, ancaq onun xalqı ola bilərdi.
Gah güləş,
gah da ki
pərişan gülüm,
Özü özü ilə vuruşan gülüm.
Uzun tərəddüdlər
qaldı arxada
Qəlbi kamalıyla
barışan gülüm,
Sabahını məndən soruşan gülüm.
Şair ömrünün
son aylarında qələmə
aldığı “Tapınmaq”
(avqust, 2008) şeirində
“gülüm” deyə
müraciət etdiyi həmin sevgilisinin ruhani kamilliyinə tapındığını etiraf
edir:
Yaman nigaranam
mən səndən yana,
Hələlik sevgini qoyaq bir yana.
Çox sınmışam,
ay gülüm,
Ancaq səndə
gördüyüm ruhani
kamilliyə
Tapınmışam, ay gülüm.
Çətin addımı atandan sonra şairin etirafları başlayır. “Demə,
könlümdəymiş” (avqust, 2008) şeirində doğruya çatıb Allahdan əfv diləyir, könül həmdəminin yerini arayır:
Budaqdan budağa
qonub mən yazıq
Bir həmdəm axtardım özümə, yarəb.
Gecikmiş olsam da, mən indi
artıq
Çatmışam doğruma, düzümə,
yarəb.
İndi Allahımdan
əfv diləyirəm,
Qibləmi sözlərə çevirir
qələm.
Arzuma, eşqimə
Allahdan kərəm!
Demə könlümdəymiş könül
həmdəmim.
O, həm
sevincimdir, həm də dərd-qəmim.
Könül həmdəminin
səsini telefonda eşidib təsirlənir,
onsuz boşalan dünyadan ayrılıb göylərə uçmağa
çalışır:
Səsini eşitdim
telefonda mən,
Dünya mənim üçün cənnətə döndü.
Səsinin sövdalı
titrəyişindən
Otaq da yaşıla, ala büründü.
Sənsiz mənim
üçün bomboşdu
dünyam,
Səninlə göylərə uçuşdu
dünyam.
Sənsiz başdan-başa
yoxuşdu dünyam,
Səninlə ən gözəl, ən xoşdu dünyam.
Sənsiz daş-kəsəkli
yoldu bu dünya,
Sənin gəlişinlə doldu bu dünya.
Səninlə özünü
buldu bu dünya,
Sənsiz bir andaca boşaldı dünya!
Sən gəldin, yaz gəldi, yaşıldı
dünya.
(“Səsini eşitdim”, iyul, 2008)
Şəkidə qələmə
aldığı dörd
misralıq şeirindən
(İyul 2008) hiss olunur
ki, o, olaylardan baş çıxarmağa
can atır, ağlının
qüdrətilə dolaşıq
məsələləri çözə
bilməyəndə fəhminə,
hissinə arxalanır.
Çünki xalqın iki
əkiz qardaş kimi təqdim etdiyi xeyir də,
şər də haqdan gəlirdi. Bu, mübariz insanın zaman qarşısında təslimçiliyi deyil, taleyin hökmü ilə barışmasıdır:
Taleyin hökmüdür
xeyir də, şər də,
Onu da, bunu da
haqdan sanmışam.
Ağlımın qüdrəti
çatmayan yerdən
Fəhmimə, hissimə arxalanmışam.
“Əyribel
suallar”ına (21 iyul, 2008) cavab axtaran B.Vahab-zadə yenə ilahidən güc alıb gözə görünməzləri
görür. Bəlkə də,
onun tez-tez kövrəlməsinin səbəbi
soydaşlarını qeyri-adiliklərlə,
zülm, məşəqqətlərlə,
ehtiyac və yalanlarla baş-başa qoyub əbədiyyət yoluna qədəm basacağı anın yaxınlaşdığını duyması idi. Vətəninin parçalanması, soyulub talanması ilə də barışa bilmirdi.
İçimdə baş qaldıran
Əyribel suallarım
Bir-bir dönür
nidaya,
Şükür olsun xudaya.
İçimdə çarpazlaşan
Toqquşmalardan bəri
Fəhmimin gözlərilə
Anlayıram, görürəm
Gözə görünməzləri.
Ruhun şad olsun, Ustad!
Ramazan Qafarlı,
B. Vahabzadənin 12 cildlik
külliyyatının tərtibçisi və
redaktoru.
Zaman.- 2009.- 24-25 fevral.-
S. 9.