Türk dilinin olimpiya coşqusu yaşandı

 

Təhsil naziri Misir Mərdanov: “ÇağÖyrətim Şirkətinin qardaş ölkələr arasında tikdiyi körpünü kimsə yıxa bilməz”, - deyərək bu şirkətin Azərbaycan təhsilinə böyük töhfələr verdiyini vurğuladı.

Dünən keçirilən Azərbaycan Türkiyə türkcələri üzrə olimpiadada həyəcanlı anlar yaşandı. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında baş tutan möhtəşəm tədbir - I AzərbaycandaxiliAna dilimizi sevək, sevdirəkyarışı “VII Beynəlxalq Türkiyə Olimpiadaları-Azərbaycan finalıəsl dil bayramına çevrildi. Azərbaycanın müxtəlif rayonlarının, eləcə paytaxt Bakının orta məktəblərində təhsil alan şagirdlər mahnı, şeir, qrammatika, inşa, aparıcılıq natiqlik qabiliyyətləri nominasiyaları üzrə yarışdılar. Balaca yarışmaçıların qabiliyyətləri tədbir iştirakçılarının coşqulu alqışları ilə qarşılandı.

Tədbir Təhsil Nazirliyi, Atatürk Mərkəzi, “ÇağÖyrətim Şirkəti Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutdu. “NilUstopmağazaları, eləcə Elifrestoranı isə bu möhtəşəm tədbirə sponsorluq etdi. Qaliblərə pul mükafatları medallar verildi. Birinci yerin sahibləri isə ongünlük Türkiyə gəzintisinə göndəriləcəklər.

Tədbirin münsiflər heyətində Azərbaycandan xalq artisti Arif Babayev, Tünzalə Ağayeva, Faiq Ağayev, Türkiyədən isə Ertoğrul Erkişi, Erhan Güleryüz digər tanınmış mədəniyyət elm xadimləri təmsil olunurdular.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov: “Çağ Öyrətim Şirkətinin belə bir tədbir keçirməsi təhsil naziri kimi məni çox məmnun edir. Bu şirkətin Azərbaycanda olması, örnək məktəblər qurması mükəmməl təhsillə yanaşı dilimizin təbliğinə xidmət edən tədbir keçirməsi məni çox sevindirir. Çağ Öyrətim Şirkəti uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir ölkələrimiz arasında qardaşlıq körpüsü qurur. Bu körpü ilbəil möhkəmlənir. Bu körpünü uçurmağa heç kim cəhd göstərməsin, çünki bacarmaz. Mən bu tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Təhsil naziri kimi bundan sonra da Çağ Öyrətim Şirkətinə dəstəyimi davam etdirəcəyəm”,- deyə qeyd etdi.

Azərbaycan-Türkiyə Özəl Liseylərinin baş idarə rəisi Adəm Önal isə çıxışında bu il müsabiqədə ümumilikdə 5 minə yaxın şagirdin iştirak etdiyini söylədi: “Bu müsabiqədə birinci yeri tutanların hər biri Türkiyədə 115 ölkənin təmsilçiləri arasında keçiriləcək “VII Beynəlxalq Türkcə Olimpiadalarıadlı tədbirdə iştirak edəcəklər. Keçən il Azərbaycanı mahnı kateqoriyasında təmsil edən Xədicə Əlizadə birinci yeri tutdu ölkəmizin bayrağını dalğalandırdı. Bu bizi çox sevindirdi inanırıq ki, bu ilki qaliblərimiz həmin tədbirdə qızıl medal qazanacaqlar”. Türk dünyasının dahi şairi Bəxtiyar Vahabzadənin türkcə olimpiadaları mütəmadi izlədiyini deyən Adəm Önal: “Bəxtiyar Vahabzadə deyirdi ki, dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə yoxdur. Bu baxımdan keçirdiyimiz bu tədbirin önəmi danılmazdır”.

Çağ Öyrətim Şirkətinin İdarə Heyyətinin sədri Ənvər Özərən bu tədbirin türk Azərbaycan dilinin təbliği baxımından xüsusi çəkisi olduğunu qeyd etdi: “Ümid edirəm ki, burada qalib olanlar Azərbaycana qızıl medal gətirəcəklər. Bu tədbir Azərbaycan türk xalqlarının əməldə sözdə bir olduğunun nümunəsidir”.

Millət vəkili, Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərov Türkiyənin dünyada lider dövlətə çevrilməsi üçün həm onun dilinin təbliğ olunmasının vacibliyini qeyd etdi. “Türkcə olimpiadalarında 100-dən artıq ölkə iştirak edir. Azərbaycanı təmsil edən şagirdlərin bu olimpiadalarda uğur qazanması bizim bir dövlət kimi uğurumuzdur”,- deyən Nizami Cəfərov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi: “Bu işi təşkil edənlərə, bu inteqrasiyanı, Azərbaycanın bu inteqrasiyada iştirakını təmin edənlərə təşəkkürümü bildirirəm”.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç bu tədbirin əsl türkçülük bayramı olduğunu dedi. Səfirin sözlərinə görə, dilimizin təbliğinə yönəlmiş belə tədbirlərin mütəmadi keçirilməsi çox önəmlidir.

Xalq artisti Arif Babayev belə bir tədbirin keçirilməsindən məmnunluq hissi keçirdiyini dedi: “Burada münsiflər heyətinin üzvü olmaqdan şərəf duyuram. İnanıram ki, bizim seçdiyimiz bu şagirdlər Türkiyədə etimadları doğruldacaqlar”.

Əməkdar artist Tünzalə Ağayeva çıxışında: “Çox gözəl tədbirdir. Hesab edirəm ki, belə tədbirlər ölkələrimizi yaxınlaşdırır. Bu tədbir türk dilinin, Azərbaycan dilinin tanıdılması baxımından faydalıdır. Tədbirin iştirakçılarının gənclər olmasının xüsusi əhəmiyyəti var. Hər bir ölkənin dili onun mədəniyyəti, onun tarxidir. Tariximizi, dilimizi, keçmişimizi öyrənmək təbliğ etmək baxımından bu tədbirin xüsusi əhəmiyyəti var”,-dedi.

Türkiyənin tanınmış sənətçisi Erhan Güleryüz türkcə olimpiadaların önəmini xüsusi vurğuladı hər il keçirilən bu tədbirlərin xalqlarımızı daha da yaxınlaşdırdığını söylədi.

Digər tanınmış türk sənətçisi Ertoğrul Erkişi bu olimpiadaların keçirilməsinin önəmini qeyd etdi: “Hazırda dünyada 600-ə yaxın türk liseyi var. Bu tədbir türk dilinin Azərbaycanın da, Türkiyənin , digər türk respublikalarının da ortaq dili olması baxımından çox önəmlidir”.

 

 

Zaman.- 2009.- 24-25 fevral.- S. 1,13.