Ruslar Qarabağda
təşəbbüsün əldən
veriləcəyindən narahatdırlar
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı beynəlxalq təşkilatların
fəallaşması Rusiyada bəzi dairələrin narahatlığına səbəb olub
Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri
arasında Moskvada keçiriləcək növbəti
görüş ərəfəsində
Rusiyada müəyyən bir narahatlıq özünü göstərməkdədir. Buna da səbəb Rusiyanın bu günə
kimi münaqişənin həllinə yönələn
ciddi addımlar atmaması və bunun da nəticəsində
problemin aradan qaldırılmasında Qərbin təşəbbüsü ələ
ala biləcəyi təhlükəsidir.
Vəziyyətin get-gedə Rusiyanın
xeyrinə olmayan istiqamətdə inkişaf etməsi isə adıçəkilən ölkənin
tanınmış politoloqlarını da narahat etməyə
başlayıb. Məsələn, Rusiya Strateji İnkişafın Modelləşdirilməsi
Mərkəzinin vitse-prezidenti
Qriqori Trofimçuk APA-ya verdiyi açıqlamada
bildirib ki, münaqişənin həllinin uzadılması və Rusiyanın bu problemin
aradan qaldırılması üçün konkret addımlar
atmaması Qərbin bununla bağlı təşəbbüsü
ələ alması üçün yeni imkanlar
əmələ gətirib.
Onun fikrincə, Rusiya rəsmi bəyanatlarla kifayətlənərək
münaqişənin həllinin
daha 20 il
uzadılmasına yol verə bilməz.
Qriqori Trofimçuk Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri
arasında Moskvada keçiriləcək növbəti
görüşə də münasibət bildirib. O, belə
görüşlərin problemin
aradan qaldırılmasına yardım etmədiyini, əksinə vəziyyəti
daha da pisləşdirdiyini
söyləyib: “Çünki bu, heç bir
sənədin müzakirə
olunmadığı və real nəticələrin olmayacağı
növbəti görüşdən başqa bir şey
deyil. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini diqqətlə izləyən Qərb, yaxud digər strukturlar bu vəziyyətdən istifadə
edə bilərlər.
Hər şey vəziyyətin bu istiqamətə doğru sürükləndiyini göstərir”.
Strateji İnkişafın
Modelləşdirilməsi Mərkəzinin
vitse-prezidenti belə hesab edir ki,
Rusiya əslində 5 il bundan əvvəl
və ya azı ötən ilin
yayında iki ölkə prezidentləri arasında keçirilən görüşdən sonra münaqişənin həllində
azacıq da olsa irəliləyişlərə
nail olmalı idi. Trofimçuk iki ölkə
prezidentlərini bir araya gətirərək onların bəyanatlar verməsinə nail olan Rusiyanın bundan heç nə qazanmadığını
bildirib. O deyib ki, danışıqlarda irəliləyiş olmasa heç kim bu prosesdə Rusiyanın səmimiliyinə inanmayacaq: “Qoy heç olmasa əhəmiyyətli
olmasa da, azacıq real və konkret irəliləyişlər
olsun. Bu irəliləyişlər
mütləq regionun siyasi xəritəsində
öz əksini tapacaq. Əks təqdirdə Rusiyanın
nizamlanma prosesində iştirakı formal xarakter daşıyacaq”.
Ekspertin fikrincə, Rusiya problemin həllini hansısa formada öz üzərinə götürməli və bunun üçün müvafiq
addımlar atmalıdır. O xəbərdarlıq
edib ki, əks təqdirdə digər ölkələr, o cümlədən Türkiyə, Amerika Avropa İttifaqı bu işdə
təşəbbüsü ələ
alaraq Rusiyanı bu prosesdən kənarda qoyacaqlar. Trofimçuk xatırladıb ki,
böyük “yeddiliy”in
böyük “səkkizliy”ə
çevrilməsi Rusiya üçün heç nəyi
dəyişdirmədi. O bildirib
ki, oxşar hadisə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü göstərə bilər. Politoloq belə olacağı halda problemin aradan qaldırılması ilə bağlı qərarların başqa yerlərdə qəbul olunacağı barədə ölkənin ali
dairələrinə xəbərdarlıq
edib. Onun fikrincə, bu
baş verməsin deyə Rusiya hökmən münaqişənin həllində irəliləyişlərə
nail olmalıdır.
Postsovet Məkanının
Tədqiqi Mərkəzinin
baş direktoru Aleksandr Karavayev isə deyib ki, prezidentlərin Moskva görüşünün ən pozitiv nəticəsi ermənilərin
işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa razılıq verməsi ola bilərdi.
Onun sözlərinə
görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını çətinləşdirən
məqam burada çoxlu sayda subyektiv
faktorların mövcud olmasıdır: “Hər halda erməni tərəfinin konstruktiv danışıqlar və nəticələrə hazır
olmadığını müşahidə edirik”.
Əziz Mustafa
Zaman.- 2009.- 16-17 iyul.- S. 1; 3.