Novruz Məmmədov: “Namərdi
son mənzilə qədər qovmaq
lazımdır”
Azərbaycan Prezident Administrasiyasının
Beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Novruz Məmmədov yenidən ATƏT-in Minsk Qrupu həmsədrlərinin
ünvanına sərt
tənqid ünvanlayıb
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqların intensivləşdiyi
indiki məqamda Azərbaycan Prezident Administrasiyasının
(PA) Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov yenidən ATƏT-in Minsk Qrupu
(MQ) həmsədrlərinin ünvanına sərt tənqid
ünvanlayıb. O, APA-ya dünənki
açıqlamasında deyib
ki, həmsədrlər
iki ildən artıqdır münaqişənin
nizamlanmasını nəzərdə
tutan baza prinsiplərinin hazır olması və yaxınlarda sənəd imzalanacağı barədə
bəyanatlar versələr
də, ortada konkret heç nə yoxdur: “Lakin bu günə qədər biz yerimizdə dayanmışıq,
heç bir irəliləyiş yoxdur”.
PA rəsmisi MQ həmsədrlərini
Ermənistan rəhbərliyi
barədə dünyada
müsbət imic formalaşdırmağa çalışmaqda
və bu yolla dünya ictimaiyyətini aldatmaqda da ittiham edib.
Novruz Məmmədov: “Onlar Ermənistanı və onun rəhbərliyini konstruktiv dövlət, konstruktiv prezident kimi dünya ictimaiyyətinə, beynəlxalq
birliyə təqdim edirlər. Beynəlxalq birlik də düşünür ki, bunlar danışıqlara
gedirlər, danışıqlar
davam edir, işlər yaxşıdır
və bununla bağlı narazılığa
əsas yoxdur”, - deyib.
N. Məmmədov Ermənistan
rəhbərliyinə mesaj
göndərməyi də
unutmayıb: “Danışıqlar
bu cür davam etsə, heç bir irəliləyiş olmasa,
şübhəsiz ki,
Azərbaycan mövqeyini
dəyişə bilər.
Hələlik danışıqlar
davam etdirilməlidir. Yəni namərdi axıra qədər, son mənzilə qədər qovmaq lazımdır”.
Azərbaycan və Ermənistan prezidentlərinin iyul ayında yenidən görüşəcəklərini istisna etməyən şöbə müdiri görüş yerinin yenidən Rusiya ola biləcəyini bildirib.
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qurultaydan sonra danışıqlara aktiv qoşulub-qoşulmayacağı barədə sualı cavablandıran N. Məmmədov icmanın təsis olunmasında əsas məqsədin vasitəçilərlə görüş olmadığını qeyd edib: “Bu da mümkündür. Ümumiyyətlə, düşünürük ki, danışıqların müəyyən mərhələsində Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni icmasının müəyyən məsələlərdə iştirak etməsi zərurəti yaranar. Hələlik isə o zaman yetişməyib. Qurultayı keçirməkdə bir məqsəd də var idi: Azərbaycanın torpaqları - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon 20 ildir, kiçik bir dövlət olan Ermənistanın işğalı altındadır, orada daş üstə daş qalmayıb, hər şey dağıdılıb, məscidlər, xəstəxanalar, muzeylər, mədəniyyət abidələri, evlər məktəblər yerlə yeksan edilib. Həm bunlar, həm də, ümumiyyətlə, Dağlıq Qarabağ ətrafında gedən proseslər haqqında Avropada, ABŞ-da müəyyən məlumatlar yaymaq, həqiqətləri onlara çatdırmaq lazımdır. Bu həqiqətləri də müxtəlif vasitələrlə çatdırmaq olar. Buraya müəyyən səfərlər, internet, mətbuat, KİV-in başqa növləri ilə məlumatların çatdırılması və s. daxildir. Düşünürəm ki, bu qurultaydan sonra icmanın rəhbəri və İdarə Heyəti bu sahədə daha da fəal işləyəcək”.
Prezidentlər
arasında növbəti
görüş barədə
müzakirələr aparılacaq
“Azərbaycan və
Ermənistan prezidentlərinin
iyulda görüşünün
baş tutub-tutmaması həmsədrlərin
yaxın həftələr
ərzində xarici işlər nazirləri ilə sıx əməkdaşlıqda gördüyü
işdən əldə
olunan tərəqqidən
asılıdır”.
Prezidentlərin Sankt-Peterburq görüşünü
şərh edən həmsədr dialoqun müsbət məcrada keçdiyini qeyd edib: “Prezidentlərin əhval-ruhiyyəsi konstruktiv məcrada köklənmişdi. Həmsədrlərprezidentlər
arasında dialoq prosesində əldə olunan tərəqqini məmnuniyyətlə qeyd
edirlər. Bu tərəqqinin əsasında
diplomatik məsləhətləşmələrin
yeni raunduna başlayırıq ki, tərəflərəbazaprinsiplərini razılaşdırmaq prosesini
başa çatdırmaqda
kömək edək”.
Zaman.-2009.-9-10 iyun.-S.1, 3.