Həkim Samir Cavadov: “Əhəmiyyət vermədiyiniz səhv addım həyatınızı puç edə bilər 

 

  Son illər Azərbaycanda mikrob, bakteriya və infeksiya mənşəli xəstələrin sayı kəskin şəkildə artıb

 

 - Həkim, xahiş edirik öncə oxucularımıza fəaliyyətiniz barədə məlumat verəsiniz?

- Biz virusları, mikroorqanizmləri, bakteriyaları, göbələkləri, onların quruluşunu, xəstəliktörətmə qabiliyyətlərini və həmin infeksiya xəstəliklərinin gedişini öyrənir və sonra müalicə üsullarını hazırlayırıq. Onu da deyim ki, infeksion xəstəliklər əvvəllər insanlar arasında yayılıb. Amma son dövrlər bu xəstəliklərin əhatə dairəsi bir qədər genişlənib. Bu isə həm ətraf mühit amillərinin insanlara təsiri, qidalanma eləcə stress amillərinin artması ilə bağlıdır. 

- Bu cür xəstəliklər əsasən hansı yaş təbəqəsi arasında geniş yayılıb?

 - Bu, infeksiyanın xarakterindən, növündən asılı olaraq dəyişir. Yəni elə xəstəliklər var ki, uşaqlar arasında, elə xəstəliklər var yetkinlik dövründə özünü büruzə verir. Yaşlı insanlarda isə immun sisteminin zəifləməsi nəticəsində bu xəstəliklərə təsadüf olunur.

 - İnfeksion xəstəlikləri tamamilə müalicə etmək olarmı?

- Elə xəstəliklər var onlar müalicə deyil, remissiya edilir. Yəni xəstəliyin güclənməsinin qarşısı alınır. Çünki həmin virusları orqanizmdən tam kənarlaşdırmaq mümkün olmur.

 - Bəs müalicəsi tam mümkün olmayan viruslar əsasən hansı yolla yayılır?

- Bu viruslara müxtəlif yollarla yoluxmaq mümkündür. Mikroorqanizmin xarakterindən asılı olaraq, onlara yoluxma yolu da fərqlidir. Bunlar əsasən məişətdə təmas, cinsi, qidalanma, hava, tənəffüs yolu ilə yayılır. Ancaq bu məsələdə immun sisteminin böyük rolu var. Əgər insanın immun sistemi normaldırsa, onda orqanizm özü daxil olan mikroorqanizmi kənarlaşdırma qabiliyyətinə malik olur.

 - Belə xəstəliklərin yayılmasında stress dərəcədə rol oynayır?

- Stress immun sistemi ilə bağlı məsələdir. Yəni streslə əlaqədar olaraq, immun sistemi zəifləyir şərti patogen dediyimiz bakteriyalar aktivləşir. Bu daimi olaraq rejimi ağır olan insanlara aiddir.

 - İnam, psixoloji hazırlıq mikrobioloji xəstəliklərin müalicəsində dərəcədə əhəmiyyətlidir?

 - Bu amilin müalicədə xüsusi rolu var. İlk növbədə, xəstə həkimə inanmalıdır. Əgər inam olmasa, xəstəliyin müalicəsi uzun çəkir yaxud həmin şəxs tam sağalmır. Praktikada biz belə hallarla bir neçə dəfə rastlaşmışıq. Xəstə bir dəfə yoluxduğu cinsi xəstəlikdən bir neçə dəfə müalicə edilir, ancaq əhəmiyyəti olmur. Ona görə xəstələr həkimə özünə inama xüsusi önəm verməlidirlər. Xəstə düşünməlidir ki, məndə heç bir şey yoxdur, hər şey qaydasındadır s. 

- Mikrobioloji xəstəliklər qadınlar, yoxsa kişilər arasında geniş yayılıb?

 - Bu göstərici mikroorqanizmdən asılı olaraq dəyişir. Yəni cinslərə bölmək doğru deyil.

- Həkim, sonsuzluğun neçə faizi infeksion xəstəliklərdən qaynaqlanır? 

- Bununla bağlı konkret rəqəm deməkdə çətinlik çəkirəm. Çünki biz sonsuzluğun yalnız mikroorqanizmlərlə bağlı tərəfini öyrənirik. Ancaq onu da deyim ki, sonsuzluq səbəbindən bizə müraciət edənlərin 95 faizi məhz bu problemdən şikayətlənir.

  - Gənc ailə neçə aydan sonra uşaq olmadığı üçün həkimə müraciət etməlidir?

- Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında bu problemlə bağlı bir il sonra həkimə müraciət etmək tövsiyə olunur. Yəni bir ilə qədər heç bir prosedura aparılmamalıdır, yalnız bundan sonra müayinə müalicə barədə düşünmək olar. Hətta Türkiyə digər Avropa ölkələrində bu müddət 2 il qəbul olunub. Ancaq Azərbaycanda vəziyyət bir qədər fərqlidir, yəni uşaq olmadığına görə hətta 1 ay sonra da həkimə müraciət edirlər.

- Son vaxtlar Azərbaycanda evliliyə hazırlaşan gənclərin toydan öncə həkim müayinəsindən keçmələri ilə bağlı qərar qəbul olunması ciddi müzakirə obyektinə çevrilib. Bir həkim kimi bu məsələyə münasibətinizi bilmək maraqlı olardı?

 - İndiki zamanda belə müayinəyə mütləq ehtiyac var. Bunun üçün isə insanlar arasında maarifləndirilmə işləri aparılmalıdır. Övladların, uşaqların maarifləndirilməsi isə, ilk növbədə, valideynlərin üzərinə düşür. Düzdür, bəzən valideynlər bu işdən çəkinirlər. Ancaq belə olmamalıdır, ata oğlunu, ana isə qızını maarifləndirməlidir, başa salmalıdır ki, belə xəstəliklər var. Məhz bu maarifləndirilmənin səviyyəsinin aşağı olmasının nəticəsidir ki, bu gün bizə müraciət edən xəstələrin yaşı 15-27 arasıdır. Bəzən gənclər bizə toya 10-15 gün qalmış müraciət edirlər. Ancaq bu, düzgün deyil, həkimə ən azı 3-4 ay öncə müraciət edilməlidir. Çünki vaxt az olanda müalicə mümkün olmur.  Bir məqamı da qeyd edim ki, içində Allah qorxusu olan yaxud müqəddəs dinimizin əmrlərinə əməl edən insanlar mikrobioloji xəstəliklərə çox az yoluxurlar. Çünki həmin insanlar zina etməkdən çəkinirlər. Ürəyində axirət inancı olmayan insanlar bu yolun sonunu, təbii ki, düşünmürlər. Lap düşünsələr belə, bu dünyadakı vəziyyəti düşünürlər. Amma bəs bundan sonrakı həyat... Allahın verdiyi bədən hər bir insana əmanətdir bizim hər birimiz bu əmanətdən sorumluyuq. İnsanlar həm bunu düşünməlidirlər. 

- Evlilikdən öncə müayinənin əleyhinə olanlar isə onu əsas gətirirlər ki, gənclərin qanı bir-birinə uyğun gəlməz onlar ayrılmaq məcburiyyətində qalarlar.

 - Bu fikirdə olanlar, görünür, məsələdən az məlumatlıdırlar. Çünki burada söhbət qan qruplarının uyğun gəlib gəlməməsindən getmir. Söhbət anticism məsələsindən gedir. Yəni bəzən olur ki, tərəflərin qanının tərkibindəki zərrəciklər uyğun gəlmir. Bunun nəticəsində isə uşaqlar vaxtından əvvəl doğulurlar. Əgər müayinə nəticəsində belə bir problem ortaya çıxarsa, orqanizmin həssaslığı müalicə ilə aşağı salınır. Boşanmadan, ayrılmadan isə söhbət belə gedə bilməz. 

- Bəzi özəl klinikalarda həkimlərin maddi maraq xətrinə, heç bir ehtiyac olmadan xəstələri lazımsız müayinədən keçirmələri ilə bağlı müxtəlif xəbərlər yayılır...

 - Bəli, bu cür hallar var. Bizə müraciət edən xəstələrin reseptlərinə baxarkən məlum olur ki, bəzi özəl klinikalarda çalışan həkimlər hamilə qadınları yaxud mikrobioloji xəstəlikdən əziyyət çəkənləri ehtiyac olmadan, pul xətrinə əlaqəsi olmayan müalicəyə cəlb edirlŠr. Bunu etməkdə məqsəd, təbii ki, ancaq xeyir götürməkdir. Ancaq bu, həkimliyə yaraşmayan hərəkətdir. Hətta elə həkimlər var ki, hamilə xanımları hamiləliyə, dölə heç bir maneçilik törətməyən viruslara görə müalicə edirlər. Halbuki bumüalicəuşaqların qüsurlu ya vaxtından tez doğulması ilə nəticələnir.

- Dərman firmalarının əməkdaşları bir-bir xəstəxanaları gəzir öz məhsullarını təklif edirlər. Həmin dərmanların keyfiyyəti barədə deyə bilərsiniz?

 - Bu dərmanların içərisində keyfiyyətliləri var, keyfiyyətsizləri . Biz həmişə həmin dərmanların tərkibini yoxlayırıq. Səhiyyə Nazirliyinin bununla bağlı müvafiq qurumu da var. Həmin qurum keyfiyyətsiz dərmanların satışının qarşısını almaq üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.

 

 

 Zaman.-2009.-17 mart.-S.10.